Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qubadlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qubadlı şəhər inzibati ərazi dairəsində şəhər, Qubadlı rayonunun inzibati mərkəzi.

Qubadlı

  • Ana Səhifə
  • Vikipediya
  • Qubadlı
Bu məqalə Qubadlı haqqındadır. Rayon üçün Qubadlı rayonu səhifəsinə baxın.

Qubadlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qubadlı şəhər inzibati ərazi dairəsində şəhər, Qubadlı rayonunun inzibati mərkəzi.

Şəhər
Qubadlı
39°20′38″ şm. e. 46°34′47″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Qubadlı rayonu
Başçı Malik İsaqov
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 477 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 5.508 nəf. (1989)
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi 3900
Nəqliyyat kodu 39
Digər
ISO 3166-2: AZ-QBI
Statistika kodu: 60306018
Qubadlı xəritədə
Qubadlı
Qubadlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər Bərgüşad çayının hər iki sahilində yerləşir. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.

Mündəricat

Etimologiyası

"Qubadlı" eyni adlı türk tayfasının adıdır. Həmin tayfa hazırda İranda yaşamaqdadır.

Coğrafiyası

Rayon ərazisi Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir.

Tarixi

Qubadlı Rusiya imperiyası dövründə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur. Sovet dövründə Qubadlı əvvəlcə Azərbaycan SSR-in Zəngilan rayonunun bir hissəsi idi, sonra isə Qubadlı rayonu yaradılmış və onun inzibati mərkəzi təyin edilmişdir. Şəhər 1923-cü ildən 1930-cu ilə qədər Kürdüstan qəzasının tərkibində olmuşdur. 1933-cü ildə Qubadlı Zəngilan rayonunun eyniadlı kənd sovetinin tərkibində olmuşdu.

Qubadlıya 1962-ci ildə şəhər tipli qəsəbə, 24 iyul 1990-cı ildə şəhər statusu verilmişdir. Burada asfalt zavodu, quşçuluq fabriki, daş karxanası, üç məktəb, iki xalq kitabxanası, mədəniyyət evi, kinoteatr və xəstəxana yerləşirdi. Qubadlı şəhəri Birinci Qarabağ müharibəsi zamanı, 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş, oranın azərbaycanlı əhalisi məcburi köçkün olmuşdur. Azərbaycan şəhəri İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə azad etmişdir.

Əhalisi

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Qubadlıda hamısı tatar (sonradan azərbaycanlı) olmaqla 326 nəfər yaşayırdı. Hər halda, XIX əsrin ikinci yarısında Qacar hakimiyyətinin təqibindən qaçmış və burada yaşayan qohumlarına sığınan kürdlər Qubadlıya axın etmişdir. 1912-ci il "Qafqaz təqvimi"nə görə, Qubadlı əhaliis 672 nəfər idi və bunların əksəriyyəti tatar idi. 1933-cü ildə Qubadlı Zəngilan rayonunun eyniadlı kənd sovetinin tərkibində idi; Gödəklər, Mahmudlu və Qayalı kəndlərinin daxil olduğu kənd sovetinin əhalisinin 97,1 faizini azərbaycanlılar təşkil edirdi. 1989-cu il SSRİ siyahıyaalınmasına görə şəhərin əhalisi 5,508 nəfər idi.

Tanınmış şəxsiyyətləri

  • Mamed Qəmbərov (1926–1995) — Azərbaycan SSR Ali Sovetinin Deputatı. Sosialist Əmək Qəhrəmanı. Xarici Əlaqələr Komissiyasının üzvü. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin XXV qurultayının nümayəndəsi. Lenin Ordeni mükafatçısı. Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978).
  • Çingiz İldırım (1890–1941) — Azərbaycan SSR Hərbi və Dəniz İşləri Xalq Komissarı (1920).
  • Vasili Əliyev (1959–1992) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Niyaməddin Paşayev (1980) — Taekvondo, Dünya və Avropa çempionu.
  • Heydər Məmmədəliyev (1974) — Güləş üzrə Dünya Çempionu, 2004-cü il Olimpiya Oyunlarının gümüş mükafatçısı.
  • Şükür Həmidov (1975–2020) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Əliyar Əliyev (1957–1992) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Mais Bərxudarov (1976) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı.

Həmçinin bax

Qubadlı abidələrinin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qubadlı haqqında məlumat. Qubadlı nədir? Qubadlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 11, 2026

    Dəniz

  • Fevral 24, 2026

    23 mart

  • Fevral 24, 2026

    Teleskop

  • Fevral 23, 2026

    1 avqust

  • Fevral 24, 2026

    Aramilər

Trend Mahnılar
  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst