Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İvan Aleksandroviç Pıryev (rus. Иван Александрович Пырьев; 17 noyabr 1901 — 7 fevral 1968) — rus sovet rejissoru, ssenarist və aktyoru. SSRİ Kinematoqrafçılar İ

İvan Pıryev

  • Ana Səhifə
  • Vikipediya
  • İvan Pıryev

İvan Aleksandroviç Pıryev (rus. Иван Александрович Пырьев; 17 noyabr 1901 — 7 fevral 1968) — rus sovet rejissoru, ssenarist və aktyoru. SSRİ Kinematoqrafçılar İttifaqının banisi və ilk sədri. SSRİ xalq artisti (1948). Altıqat Stalin mükafatı laureatı (1941, 1942, 1943, 1946, 1948, 1951). 1956-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü.

İvan Pıryev
rus. Иван Александрович Пырьев
Doğum adı İvan Aleksandroviç Pıryev
Doğum tarixi 17 noyabr 1901
Doğum yeri Kamen kəndi, Barnaul qəzası, Tomsk quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 7 fevral 1968 (66 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Vəfat səbəbi infakt
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Vətəndaşlığı  Rusiya İmperiyası
SSRİ SSRİ
Fəaliyyəti aktyor, kinorejissor, ssenarist
Fəaliyyət illəri 1921 — 1968
İstiqamət Komediya, dram
Üzvlüyü
  • SSRİ Kinematoqrafçılar İttifaqı
Mükafatları

"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

"Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" medalı

"SSRİ xalq artisti" fəxri adı RSFSR əməkdar incəsənət xadimi "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı
IMDb ID0701576
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İvan Pıryev, 1947

Mündəricat

Həyatı

İvan Pıryev 1901-ci ildə indiki Altay diyarının Kamen kəndində anadan olmuşdur. 1904-cü ildə atası davada həlak olmuş, İvan babasının himayəsində qalmışdır. 1915-ci ildə Pıryev kəndin digər gəncələri ilə birgə müharibəyə yollanır. Döyüşlərdə iki dəfə yaralanır, göstərdiyi igidliklərə görə 3-cü və 4-cü Georgi ordeni ilə təltif olunur. 1918-ci ilin mayında tif xəstəliyində tutulur. Daha sonra Qızıl Ordu sıralarına yazılır. 1921-ci ildən Proletkultun Fəhlə teatrında aktyor kimi fəaliyyətə başlayır, tamaşalarda Sergey Eyzenşteyn ("Meksikalılar") və Vsevolod Meyerhold ("Meşə"). 1923-cü ildə QEKTAMES-in aktyorluq bölməsini bitirmişdir. 1925-ci ildən kinoda fəaliyyət göstərməyə başlamışdır. Pıryev bu illərdə müxtəlif kinostudiyalarda (Qoskino, Proletkino, Soyuzkino) işləyirdi. 1936-cı ildə Pıryevin "Partiya bileti" adlı filmi SSRİ ekranına çıxdı. İvan Pıryevin "Varlı gəlin" (1938), "Traktorçular" (1939), "Donuzabaxan qız və çoban" (1941), "Müharibədən sonra axşam saat altıda" (1944 ), "Kuban kazakları" (1950) filmləri sovet kinosunun qızıl fonduna daxildir. Böyük Vətən müharibəsi illərində partizan hərəkatı haqqında film yaradan ilk rejissorlardandır. ("Raykom katibi", 1942). 1957-1965-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqının sədri, SSRİ Ali Sovetinin deputatı olmuşdur. Fyodor Dostoyevskinin əsərləri üzrə "İdiot" (1958), "Bəyaz gecələr" (1960), "Karamazov qardaşları" (1969) filmlərini çəkmişdir. Bir neçə filmi beynəlxalq kino festivallarında mükafata layiq görülmüşdür. İvan Pıryev 7 fevral 1968-ci ildə Moskvada vəfat etmiş, Novodeviçiya qəbiristanlığında dəfn olunmuşdur.

Mükafat və fəxri adları

  • Birinci dərəcəli Stalin mükafatı (1941)— "Traktorçular" (1939) filminə görə;
  • İkinci dərəcəli Stalin mükafatı (1942) — "Donuzabaxan qız və çoban" (1941) fiıminə görə;
  • İkinci dərəcəli Stalin mükafatı (1943) — "Raykomun katibi" (1942) filminə görə;
  • İkinci dərəcəli Stalin mükafatı (1946) — "Müharibədən sonra axşam saat altıda" (1944) filminə görə;
  • Birinci dərəcəli Stalin mükafatı (1948) — "Sibir torpağı haqqında hekayə" filminə görə;
  • İkinci dərəcəli Stalin mükafatı (1951) — "Kuban kazakları" (1950) filminə görə;
  • Beynəlxalq dünya mükafatı (1952) — "Biz dünya arxasındayıq" (1951) sənədli filminə görə;
  • RSFSR əməkdar incəsənət xadimi (1942);
  • SSRİ xalq artisti (1948);
  • 3-cü və 4-cü dərəcəli Georgi xaçları;
  • 3 dəfə Lenin ordeni (1938, 15.09.1948, ?);
  • 4 dəfə "Qırmızı əmək bayrağı" ordeni (14.04.1944; 1950, 1951, 03.11.1961);
  • Medallar və bir çox kinofestivallarda mükafatlar.

Filmoqrafiya

Filmin çəkilmə iliFilmin adıŞəkilFilmin orijinal adıFəaliyyəti
1923Qlumovun gündəliyirus. Дневник ГлумоваAktyor
1928Qopardılmış qolrus. Оторванные рукава Ssenarist
1929Yad qadınrus. Посторонняя женщинаRejissor
1930Dövlət çinovnikirus. Государственный чиновникRejissor
1931Anlaşılan sonuncu səhvrus. Понятая ошибка последняя)Rejissor, ssenarist
1933Konveyer ölümü
rus. Конвейер смертиRejissor
1936Partiya bileti
rus. Партийный билетRejissor
1937Varlı gəlin
rus. Богатая невестаRejissor
1939Traktorçular
rus. ТрактористыRejissor
1940Sevimli qız
rus. Любимая девушкаRejissor
1941Donuzabaxan qız və çoban
rus. Свинарка и пастухRejissor
1942Raykom katibi
rus. Секретарь райкомаRejissor
1944Müharibədən sonra axşam saat altıda
rus. В 6 часов вечера после войныRejissor
1947Sibir torpağı haqqında hekayə
rus. Сказание о земле СибирскойRejissor
1949Kuban kazakları
rus. Кубанские казакиRejissor
1951Biz dünya arxasındayıqrus. Мы за мирRejissor
1954Sədaqət imtahanı
rus. Испытание верностиRejissor
1958İdiot
rus. ИдиотRejissor, ssenarist
1959Bəyaz gecələr
rus. Белые ночиRejissor, ssenarist
1962Bizim ümumi dostumuzrus. Наш общий другRejissor, ssenarist
1964Uzaq ulduzun işığı
rus. Свет далёкой звездыRejissor
1968Karamazov qardaşları
rus. Братья КарамазовыRejissor, ssenarist

Xatirəsi

  • Moskvada rejissorun adına küçə verilmişdir

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İvan Pıryev haqqında məlumat. İvan Pıryev nədir? İvan Pıryev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şimali Reyn-Vestfaliya

  • Fevral 27, 2026

    Naxçıvan şəhəri

  • Fevral 27, 2026

    Zendaya

  • Fevral 27, 2026

    Gülüş

  • Fevral 27, 2026

    Siemens

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst