Broud-Pik (urdu بروڈ پیک ) — Pakistan ilə Çinin sərhəddində yerləşən, Himalayda dağ. Dəniz səviyyəsindən 8,047 metr (26,401 ft) hündürlüyü ilə dünyanın ən hündür 12-ci dağıdır.
| Broud-Pik | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Mütləq hündürlüyü | 8.051 m |
| Nisbi hündürlüyü | 1.701 m |
| Yerləşməsi | |
| 35°48′38″ şm. e. 76°34′05″ ş. u.HGYO | |
| Ölkə | |
![]() Broud-Pik | |
![]() Broud-Pik | |
İlk dəfə 1957-ci ilin iyun ayında Fritz Vintersteller, Markus Schmak, Kurt Diemberqer və Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən fəth edilmişdir.
Coğrafiyası
Broud-Pik, Pakistan və Çin sərhədindəki Baltistan regionundakı Gaşerbrum massivinin bir hissəsidir. Dağ Karakoram dağ silsiləsində, Çoqoridən təxminən 8 kilometr (5.0 mil) yuxarıda yerləşir. 1.5 kilometr (0.93 mil) uzunluğunda bir zirvəyə sahib olduğu üçün ingilizcə "enli, geniş zirvə" mənasını verən "Broad Peak" ifadəsi ilə adlandırılmışdır.
Dağın beş zirvəsi var: Broud-Pik (8051 m), Qayalı zirvə (8028 m), Mərkəzi Broud-Pik (8011 m), Şimali Broud-Pik (7490 m) və Xarut Kangri (6942 m).
Etimologiyası
"Geniş zirvə" ifadəsinin hərfi tərcüməsi olan Falchan Kangri Balti xalqı arasında istifadə edilmir. İngiliscə adı İngilis tədqiqatçı Martin Konvey tərəfindən 1892-ci ildə təqdim edilmişdir.
Tarixi
Boroud-Pikə ilk yüksəliş 8-9 iyun 1957-ci ildə Fritz Vintersteller, MarKus Schmak, Kurt Diemberqer və Markus Schmakın başçılıq etdiyi Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən edildi. Komanda tərəfindən ilk cəhd mayın 29-da edildi. Fritz Vintersteller və Kurt Diemberqer 8,030 metr (26,350 ft) hündürlüyə çatdı. Bu əlavə oksigen, bələdçi və ya baza düşərgəsi dəstəyi olmadan həyata keçirildi.
2007-ci ilin iyul ayında bir Avstriya alpinist komandası Broad zirvəsinə qalxdı və bir il əvvəl dağda vəfat etmiş Markus Kronthalerin cəsədini 8000 metrdən yuxarıda tapdı.
2009-cu ilin qış və yaz aylarında zirvə fəthi qeydə alınmadı. Bu dövrdə sadəcə Polşa-Kanada komandası tərəfindən bir qış ekspedisiyası təşkil edildi və yaz aylarında Kristina Kastaqnanın ölümü ilə nəticələndi.
2012-ci ilin yayında "Koroška 8000" Sloveniya komandasının beş üzvü (Qreqor Laçen başçılıq edirdi) əlavə oksigen və bələdçi olmadan dağı fəth etdi. Onlar 4 nömrəli düşərgədən zirvəyə gedən qarlı yolu izlədilər və zirvəni digər ekspedisiyalardan daha yeddi alpinistə açdılar. Onların hamısı 31 iyul 2012-ci ildə zirvə fəth etdilər.
5 Mart 2013-cü ildə Makey Berbeka, Adam Bieleski, Tomasz Kovalski və Artur Malek ilk qış yüksəlişini etdi. Broud-Pik qışda fəth edilmiş on ikinci və polşalı alpinistlər tərəfindən qışda ilk dəfə fəth edilmiş on səkkizinci səkkizminlik idi. Eniş zamanı Makiey Berbeka və Tomasz Kovalski Düşərgə 4-ə çatmadı (7400 m məsafədə) və itkin düşmüş elan edildi. Martın 7-də ekspedisiyanın rəhbəri Krzisztof Vayliski, 58 yaşlı Makiey Berbeka və 27 yaşlı Tomasz Kovalskinin diri-diri tapılması üçün heç bir şansın olmadığını söylədi. Martın 8-də hər iki alpinist öldü və ekspedisiya başa çatdı.
2013-cü ilin iyul ayında beş iranlı alpinistdən ibarət qrup cənub-qərb tərəfdən yeni bir marşrutla dağa qalxmağa cəhd etdi. Onlardan üçü - Aidin Bozorgi, Pouya Keivan və Moytaba Garahi müvəffəqiyyətlə qalxdılar, lakin enmə zamanı üçü də itkin düşərək öldü.
23 iyul 2016-cı ildə fransız Antoine Girardın Broud-Pikdən paraşütlü uçuşu ilə ilk dəfə bir paraşütçü 8000 metrlik zirvədən uçdu.
14 iyul 2019-cu ildə Pakistandan 17 yaşlı Şehroze Kaşif, iki HAP-ı Əkbər Hüseyni Sadpara və Abbasla birlikdə bu zirvəni fəth edən ən gənc şəxs oldu.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Broud-Pik haqqında məlumat. Broud-Pik nədir? Broud-Pik nə deməkdir?


