Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336).

Arpa xan

  • Ana Səhifə
  • Vikipediya
  • Arpa xan

Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336).

Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan
fars. آرپا خان‎
Borucigin sülaləsindən X elxan
30 noyabr 1335 – 15 may 1336
ƏvvəlkiƏbu Səid Bahadur
SonrakıMusa xan
Şəxsi məlumatlar
Doğum tarixi XIV əsr
Vəfat tarixi 15 may 1336
Vəfat yeri Sultaniyə
Fəaliyyəti hökmdar[d]
Atası Səfyan Borucigin
Anası Hacı xatun
Həyat yoldaşı Sultan Satıbəy xatun
Ailəsi Çingizlilər
Dini İslam

Mündəricat

Həyatı

Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi Tulunun nəslindən idi. Arıq Buğa Münkə, Xubilay və Hülaku xanın ən kiçik qardaşı idi. Onun babası Minqan xaqan Məlik Teymurun və Əməgən xatunun oğlu idi. İrana 1306-cı ildə - Ulcaytunun hakimiyyəti dövründə gəlmişdir. O Arpa Gavon kimi də tanınırdı.

Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. Hakimiyyətə gələrkən başında qızıl tac əvəzinə keçə və belində isə hakimiyyət rəmzi kimi sadə kəmər var idi.

Hakimiyyəti

Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana yürüş etdi və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Əmir Çobanın dul qalmış həyat yoldaşı Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə orduların baş komandanı titulu verilmişdi. O, İslam dininə etiqad etməyən və daha çox Çingiz xanın Yasasının tərəfdarı kimi xarakterizə edilən şəxsiyyətdir. Qazan və Əbu Səid kimi müsəlman xanlarının qanunlarına məhəl qoymurdu. Onun dövründə feodal müharibələri şiddətləndi. Həmdullah Qəzvini yazır ki, "bu dövrdə ölkədə çoxdan gözlənilən fitnə baş qaldırmışdı, dövlət əyanlarının hər birinin iddiası var idi, hər kəs öz nümayəndəsini səltənətə sahib etmək niyyətində idi". Əbu Səidi əvəz etmiş Arpa xanın mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün gördüyü tədbirlər nəticəsiz qaldı.

Oyratların bir hissəsi onun idarəçiliyini qəbul etmədi. Bu oyratların başçısı Bağdad hakimi Əli padşah idi. Əli padşah Əbu Səidin dayısı idi. Oyratlarla Arıq Buğanın nəsli arasında ənənəvi rəqabət var idi. Əbu Səidin həyat yoldaşı Dilşad xatun hələ hamilə olarkən Əli padşah Baydunun nəvəsi Musanın onun qanuni varisi olmasını irəli sürmüş və onu müdafiə etmişdir. Şeyx Həsəni neytrallaşdırandan sonra Əli Padşah Arpa xana qarşı Marağa yaxınlığındakı Cağatu düzənliyində 29 aprel 1336-cı il tarixində döyüşə girmişdir. Arpa xanın ordusu 60 əmir tərəfindən idarə edilirdi. Bu əmirlər içərisində Diyarbəkir hakimi, Sutayın oğlu Hacı Tağay, Uyğur komandir Ögrünç, Torut, Ortuq şah (Alqunun oğlu) və əmir Çobanın oğlu Sorqan Sira. Əmirlərdən bəziləri - Mahmud ibn Əssən Qutluq və Sultanşah Nikruz Əli Padşahın tərəfinə keçərək Arpa xana xəyanət etmişdi. Döyüş Arpa xanın məğlubiyyəti və Sultaniyyənin ələ keçirilməsi ilə nəticələnmişdir. Arpa xan 15 may 1336-cı ildə Mahmudşahın oğlu Əmir Cəlaləddin Məsud şah tərəfindən öldürülmüşdür.

Arpa xandan sonra hakimiyyətə Baydunun nəvəsi Musa xan gətirildi.

Həmçinin bax

  • Elxani hökmdarlarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arpa xan haqqında məlumat. Arpa xan nədir? Arpa xan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dezful

  • Fevral 27, 2026

    İmam Həsən

  • Fevral 27, 2026

    Əməliyyat (riyaziyyat)

  • Fevral 27, 2026

    Səhləb

  • Fevral 25, 2026

    Çoybalsan (şəhər)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst