Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Qızıllar" və ya Xızıllar (xak.Хызыллар; rusca Кызыльцы) — Rusiya Federasiyasının Sibir bölgəsində yaşayan və bugünkü Xakas xalqını təşkil edən əsas türk tayfa

Qızıllar (Xakas)

  • Ana Səhifə
  • Vikipediya
  • Qızıllar (Xakas)

"Qızıllar" və ya Xızıllar (xak.Хызыллар; rusca Кызыльцы) — Rusiya Federasiyasının Sibir bölgəsində yaşayan və bugünkü Xakas xalqını təşkil edən əsas türk tayfa birliklərindən biridir. Onlar əsasən Rusiya Federasiyasının Xakasiya Respublikası ərazisində məskunlaşıblar.Xakas xalqının etnoqrafik qrupu.

Xakas dilinin Qızıl ləhcəsinin daşıyıcıları. Qızıl sözünün mənası- bəzi hallarda "Qırmızı" mənasında (rəng, rəmz), bəzi hallarda isə tayfa adı kimi izah olunur.

Hazırda Yenisey qırğızları, Qızıl (Kyzyl/Kızıl) tayfaları da adlanırlar. Hazırda Xakasiyanın şimal hissəsində Çernıy İyus çayı vadisində, həmçinin Krasnoyarsk diyarının Şarıpov və Ujur rayonlarında yaşayırlar.

Mündəricat

Tarixi

Təxminən 70 min nəfər (əsasən Rusiyada) olan qızıllar XVIII-XIX əsrlərdə Açinsk qəzasının tərkibində, Qırğızıstan torpaqlarının siyasi mərkəzi olan keçmiş Altısar ulusunun yerində, digər xakas qəbilə qruplarından ayrı formalaşmışdır. Nisbi təcrid olunmasına baxmayaraq, Qızıllılar digər xakas qrupları ilə qohumluq anlayışlarını saxlayırdılar.Qızıllıların bir hissəsi özlərini və saqay xalqını iki qardaş Qızılax və Saqayax soyundan hesab edir, digər hissəsi isə özlərini Kaçin xalqı ilə eyni mənşəli hesab edirdilər. XVIII əsrdə Altısar ulusunun keçmiş rayonlarından birinin adı ilə adlandırılan "Xızıl" aymakı, sonralar isə çöl ittifaqlarında aparıcı mövqe tuturdu. Bugünki Qızıllar Yenisey qırğızlarının birbaşa davamçılarıdır. İndiki Qırğızıstan qırğızları isə bu tayfanın sonradan cənuba köçən qolu sayılır. 1794-cı ildə əhalinin siyahıya alınması zamanı qızıllar arasında 2109 kişi qeydə alınmışdır. Onların arasında 200-ə yaxın müxtəlif soyadadlı ailələr olmuşdur. Yerli qəbilələrdən başqa qızılların etnik qrupuna Altay və Sibir tatarlarının bir hissəsi daxil idi.

1822-ci ildən XX əsrin əvvəllərinə qədər Speran islahatı ilə bağlı Qızıl Çöl Duması özünüidarəetmə orqanı olmuşdur . Bura Qızıl, Bolşeaçin, Maloaçin, İqin, Şuy, Maloarqun, II yarıdan ayrılmış Basaqar, I və II yarıdan Basaqar və Kurçikov inzibati ailələri daxil idi. Bu gün qızıllar əsasən maldarlıq, ovçuluq, atçılıqla məşğul olurlar. XIX əsrdə qızılların yaşayışını tədqiq edən rus tədqiqatşı onlar haqqında belə yazmışdır.

Qızıl xalqının yurdları əsasən ağac kötüklərindən, bir neçəsi isə ağcaqayın qabığından hazırlanır. Onlar nizamsız şəkildə yerləşdirilib: arxa-arxaya, ön-arxaya və yan-yana, buna görə də düz küçələr və ya döngələr yoxdur. Uluslarda tərəvəz bağları yoxdur və bir dənə də olsun ağac görünmür.

İnancları

  • Tənqricilik (Göy Tanrı inancı)
  • Şamanizm

Dil

Qızılların dilləri Xakas dillərinin günümüzdəki 4 ağzından (diğer ağızlar: Kaçlar, Saqaylar ve Şorlar) biridir.

Ədəbiyyat

  • Корнилов И. П. Воспоминания о Восточной Сибири — город Ачинск и поездка в 1848 году на Божьи озера И. П. Корнилова // Магазин землеведения и путешествий, изд. Н. Фроловым. — М., 1854. — Т. III. — С. 605658.
  • Костров Н. А. Кизильские татары. — Казань, 1853. — 38 с. Ярилов А. А. Кызыльцы и их хозяйство. — Юрьев, 1899. — 366 с.
  • Афанасьевич Б.А., Михайлович Д.Л. Степные думы Сибири: исторический опыт самоуправления в имперской системе власти.—2011.
  • Грачев И.А. Формирование национальной идентичности хакасов в рамках российской государственности (XVII–XIX вв.) —2004
  • Доможаков Н.Г.Описание кызыльского диалекта хакасского языка. 1948;
  • Патачакова Д.Ф.Кызыльский диалект хакасского языка.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qızıllar (Xakas) haqqında məlumat. Qızıllar (Xakas) nədir? Qızıllar (Xakas) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İfrat sağçılıq

  • Fevral 27, 2026

    Saturn

  • Fevral 27, 2026

    Art-rok

  • Fevral 27, 2026

    Nitq aktı

  • Fevral 27, 2026

    Tauer körpüsü

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst