Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anselm Kenterberili (təq. 1033, Aosta – 21 aprel 1109 və ya 28 aprel 1109, Kenterberi, Kent qraflığı) — teoloq, filosof və xristian ilahiyyatçı, erkən sxolastik

Kenterberili Anselm

  • Ana Səhifə
  • Vikipediya
  • Kenterberili Anselm

Anselm Kenterberili (təq. 1033, Aosta – 21 aprel 1109 və ya 28 aprel 1109, Kenterberi, Kent qraflığı) — teoloq, filosof və xristian ilahiyyatçı, erkən sxolastikanın Avqustin cərəyanı nümayəndəsi.

Anselm Kenterberili
lat. Anselmus Cantuariensis
fr. Anselme de Cantorbéry
fr. Anselme d'Aoste
Doğum tarixi təq. 1033(1033)
Doğum yeri
  • Aosta, Valle d'Aosta, İtaliya
Vəfat tarixi 21 aprel 1109(1109-04-21) (75–76 yaşında) və ya 28 aprel 1109(1109-04-28) (75–76 yaşında)
Vəfat yeri
  • Kenterberi, Siti-of-Kenterberi[d], Kent[d], Kent qraflığı, İngiltərə
Dəfn yeri
  • Kenterberi kafedralı
Əsas maraqları fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

A. Kenterberili 1060-cı ildə rahibliyi qəbul etmiş, 1063-cü ildə prior, 1078-ci ildə abbat seçilmişdir. 1093-1109-cu illərdə Kenterberi arxiyepiskopu olmuşdur. Kilsənin İngiltərə krallarından müstəqilliyi uğrunda mübarizə aparmışdır.

Fəlsəfi görüşləri

A. Kenterberilinin teoloji və fəlsəfi görüşlərinə Avqustinin təsiri olmuşdur. Hər iki alim orta əsrlər realizminin nümayəndələri idi. A. Kenterberiliyə görə, inam şüurdan əvvəldir ("inanıram, başa düşmək üçün"); şüur dialektikanın köməyi ilə dini müddəalarda mövcud olan həqiqəti üzə çıxarmalı, aydınlaşdırmalıdır. Şüurun ən mühüm vəzifəsi Allahın varlığını sübut etməkdir. Hər varlıq müəyyən kamillik dərəcəsinə malikdir və bu cəhəti o, ən kamil olan Allahdan almışdır.

Əsərləri

  • "Monologion"
  • "Proslogion"
  • "Qrammatika haqqında dialoq"
  • "Həqiqət haqqında"
  • "Azad seçim haqqında"

Əsas əsərləri: "Monologion", "Proslogion", "Qrammatika haqqında dialoq" və s. "Proslogion" əsərində A. Kenterberili ilk dəfə Allahın varlığının ontoloji sübutunu vermişdir. O, belə bir müddəadan çıxış edir ki, "Allah" anlayışı faktiki olaraq özündə varlıq anlayışını ehtiva edir. A. Kenterberili insanın iradə azadlığı və günahabatma haqqında təlimini "Həqiqət haqqında", "Azad seçim haqqında" və s. əsərlərində şərh etmişdir. Alimə görə, iradə azadlığı xeyir və şər arasında seçim edə bilmək imkanından ibarət deyil. İradə azadlığı iradənin düzgün (həqiqi, Allaha uyğun gələn) istiqamətini qoruyub saxlaya bilmək bacarığıdır, başqa sözlə, yalnız Allahın istədiyini istəməkdir. Bu bacarıq Allahın hökmü ilə insan yer üzünə gələndə onun iradəsinə köçürülmüş, lakin sonradan günahabatma nəticəsində itirilmişdir. Yalnız Məsihin özünü qurban verməsindən sonra insan azadlığının bərpası mümkün olmuşdur. Dini təlim ehkamlarının (heçdən dünyanın yaradılması, üç üqnum, ilkin günah və s.) rasional əsaslandırılması cəhdləri A. Kenterberilidə fəlsəfi realizmin konseptual bazasında həyata keçirilirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kenterberili Anselm haqqında məlumat. Kenterberili Anselm nədir? Kenterberili Anselm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Günorta

  • Fevral 25, 2026

    Aron Tamaşi

  • Fevral 27, 2026

    Oğurluq

  • Fevral 24, 2026

    Salyan rayonu

  • Fevral 24, 2026

    Tertullian

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst