Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

ETA (bask Euskadi Ta Askatasuna – "Baskların vətəni və azadlıq") — İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşən Basklar ölkəsi bölgəsinin müstəqil

ETA

  • Ana Səhifə
  • Vikipediya
  • ETA

ETA (bask Euskadi Ta Askatasuna – "Baskların vətəni və azadlıq") — İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşən Basklar ölkəsi bölgəsinin müstəqilliyi uğrunda silahlı mübarizə aparan bask radikal-solçu, milliyyətçi və separatçı təşkilatı. 1959-cu ildə Franko diktaturasına qarşı mübarizə məqsədilə yaranmış, 2011-ci ildə hərbi mübarizəni dayandırdığını elan etmişdir.

Baskların Vətəni və Azadlıq

bask Euskadi Ta Askatasuna
Loqonun şəkli
Lideri Çabi Eçebarryeta
Arqala
Çomin İturbe
Quruluş tarixi 31 iyul 1959
Dağılma tarixi 3 may 2018
İdeologiya Bask milliyyətçiliyi,
Sosializm (marksizm-leninizm),
separatçılıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1962-ci ildə təşkil olunan bask solçu milliyyətçilərinin qurultayında təşkilatlanma prosesini başa çatdıran ETA, özünün əsas məqsədi kimi müstəqil bask dövlətinin (Euskadi) yaradılmasını qarşıya qoymuşdu. 1968-ci ildə silahlı mübarizəyə başlayan ETA 800 nəfərin ölümünə, minlərlə insanın yaralanmasına və onlarla insanın qaçırılmasına görə məsuliyyət daşıyır. İspaniya və Fransa, həmçinin Avropa İttifaqı və ABŞ tərəfindən terror təşkilatı kimi tanınmışdır. Təşkilatın 700-dən artıq üzvü İspaniya, Fransa və digər ölkələrdə həbs cəzasına məhkum edilmişdir.

Həyata keçirdiyi terror aktları arasında 1973-cü ildə Fransisko Frankonun yerinə hökumətə rəhbərlik edən admiral Luis Karrero Blankonun qətlə yetirilməsi, 30 dekabr 2006-cı ildə Madridin Barahas hava limanında 2 nəfərin ölümü, 4 nəfərin yaralanması və hava limanı binasının ciddi zədələnməsi ilə nəticələnən partlayış, həmçinin 29 iyul 2009-cu ildə İspaniyanın Burqos şəhərində Mülki Qvardiyanın əsgərlərinin və ailələrinin yaşadığı binanın qarşısında törədilən, 46 nəfərin yaralanması və 14 mərtəbəli yaşayış binasının qismən zədələnməsinə yol açan partlayış xüsusi yer tutur.

1975-ci ildə Frankonun ölümündən sonra "Basklar ölkəsi" İspaniyanın heç bir bölgəsinin malik olmadığı qədər geniş muxtariyyət qazansa da, ETA tam müstəqillik şüarından əl çəkməyib.

Fransa 1990-cı illərədək ETA-nı İspaniyanın daxili problemi kimi qəbul edirdi və təşkilatın üzvləri Fransa ərazisində gizlənərək, öz hücumlarını burada hazırlayırdılar. Xüsusilə də Frankonun dövründə Fransa ETA-ya maneə yaratmırdı. Hazırda da ETA-nın əsas silahlanma mərkəzi Fransa ərazisindədir və təşkilatın rəhbərlərinin həbsləri adətən burada həyata keçirilir. Buna cavab olaraq ETA fransız polisinə, prokurorlara və hakimlərə qarşı bəzi terror aksiyaları həyata keçirmişdir.

ETA 5 sentyabr 2010-cu ildə atəşkəs elan etmişdir.

20 oktyabr 2011-ci ildə ETA hərbi mübarizəni dayandırdığını bəyan etmişdir.

Həmçinin bax

  • Basklar ölkəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ETA haqqında məlumat. ETA nədir? ETA nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Karel dili

  • Fevral 27, 2026

    Armudlu (Şuşa)

  • Fevral 27, 2026

    Telman Adıgözəlov

  • Fevral 27, 2026

    Bank qanunu

  • Fevral 27, 2026

    Rüriklər sülaləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst