Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əliövsət Şirəli oğlu Sadıqov (21 dekabr 1906 – 17 noyabr 1970) — 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş muğam operalarında baş rolların mahir

Əliövsət Sadıqov

  • Ana Səhifə
  • Vikipediya
  • Əliövsət Sadıqov

Əliövsət Şirəli oğlu Sadıqov (21 dekabr 1906 – 17 noyabr 1970) — 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş muğam operalarında baş rolların mahir ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1943) və xalq artisti (1956).

Əliövsət Sadıqov
Əliövsət Şirəli oğlu Sadıqov
Ümumi məlumatlar
Doğum tarixi 8 (21) dekabr 1906(1906-12-21)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 17 noyabr 1970(1970-11-17) (63 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, teatr aktyoru
Səs tembri lirik tenor[d]
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19561956 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
"Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni
sadihov.az

Həyatı

21 dekabr 1906-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928–1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əliövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur.

Əliövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir.

Yaradıcılıq nailiyyətlərinə görə Əliövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb.

17 noyabr 1970-ci ildə Bakıda vəfat edən Əliövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əliövsət Sadıqov haqqında məlumat. Əliövsət Sadıqov nədir? Əliövsət Sadıqov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Siril Ramafosa

  • Fevral 27, 2026

    Ərəb milliyyətçiliyi

  • Fevral 27, 2026

    Göyçay

  • Fevral 27, 2026

    Germanium

  • Fevral 27, 2026

    Saarbrükken

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst