Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xakaslar - türk xalqlarından biri. Xakaslar türk boyu olub Cənub-Şərqi Sibirdə yaşayırlar. Onlar Rusiya Federasiyasının Krasnoyarsk şəhərinin Xakas Muxtar Vilay

Xakaslar

  • Ana Səhifə
  • Vikipediya
  • Xakaslar

Xakaslar - türk xalqlarından biri. Xakaslar türk boyu olub Cənub-Şərqi Sibirdə yaşayırlar. Onlar Rusiya Federasiyasının Krasnoyarsk şəhərinin Xakas Muxtar Vilayətinin məskunudurlar. Xakaslar Abakan Türkləri, Yenisey Qırğızları, Minusinsk Tatarları və ya Abakan Tatarları kimi fərqli adlarla adlandırılmışdılar.

Xakaslar
Cəmi say 90 000
Əhəmiyyətli sayda yaşadığı bölgələr
  • Rusiya Rusiya:75.622
  • Qazaxıstan Qazaxıstan:355
  • Qırğızıstan Qırğızıstan:212
  • Özbəkistan Özbəkistan:
Dil Xakas dili
Din Şaman
Daxildir Türk xalqları

Mündəricat

Əhalisi

Xakas əhalisi 1939-cu il əhalinin siyahıya alınmasına görə 52.000 nəfəridi. 1959-cu ildə 56,600 nəfərlik əhalinin 40,000-i xakaslar idi. Ölkədə xakaslardan başqa ruslar, ukraynalılar və tatarlar da yaşayır. Əlbəttə ki, xakasların Xakas muxtariyyətinin xaricində, Krasnoyarsk və Tuvadada yaşadıqlarını qeyd etmək lazımdır. 1989-cu ildə Xakas dilində danışanların ümumi sayı 81.428 nəfər idi.

İdarə etmə forması

Abakan qəbilələri "yasaul (qadağan / yasavul)" adlı, bir köməkçisi olan şəxs tərəfindən idarə edilirlər. Prezidentlər seçki yolu ilə gəlirlər. Hüquqi problemlər məhkəmə tərəfindən "bozkır qanunları" na uyğun olaraq həll edilir. Bu məhkəmənin qərarları Çar Rusiyası tərəfindən də qanuni sayılır. "Çayzan" anlayışı (monqolca Zaysan sözündəndir) cəmiyyətdə status müəyyənləşdiricisi kimi də istifadə edilmişdir.

Tarixi

Xakasların iki min ili aşan tarixləri onların bir qırğız qrupu olduğunu göstərməkdədir. Tədqiqatçılara görə xakaslar qədimdə mənşəcə Yenisey qırğızlarının tərkibində olmuşlar.

Tanrı Dağı Qırğızlarının dünya tərəfindən məşhur böyük dastanları Manas da bu tarixi hadisədən bəhs etməkdədir. Manas Dastanının izah etdiyinə görə Tanrı Dağı Qırğızları Yenisey bölgəsindən bugünkü vətənlərinə Manas Xan başçılığında köç etmişlər. 9. əsr Çin qaynaqları Qırğızlar dan "Heges" və ya "KieKiaSe" adıyla bəhs etməkdədir. Sonrakı illərdə Tanrı Dağı Qırğız boylarının müsəlmanlaşması və yaşadıqları bölgələr arasındakı məsafənin uzaq olması səbəbiylə Yenisey Qırğızlarının ayrı bir şəxsiyyət mənimsəməsini və Xakas adını qəbul etmələri nəticəsini doğurmuşdur. Lakin xakasların etnogenezisində uyğur və oğuz tayfaları da iştirak etmişlər.

Xakasların ulu əcdadlarının tayfa ittifaqı XIII əsrdə monqollar tərəfindən dağıdıldı və bununla da onların dövlət qurumu yaranmadı. Sonrakı əsrlərdə onlar Sibir xanlığının tərkibində olmuşlar. XVII əsrdə xakasların feodal knyazlıqları yaransa da, rusların Sibiri işğalı ilə bu knyazlıq da uzun müddət möhkəmlənə bilməyib, ləğv edildi.

Şərqi Sibirin cənubunda yaşayan xakaslar rus mənbələrində XVIII əsrdən sonra məlumudur. XVIII-XIX əsrlərdə ruslar onları "Abakan tatarları" adlandırmışlar. Ruslar xakasların ərazisini işğal etdikdə onlar 5 tayfa birləşməsindən ibarət idilər: saqay, kaçin, qızıl, şor, kaybal və belt.

Xakaslar 1800-cü illərdə Rusiya imperiyasına qatılmış, 1930-cu ildə avtonom bölgə statusu alımışlalar. Xakaslar köhnə şamanizm inancına sahibdirlər.

Abakan boyları

  • Kaç boyu
  • Koybal boyu
  • Saqay boyu
  • Kamasin boyu
  • Beltir boyu
  • Şor boyu
  • Qızılqaya boyu
  • Aba boyu
  • Qızıl boyu
  • Tuba boyu
  • Küerik boyu

Dil

Xakas dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur.

Həmçinin bax

  • Şorlar
  • Ah Çibek Arığ

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xakaslar haqqında məlumat. Xakaslar nədir? Xakaslar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Dərələyəz silsiləsi

  • Fevral 23, 2026

    Əmək bölgüsü

  • Fevral 23, 2026

    18 may

  • Fevral 24, 2026

    Dram

  • Fevral 23, 2026

    Perm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst