Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kip Torn (1 iyun 1940[…]) — Amerikalı fizik və astronom, ümumi nisbilik nəzəriyyəsi üzrə dünyanın aparıcı mütəxəssislərindən biridir. O, qravitasiya dalğalarını

Kip Torn

  • Ana Səhifə
  • Vikipediya
  • Kip Torn

Kip Torn (1 iyun 1940[…]) — Amerikalı fizik və astronom, ümumi nisbilik nəzəriyyəsi üzrə dünyanın aparıcı mütəxəssislərindən biridir. O, qravitasiya dalğalarının eksperimental aşkarlanmasına görə 2017-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülüb.

Kip Torn
ing. Kip Stephen Thorne
Doğum adı Kip Stephen Thorne
Doğum tarixi 1 iyun 1940(1940-06-01)[…] (85 yaş)
Elm sahələri fizika, astronomiya
Elmi dərəcəsi
  • professor
İş yerləri
  • Kaliforniya Texnologiya İnstitutu (1967),
  • Prinston Universiteti (1965–1966),
  • Yuta Universiteti,
  • Leyden Universiteti (2009)
Təhsili
  • Kaliforniya Texnologiya İnstitutu (–1962),
  • Prinston Universiteti (1962–1965)
Üzvlüyü
  • ABŞ Milli Elmlər Akademiyası (1999),
  • Amerika İncəsənət və Elmlər Akademiyası (1972),
  • Amerika Fizik Cəmiyyəti[d],
  • Rusiya Elmlər Akademiyası (1999),
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (1999),
  • Beynəlxalq Astronomiya İttifaqı
Mükafatları Fizika üzrə Nobel mükafatı — 2017
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, ABŞ Milli Elmlər Akademiyasının üzvü (1973il) və Rusiya Elmlər Akademiyasının xarici üzvüdür (1999il).

Cazibə qüvvəsi nəzəriyyəsi, astrofizika və kvant ölçmə nəzəriyyəsi üzrə mütəxəssis, Beynəlxalq LIGO cazibə dalğası axtarış layihəsinin qurucularından biri olub.

Həyat yolu

1965-ci ildə Prinston Universitetindən doktorluq dərəcəsi almışdır. 1991-ci ildən Kaliforniya Texnologiya İnstitutunda Feynman professoru, Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü (1972il) və NASA Elmi Şurasının üzvüdür. 2009-cu ildə təqaüdə çıxdı, lakin Kalteksdə Feynman professoru vəzifəsində qalaraq bütün diqqətini ümumi fizika dərsliyi və populyar kitablar üzərində işləməyə verdi.

11 fevral 2016-cı ildə o, qravitasiya dalğalarının kəşfinə həsr olunmuş mətbuat konfransında LIGO əməkdaşlığını təmsil edən dörd alimdən biri oldu.

Cazibə nəzəriyyəsi və yüksək enerjili astronomiya haqqında kitabların müəllifi və redaktorudur. 1973-cü ildə o, Con Uiler və Çarlz Misner ilə birlikdə klassik "Qravitasiya" kitabını yazıb. Ümumi nisbilik nəzəriyyəsi üzrə dərslik-monoqrafiya kitabının həmmüəllifidir.

Mükafatları

  • 1983-cü ildə — Silliman Mühazirəsi
  • 1992-ci ildə — Rixtmayer Xatirə Mükafatı
  • 1996-cı ildə — Karl Şvartsşild Medalı
  • 1996-cı ildə- Yuliya Edgar Lilienfeld Mükafatı
  • 2009-cu ildə — Albert Eynşteyn Medalı
  • 2010-cu ildə — Nils Bor Medalı
  • 2016-cı ildə — Fundamental Fizika Mükafatı
  • 2016-cı ildə — Qruber Mükafatı
  • 2016-cı ildə — Şau Mükafatı
  • 2016-cı ildə — Kavli Mükafatı
  • 2016-cı ildə — Tomalla Mükafatı
  • 2016-cı ildə — Oskar Kleyn Medalı
  • 2017-ci ildə — Asturiya Şahzadəsi Mükafatı
  • 2017-ci ildə — Fizika üzrə Nobel Mükafatı (1\4 mükafat)
  • 2018-ci ildə — Luis Tomas Mükafatı, Rokfeller Universiteti
  • 2020-ci ildə — Ceyms Medison Medalı
  • 1981-ci ildə — Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri Doktoru .
  • 2001-ci ildə Qlazqo Universitetindən fəxri dərəcəyə layiq görülüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kip Torn haqqında məlumat. Kip Torn nədir? Kip Torn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Köln Universiteti

  • Fevral 27, 2026

    PlayStation 4

  • Fevral 27, 2026

    Makassar

  • Fevral 27, 2026

    Karlsruhe

  • Fevral 24, 2026

    Atropatidlər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst