Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İzmirin işğalı (türk. İzmir'in işgali, yun. Κατοχή της Σμύρνης) və ya İzmir Zonası (türk. İzmir Bölgesi, yun. Ζώνης της Σμύρνης) — Birinci Dünya müharibəsindən

İzmirin işğalı

  • Ana Səhifə
  • Vikipediya
  • İzmirin işğalı

İzmirin işğalı (türk. İzmir'in işgali, yun. Κατοχή της Σμύρνης) və ya İzmir Zonası (türk. İzmir Bölgesi, yun. Ζώνης της Σμύρνης) — Birinci Dünya müharibəsindən sonra Parisdə yığışan beynəlxalq sülh konfransının qərarı ilə İzmir şəhərinin 1919-cu ilin may ayının 15-də Yunanıstan Krallığı tərəfindən işğalı başlayan və 1922-ci ilin Sentyabr ayının 9-da Türkiyə Ordusunun şəhərə daxil olması ilə sona çatan işğalı.

İzmirin işğalı
Türkiyə İstiqlaliyyət müharibəsi
İzmirdə Yunanıstan əsgərləri
İzmirdə Yunanıstan əsgərləri
Tarix 15 may, 1919 — 9 Sentyabr, 1922
Yeri İzmir ili
Səbəbi Osmanlı İmperiyasını bölüşdürmək
Nəticəsi

Türkiyə qələbəsi

  • İzmirin Qurtuluşu
  • Böyük İzmir Yanğını
Münaqişə tərəfləri

Yunanıstan Krallığı
Donanma dəstəyi:
Böyük Britaniya Böyük Britaniya
Fransa Fransa
İtaliya krallığı
ABŞ

Osmanlı imperiyası Osmanlı İmperiyası
Türkiyə Türk Milli Hərəkatı

Komandan(lar)

İkolas Zafiriyos
Aristidis Sterqiyadis

Əli Nadir Paşa
Xürrəm Bəy
Əli Bəy
Kazım Bəy

Tərəflərin qüvvəsi

20.000 əsgər (15 May 1919)

200 əsgər (15 May 1919)

İtkilər

300 itki

bilinmir

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    İzmirin İşğalı, Antanta ölkələrinin icazəsi ilə Yunanıstan Yüksək Komissarı Aristidis Sterqiyadis əmri altında edilmişdir. Birinci Dünya müharibəsində Yunanıstan Krallığı ilə Osmanlı İmperiyası arasında hər hansı bir hərbi qarşıdurma yaşanmaması səbəbiylə işğal, Antanta ölkələri arasında da müzakirə mövzusu olmuşdur. İşğala icazə verən Antanta ölkələrinin əsas məqsədi İtaliya Kralığının Anadoludakı torpaq qazanclarını tənzimləmək idi. İtaliya, Birləşmiş Krallıq və Fransa arasında 1917-ci ilin Aprel ayının 26-da edilən Sen Jan de Mauriyenne müqaviləsi Yunanıstan işğalı ilə uyğunlana bilməyib, çünki İtaliya Kralığına söz verilən İzmir bölgəsi Yunanıstan Kralıığı tərəfindən işğal edilmişdir. Yunanların hərəkatları, Türk Qurtuluş Savaşında İtaliya Krallığı-Türk Milli Hərəkatı arasında yaxınlaşmağa səbəb olmuşdur. İzmir şəhəri ilə birlikdə Ayvalık, bu iki şəhər arasındakı sahil yolu, Çeşme yarımadası, Səlcuq və Belkəhvəyə qədər İzmirin cənub hissəsi də işğal edilmişdir. 1920-ci ilin Aprel ayından sonra Yunanıstan ordusu İzmirdən hərəkətə keçərək, Bursa, Əskişəhər, Kütahya və Afyonkarahisara qədər Qərbi Anadolunun böyük bir hissəsini də işğal etmişdir.

    Mündəricat

    İşğal Qərarı

    İzmirin işğalı fikri 1919-cu ilin Fevral ayının ortalarında Yunanıstan baş naziri Elefteriyos Venizelosun təklifiylə, Birləşmiş Krallıq baş naziri Devid Lloyd Corc tərəfindən ortaya atıldı. ABŞ prezidenti Vudro Vilson bu təklifə əvvəl qarşı çıxdı, ancaq 25 Mart hadisəsində daha müsbət bir rəftarı mənimsədi. 7 Mayda Birləşmiş Krallıq, ABŞ və Fransa, Yunanıstan donanmasının İzmirə göndərilməsində həmfikir oldular. Qərar 15 Mayda tətbiq olundu.

    İşğalın Statusu

    İşğal, Türkiyə sülh müqaviləsinin imzalanmasına qədər davam edəcək bir təhlükəsizlik tədbiri olaraq təqdim edilmişdir. İzmir Yunanıstan Kralıığı tərəfindən ilhaq edilməmiş, Yunanıstan hərbi idarəsi altında bir türk qubernator tərəfindən idarə ediləcəkdi.

    1920-ci ilin Avqust ayının 10-da imzalanan Sevr müqaviləsi uyğun olaraq İzmir və Ayvalık beş il Yunanıstan Krallığı işğalı altında Osmanlı suverenliyində qalacaq, bu müddətin sonunda hansı dövlətə qatılacaqları ilə bağlı referendum ediləcəyi qərarı, Türkiyə və bütün dünya İzmirin işğalını, Türkiyə əhalisinə istiqamətli bir təhqir və son Yunan ihlaqına bir addım olaraq qiymətləndirmişdir.

    İşğal günü

    İzmir işğalından əvvəl, İzmir istehkamı mayın 14-də işğal edildi. İngilis qoşunları Karaburun və Uzunadanı, fransız qoşunları Urla və Foçanı və yunan qoşunları Yenikalanı işğal etdilər. 15 may 1919 səhərində yunan əsgərləri İttifaq dövlətlərinin donanmasının himayəsi altında İzmir körpüsünə çıxdılar. İzmirdə bunun qarşısını ala biləcək cəmi 200 hərbçi var idi. İzmir və ona bitişik ərazilərdə qoşunlara rəhbərlik edən Əli Nadir Paşa yunan əsgərlərinə müqavimət göstərməməyi və İttifaq əsgərlərinə silahları təslim etməyi əmr etdi. İzmirli yunanların sevinc nümayişləri arasında parad keçirən yunan əsgərlərinə atəş açan Həsən Tahsin bir yunan əsgərini öldürdü, lakin digər yunan əsgərlərinin cavab atəşi ilə özü də öldürüldü. Həsən Tahsinin atəş açdığı güllə türklərin müstəqillik müharibəsinə başlayan ilk güllə kimi tanınır. Yunan əsgərləri bu hadisəyə cavab olaraq ətrafa yaylım atəşi açdılar. Türk qoşunlarının təslim olmasına baxmayaraq, hərbi kazarmada olan silahsız türk əsgərlərini hədəfləyən güllələmə davam etdi. Türk vətəndaşlarına qarşı qətl, soyğunçuluq və təcavüz başladı İzmirdə işğalın ilk günündə 400 mülki türk həlak oldu. 15–16 may tarixlərində yaxın kəndlərdə baş vermiş insidentlərdə 5000 nəfərə qədər türk qətlə yetirilmişdi. New York Times qəzeti 19 may 1919-cu ildə işğalın ilk günündə 800 türk və 100 yunanın həlak olduğunu yazıb. 15 may günün sonunda ümumilikdə 20.000 yunan əsgəri İzmir və onun ətrafına yeridildi.

    Mayın 16-da səhər İzmirin işğalını eşidən 800-ə qədər yerli yunan sakini Türk kəndlərinə hücum etməyə başladı. Müdafiəsiz insanlar öldürüldü və malları soyulmağa başlandı. Urladakı Türk məhəllələri yunanlar tərəfindən mühasirəyə alınmağa başladı. Alay komandiri podpolkovnik Kazim bəy öhdəçiliyindəki 18 əsgər və bir neçə jandarma ilə qəsəbəni müdafiə etməyə başladı. İlk yunan hücumu dəf edildi. Elə həmin gün şəhərdə baş vermiş insidentdən xəbər tutan türk xalqı Urladakı hərbi silah anbarında olan 120 silah və arsenalı götürərək, 120 nəfərlik qüvvə təşkil edib. Beləliklə, Qərbi Anadoluda ilk milli İttifaqı peyda olub. Tez bir zamanda ətrafdakı digər qüvvələr də formalaşmağa başladı.

    Nəticəsi

    İzmirin Türkiyə əsgərləri tərəfindən azad edilməsi, İkinci Yunanıstan-Türkiyə müharibəsindəki (Türkiyə Qurtuluş Savaşının bir hissəsi) genişmiqyaslı döyüş rəsmi olaraq 1923-cü ilin İyul ayının 24-də Lozanna müqaviləsi ilə sona çatdı. Yunan əhalisinin çoxu, Yunanıstan ilə Türkiyə arasındakı 1923 əhali mübadiləsində idi və bu da yunan əhalisinin Yunanıstana və başqa yerlərə köçməyə məcbur etdi.

    Xarici Keçidlər

    • İzmirin İşğalı (15 may 1919) 3 mart 2014 at the Wayback Machine
    • İzmirin İşğalı Hadisəsi ve Yunanlıların XVII. Korpus mənsublarına istiqamətli qəsb və talan etmə Hərəkatı 2009-12-29 at the Wayback Machine

    Qeydlər

    1. Türk Qurtuluş Savaşı (ABŞ İzmirin işğalına USS Arizona ve üç dənə müharibə gəmisi ilə qoruma təmin etmişdir..)
    2. İşğal ərzində İzmir yüksək komisarıdır, komandasındakı Larissa Diviziyası birlikləri İzmiri işğala başlayan Yunan birliyi. (Əlavə məlumat: 15 Mayıs 1919’da İzmir’e çıkan Evzon Askerleri 2015-09-23 at the Wayback Machine)

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İzmirin işğalı haqqında məlumat. İzmirin işğalı nədir? İzmirin işğalı nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Gülgəzli

    • Fevral 26, 2026

      Rumınlar

    • Fevral 23, 2026

      6 aprel

    • Fevral 27, 2026

      Gövdə (bitki)

    • Fevral 27, 2026

      Binq Krosbi

    Trend Mahnılar
    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst