Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü.
| Daşlıq dələsi | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Klad: Klad: Klad: Amniota Sinif: Klad: Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Arctoidea Fəsiləüstü: Musteloidea Fəsilə: Yarımfəsilə: Cins: Dələ Növ: Daşlıq dələsi | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Qısa təsviri
Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər.
Yayılması
Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Azərbaycan ərazisəndə meşə dələsinə nisbətən daşlıq dələsi geniş yayılmışdır. Hazırda əsasən Böyük və Kiçik Qafqaz sıra dağlarının qayalıqlarında, Naxçıvan MR-da, Talış dağlarının dağ və dağətəyi, eləcə də meşəlik sahələrində yayılmışdır. Ən çox Böyük və Kiçik Qafqazın dağətəyi fıstıq və qarışıq meşələrində təsadüf olunur.
Həyat tərzi
Həyat tərzi meşə dələlərində olduğu kimidir, lakin meşə dələlərindən fərqli olaraq, yaşayış məntəqələrindən çox da uzağa getmir. Qayalıq yerlərə üstünlük verir və yuvasını yarğanlarda və ağac köklərinin arasında düzəldir. Çevikliyi, cəldliyi, uzunsov bədən quruluşuna malik olması sahəsində dar dəliklərdən və deşiklərdən asanlıqla keçir.
Qidalanması
Əsasən gecə yırtıcısı olub, xırda gəmiricilərlə, quşlar, sürünənlər və suda-quruda yaşayan heyvanlarla, az hallarda isə bəzi meyvələrlə qidalanırlar.
Çoxalması
İyul ayında cütləşirlər. 236-274 gün davam edən boğazlıq dövründə sonra ana dələ 8-ə qədər bala doğur. Balalrın sayı çox vaxt 3-4-dür.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Daşlıq dələsi haqqında məlumat. Daşlıq dələsi nədir? Daşlıq dələsi nə deməkdir?
