Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Telman Abbasqulu oğlu Adıgözəlov (17 iyul 1953, Balakən – 15 aprel 2010, Bakı) — Azərbaycan televiziya, teatr və kino aktyoru, aparıcı, Azərbaycan Respublikasın

Telman Adıgözəlov

  • Ana Səhifə
  • Vikipediya
  • Telman Adıgözəlov

Telman Abbasqulu oğlu Adıgözəlov (17 iyul 1953, Balakən – 15 aprel 2010, Bakı) — Azərbaycan televiziya, teatr və kino aktyoru, aparıcı, Azərbaycan Respublikasının xalq artisti (2006).

Telman Adıgözəlov
Doğum tarixi 17 iyul 1953(1953-07-17)
Doğum yeri
  • Balakən, Balakən rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 aprel 2010(2010-04-15) (56 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Fatmayı
Fəaliyyəti aktyor, televiziya aktyoru
Fəaliyyət illəri 1980–2010
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20062006 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000
  • "Əmək veteranı" medalı
IMDb ID3061943

Mündəricat

Həyatı

Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olmuşdur. Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaratmışdır. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynamışdır.

Balakən şəhərinin Telman Adıgözəlov küçəsi

Telman Adıgözəlov 15 aprel 2010-cu ildə 56 yaşında ürək çatışmazlığında vəfat edib. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bir qızı və bir oğlu var.

Təltif və mükafatları

  • "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 28 oktyabr 2000
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 may 2006
  • "Qızıl Dərviş" mükafatı — 1999
  • "Əmək veteranı" medalı

Filmoqrafiya

  • 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
  • 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  • Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-rol: Camal, dublyaj: Camal
  • Arşınmalçı (film, 1985)
  • Bakı oğrusu
  • Bir nömrəli… (film, 1980)
  • Çətirimiz buludlardır (film, 1976)
  • Diplomlu mütəxəssis (film, 1974)
  • Dörd bazar günü (film, 1975)
  • Evləri göydələn yar (film, 2010)
  • Evləri köndələn yar (film, 1982)
  • Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  • Xatirələr sahili (film, 1972)
  • Günaydın, mələyim! (film, 2008)
  • İmtahan (film, 1982)
  • Kölgədə 40 dərəcə isti (film, 1988)
  • Ordan-burdan (film, 1987)
  • QAZ (film, 2005)
  • Qırmızı qatar (film, 1993)
  • Qurama (film, 1995)
  • Məşədi İbad-94 (film, 2005)
  • Mühazirə (film, 1986)
  • Nəsimi (film, 1973)
  • Nigarançılıq (film, 1998)
  • Sürpriz (film, 1977)
  • Yarımştat (film, 1996)
  • Yaşıl eynəkli adam (film, 1987)
  • Yol əhvalatı (film, 1980)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Telman Adıgözəlov haqqında məlumat. Telman Adıgözəlov nədir? Telman Adıgözəlov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Museyi-Kazım

  • Fevral 27, 2026

    Ssenarist

  • Fevral 27, 2026

    Kurul kətili

  • Fevral 27, 2026

    Ataman

  • Fevral 27, 2026

    Arkada oyunu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst