Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uzunada (türk. Uzunada) — Türkiyənin İzmir ili, Urla ilçəsi ərazisinə daxil olan ada. İzmir körfəzinin orta qismində yer alır. Türkiyənin sahəsinə görə dördüncü

Uzunada

  • Ana Səhifə
  • Vikipediya
  • Uzunada

Uzunada (türk. Uzunada) — Türkiyənin İzmir ili, Urla ilçəsi ərazisinə daxil olan ada. İzmir körfəzinin orta qismində yer alır. Türkiyənin sahəsinə görə dördüncü ən böyük adasıdır.

Uzunada
türk. Uzunada
Ümumi məlumatlar
Sahəsi 25,39 km²
Hündür nöqtəsi Barbaros təpəsi, 189 m
Yerləşməsi
38°30′06″ şm. e. 26°42′50″ ş. u.HGYO
Ölkə  Türkiyə
Vilayət
  • İzmir ili
Akvatoriya
  • Egey dənizi
Uzunada xəritədə
Uzunada
Uzunada
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiyası

Antik yunancada adı Drymoussa (Δρυμούσσα) olan ada, ayrıca Makronisi ("uzun ada") və ya Englezonisi adı ilə adlandırılmışdır. Bəzi mənbələrdə Köstən adası olaraq da adı keçərlidir.

Tarix

Qədim Yunan tarixçisi Fukidid Uzunadanın Spartalı admiral Astuocosun bəzi gəmilərinin Peloponnes müharibəsinin iyirminci ilində səkkiz gün sığındığı üç adadan biri olduğunu xatırladır.

Eramızdan əvvəl 188-ci ildə Apamea müqaviləsi imzalanandan sonra ada Klazomenai şəhərinə verilir.

1914-cü ildə adada təxminən 2000 yunan yaşadığı məlumdur.

1916-cı ildə işğalçı qüvvələr tərəfindən basılmış möhür

Birinci Dünya müharibəsi zamanı Kral Dəniz Qüvvələrinin Aralıq dənizi Donanması 1916-cı ilin aprelində adanı işğal edir. Ada 12 sentyabr hərbi çevrilişindən sonra Nəcməddin Ərbakan və Alparslan Türkeşin sürgün edildiyi yerdir. Bu gün onların qaldığı yerlər yay aylarında sosial bir obyekt kimi istifadə olunur. Adaya hazırda Hərbi Dəniz Bazası Komandanlığı heyəti və xidməti şəxslərin ailələri istisna olmaqla giriş qadağadır.

Coğrafiya

Şimali-cənub istiqamətində 9 km olan uzunluğu və maksimal 5 km enə sahibdir. Adanın sahəsi 25,39 km²-dir. Sahil xəttinin uzunluğu isə 31 kilometrə yaxındır. Bu göstərici ilə Türkiyənin sahə baxımından dördüncü böyük adasıdır. Urla və Karaburun sahillərinə yaxın ərazidə yerləşir. İzmir körfəzinin mərkəzi hissəsində qərarlaşır. Buxtadan dağ şəklində yüksələn adanın ən yüksək nöqtəsi 189 m olan Barbaros təpəsidir. Ada dənizdəki Tolos priçalı ilə materiklə əlaqə qurulmasına imkan verir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uzunada haqqında məlumat. Uzunada nədir? Uzunada nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qafan nahiyəsi

  • Fevral 27, 2026

    GQ

  • Fevral 27, 2026

    Li Çunşü

  • Fevral 27, 2026

    Küveyt coğrafiyası

  • Fevral 27, 2026

    Demensiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst