Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ço-Oyu, Çovovuyaq, Ço-Oy (tib. ཇོ་བོ་དབུ་ཡག; çin. 卓奧友峰) — Himalayda dağ zirvəsi. Ço-Oyu dağının dəniz səviyyəsindən hündürlüyü 8188 metrdir. O səkkizminliklər i

Ço-Oyu

  • Ana Səhifə
  • Vikipediya
  • Ço-Oyu

Ço-Oyu, Çovovuyaq, Ço-Oy (tib. ཇོ་བོ་དབུ་ཡག; çin. 卓奧友峰) — Himalayda dağ zirvəsi. Ço-Oyu dağının dəniz səviyyəsindən hündürlüyü 8188 metrdir. O səkkizminliklər içərisində altıncı hündür zirvədir. Tibet dilində Ço-Oyu "firuzəyi ilahə" deməkdir.

Ço-Oyu
tib. ཇོ་བོ་དབུ་ཡག, çin. 卓奥友峰
Ço-Oyu dağının Nepalın Qokio kəndindən görünüşü.
Ço-Oyu dağının Nepalın Qokio kəndindən görünüşü.
Ümumi məlumatlar
Dağ sistemi Himalay
Dağ silsiləsi Mahalanqur-Himal
Mütləq hündürlüyü 8188
Nisbi hündürlüyü 2344 m
İlk fəthi 19 oktyabr 1954-cü il (Cozef Joçler, Herbert Tiçi, Pasanq Dava Lama.)
Yerləşməsi
28°05′39″ şm. e. 86°39′39″ ş. u.HGYO
Ölkələr
  •  ÇXR
  •  Nepal
Region
  • Tibet
Ço-Oyu xəritədə
Ço-Oyu
Ço-Oyu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Ço-Oyu dağı Nepalla Çinin (Tibet Muxtar Vilayəti) sərhəddində yerləşir. Zirvə Himalaya aid olub Mahalanqur-Himal dağ silsiləsində daxildir. Ümumən bu silsilə Comolunqma dağ massivinin tərkibinə aiddir. Ço-Oyu dağının hündürlüyü 8201 metr olub dünyada altıncı hündür dağdır.

Ço-Oyu dağından bir neçə kilometr qərbdə Nanqpa-La aşırımı (5716 m) yerləşir. Aşırım buzla ilə örtülüdür. Bu aşırımdan şerplərin Tibetlə olan əsas ticarət yolu keçir. Bu özəlliyə görə Ço-Oya zirvəsi alpinistlərə görə ən asan fəth edilən səkkizminliklərdəndir. Ço-Oyu dağı ölüm hadisələrinə görə çox az əmsala malikdir. Zirvəyə əsasən Tibet ərazisindən dırmanırlar. Nepal ərazisindən, əsasən cənub divarından zirvəyə dırmanmaq daha çətindir. Bu istiqamətdən zirvəni fəth etmək tək-tük alpinistlərə qismət olmuş. Ço-Oya zirvəsi Nepalın Saqarmatha Milli parkına aiddir. İlkin ölçmələr nəticəsində Ço-Oyu dünyanın yeddinci hündür zirvəsi hesab edilirdi (8150 m). 1996-cı ildə həyata keçirilə yeni ölçmə işləri nəticəsində hündürlük 8188 metr müəyyən edilmiş.

Fəth olunma tarixi

2016-cı ilə qədər Ço-Oyu dağına 15 fərqli marşrut mövcud idi.

1952-ci ildə Edmund Hillari ərazidə ilk kəşfiyyat işlərini həyata keçirmiş. 1954-cü ildə isə zirvənin ilk fəthi baş tutdu. 19 oktyabrda avstriya ekspedisiyasının üzvləri Cozef Joçer, Herbet Tiçi və şerp Pasanq Dava Lama zirvəyə dırmana bilmişlər. 1958-ci ildə Pasanq Dava hindistandan olan ekspedisiya ilə yenidən zirvəyə dırmanmış. Bu ekspedisiya zamanı ilk alpinist ölümü qeydə alındı. 1978-ci ildə avstriyalı alpinistlər çətin cənub-şərq divarı üzrə zirvəyə dırmanmağa bacarmışlar. Raynhold Messner dördüncü cəhtdən sonra zirvəni fəth edə bilmiş. 1984-cü ildə çexoslavakiyadan olan ilk qadın alpinist: Dina Şterbova və Vera Komarkova zirvəyə dırmanmış. İlk qış dırmanışı 1985-ci il 12 fevralda baş tutmuşdur. 2014-cü ildə 16 yaşlı amerikalı alpinist Mettyu Monis ən gənc alpinist kimi zirvəni fəth etmişdir.1994-cü ildə ilk solo (təkbaşına) dırmanışı yapon Yasusi Yamanoy həyata keçirmiş. O Ço-Oyunın zirvəsinə cənub-qərb divarında dırmanmış

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ço-Oyu haqqında məlumat. Ço-Oyu nədir? Ço-Oyu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Maqnitostatika

  • Fevral 27, 2026

    İbtidai-icma quruluşu

  • Fevral 25, 2026

    Zaqafqaziya Komissarlığı

  • Fevral 27, 2026

    Alabama Universiteti

  • Fevral 27, 2026

    Heliantheae

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst