Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hamburq (alm. Freie und Hansestadt Hamburg‎) — Almaniyaniyanın şəhəridir.Avropada ən böyük liman şəhərlərindən biri olub. Şəhərin latın dilində adı Hammonia idi

Hamburq

  • Ana Səhifə
  • Vikipediya
  • Hamburq

Hamburq (alm. Freie und Hansestadt Hamburg‎) — Almaniyaniyanın şəhəridir.Avropada ən böyük liman şəhərlərindən biri olub. Şəhərin latın dilində adı Hammonia idi. Hamburqu tez-tez "dünyaya açılan qapı" adlandırırlar və buna görə də Hamburqun gerbində və bayrağında şəhər qalasının qapıları təsvir edilmişdir. Dünyanın çox şəhərlərinin öz gerbi və bayrağı var, lakin çox nadir halda hansısa şəhər öz himninin olması ilə öyünə bilir. Belə ki, vaxtilə Hamburq sadəcə şəhər deyil, həm də Hanze şəhər-dövləti olub. 2010-cu ildə Hamburq şəhəri dünyada yaşayış üçün 10-cu ən əlverişli şəhər seçilmişdir.

Hamburq
Freie und Hansestadt Hamburg
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
53°33′ şm. e. 10°00′ ş. u.HGYO
Ölkə
  •  Almaniya Federativ Respublikası
Başçı Peter Tsşentsşer[d]
Tarixi və coğrafiyası
İlk məlumat 810
Sahəsi
  • 755,09 km² (2017)
Mərkəzin hündürlüyü 6 ± 1 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 1.910.160 nəf. (2023)
Rəqəmsal identifikatorlar
Telefon kodu 040, 04721
Poçt indeksi 20095–21149, 22041–22769, 27499
Nəqliyyat kodu HH
Digər
hamburg.de
hamburg.com
Xəritəni göstər/gizlə
Hamburq xəritədə
Hamburq
Hamburq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafi mövqeyi

Hamburq Şimali Almaniyada, Elba çayının hər iki sahilində, Elbanın Şimal dənizinə töküldüyü yerdən təxminən 110 kilometr cənub-şərq istiqamətində yerləşir. Təbii yaranmış dəniz limanı Elba çayı sahili boyunca uzanır. Çayın hər iki tərəfindəki yaşayış sahələri bir-biriylə çoxlu sayda körpü, həmçinin Elbanın altından keçən köhnə (indi piyadalar üçün istifadə olunur) və yeni tunel vasitəsilə birləşdirilmişdir.

Tarixi

Şəhər adını İmperator Şarlmanın e.ə. 808-ci ildə tikdirdiyi qaladan almışdır. Alster və Elba çaylarının arasındakı batağlıqdakı qayalıq bir ərazidə inşa edilən qala Slavyanların axınlarına qarşı tikilmişdir. Hamburq adındakı burq qala mənasını verir. Ham sözünün mənası, qalanın mövqeyi kimi naməlumdu.

İkinci dünya müharibəsi əsnasında Hamburqun liman sahələri Müttəfiq aviasiyasının hava hücumlarına məruz qaldı. İkinci dünya müharibəsində 23 iyul 1943-cü ildə ingilis və Kanada təyyarələri gecələri, ABŞ təyyarələri də gündüzləri Hamburqu bombaladı. Noyabrda əməliyyat bitdiyində 9.000 ton partlayıcı atılmış və 280.000 bina dağıdılmışdı. Böyük Britaniya HHQ tərəfindən Gemorroy əməliyyatı kod adı verilən hücumda ən azı 42.600 insan öldü. Ölənlərin dəqiq sayı bilinmir. 1 milyon insan hücumlar sonrasında evakuasiya edildi. Döyüş sonunda epidemik xəstəliklər səbəbindən Neuengamme toplama düşərgəsində (bataqlıqlar içində, şəhər xaricində 25 km uzaqlıqda bir yer) və təxliyə gəmilərinin bombardmanı əsnasında daha çox insanın öldürüldüyü zənn edilir.

Əhalisi

İlSayı
950 500
1430 16.000
1840 136.956
1867 271.000
1871 302.000
1880 412.000
1890 573.000
1900 705.738
1903 743.860
İlSayı
1910 931.035
1920 1.026.989
1930 1.145.124
1940 1.725.500
1950 1.605.606
1961 1.832.346
1970 1.793.823
1975 1.717.383
1980 1.645.095
İlSayı
1987 1.592.770
1990 1.652.363
1995 1.707.901
2000 1.715.392
2001 1.726.363
2011 1.706.696
2013 1.746.342
2014 1.758.041
2014 1.803.752
İlSayı
2015 1.787.408
2016 1.810.438
2017 1.830.584
2018 1.841.179
2019 1.841.179
2021 1.852.478
2021 1.853.935
2022 1.892.122
2023 1.910.160
Vətəndaşlığına Görə Şəhərdəki Xarici Rezidentlər
MilliyyətƏhali Sayı (31.12.2018)
 Türkiyə44,239
 Polşa29,058
 Əfqanıstan19,831
 Suriya15,763
 Rumıniya11,925
 Bolqarıstan10,547
 Portuqaliya10,541
 Rusiya9,335
 İtaliya8,806
 İran8,282
 İspaniya7,197
 Xorvatiya7,095
 Yunanıstan7,085
 Serbiya7,057
 Şimali Makedoniya6,883
 Qana6,194
 Filippin5,847
 Fransa5,439
 ÇXR5,369
 İraq5,031
 Avstriya4,583
 Hindistan4,411

İqtisadiyyatı

Hamburq həm ticari həm də xidmət sektoru baxımından Şimali Almaniyanın ən böyük iqtisadi mərkəzidir. Xüsusilə aviasiya sənayəsi, təyyarə istehsalına görə dünyanın ən böyük 3-cü şəhəridir. Kimya, maşın, gəmiqayırma və bank sektorları olduqca güclü inkişaf edib. 2008-ci ildə Hamburqda adam başına düşən illik gəlir ortalama 50.073 avro olub. Lakin Hamburqun 2007-ci il sonundakı borcu 21,8 Milyard avronu keçmişdir.

İnzibati bölgüsü

Hamburq şəhəri inzibati cəhətdən 7 rayona bölünüb:

  • Hamburg-Mitte
  • Altona
  • Eimsbüttel
  • Hamburg-Nord
  • Wandsbek
  • Bergedorf
  • Harburg

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hamburq haqqında məlumat. Hamburq nədir? Hamburq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 15, 2026

    1 (ədəd)

  • Fevral 20, 2026

    Şimali İrlandiya

  • Fevral 11, 2026

    Abxaz dili

  • Fevral 24, 2026

    Ankara

  • Fevral 23, 2026

    Maldiv dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst