Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Basklar ölkəsi (bask Euskal Autonomia Erkidegoa; isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalın

Basklar ölkəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Basklar ölkəsi

Basklar ölkəsi (bask Euskal Autonomia Erkidegoa; isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyildirlər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir.

Muxtar icma
Basklar ölkəsi
bask Euskal Autonomia Erkidegoa
isp. Comunidad Autónoma del País Vasco
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
bask Euskadi
isp. País Vasco

42°50′00″ şm. e. 2°41′00″ q. u.HGYO


Ölkə İspaniya
İnzibati mərkəz Vitoriya-Qasteys
Prezident bask Iñigo Urkullu
Tarixi və coğrafiyası
Sahəsi 7,234 km² (14-cü yer)
Hündürlük
876 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 2.230.452 nəf. (2024)
Rəqəmsal identifikatorlar
ISO kodu ES-PV
Telefon kodu +34 94
Rəsmi sayt
Basklar ölkəsi xəritədə
Basklar ölkəsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İspaniyanın şimalında avtonom regiondur. Sahəsi 7,234 km² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir. Regiona muxtariyyət 25 İyul 1979 tarixində verilmişdir. Region öz daxilində təhlükəsizliyini Ertzaintza deyilən polis təşkilatı ilə təmin etməkdədir.

Mündəricat

Hökumət

Regiondakı qanunlar Muxtar ölkəni üç vilayətdən ibarət olan bir federasiya olaraq idarə edir. Bu sistem 1200-cü ildən bəri regionda fasilələrlə istifadə edilən Foral Sistemi'dir. Fransisko Frankonun 1978-ci ildə tərtib etdiyi Konstitusiya regiona tarixi bir haqq olaraq geniş səlahiyyətlərlə bir muxtariyyət statusu vermişdir. Bask Parlamenti və hökuməti Vitoria - Gasteiz də yerləşir. Parlamentdə 25 nümayəndə iştirak edir və bu nümayəndələrin səsləriylə Regionun Baş naziri (Lehendakari) seçilir. 1937-ci ildən bəri baş nazirlər Bask Milliyyətçi Partiyasından seçilir. Bask Ölkəsi öz polis təşkilatına (Ertzaintza) və öz radio/televiziyasına (Euskal Irrati Telebista) malikdir və digər güclər Gernika Aktı ilə zəmanət altındadır.

Gündəlik həyat

Aparılan son tədqiqatlar zamanı məlum olmuşdur ki, baskların 28.2% muxtariyyətin sərhədlərindən kənarda dünyaya gəlirlər.

Dillər

Bask dili və ispan dili bölgədə rəsmi dillərdir. 1984 cü ildə edilən bir dil ilə əlaqədar siyahıya almada xalqın 23%-inin Bask dilini başa düşdüyü, 21%-inin danışa bildiyi, 13%-inin oxuya bildiyi və 10%-inin isə yaza bildiyi ortaya çıxmışdır.

Torpaq problemləri

Regiondakı Bask millətçiləri Navarra torpaqlarının tarixi Bask ölkəsinin olduğunu və paytaxtlarının da Pamplonaya köçürülməsi iddiasındadırlar . Bask Hökuməti, Navarranın simvolu olan Laura Bat gerbini illərdir ki, istifadə edir.

İqtisadiyyat

Bask ölkəsi adam başına düşən 30,680 ABŞ dolları gəlir ilə İspaniyanın ən zəngin regionlarından biridir.

Siyasi problemlər

İspaniyada bəzi digər ərazilərdə olduğu kimi Basklar ölkəsi də siyasi müstəqillik tələb edir. İspaniya rəsmiləri isə İspaniyanın heç vaxt parçalanmayacağını, basklara ən yaxşı halda Ali Muxtariyyət hüququnun verilə biləcəyni bildirirlər. Hal-hazırda Basklar ölkəsi Ali Muxtariyyətə sahibdir. Lakin ərazidə yaşayan əhalinin 65%-i tam müstəqil olmağın tərafdarıdır. Baskların siyasi yöndə iki tələbləri var. Bunlardan birincisi Navarranın basklarla sərhəd olan ərazilərinin onlara verilməsidir. Digər tələb isə müstəqil respublikanın yaradılmasıdır. Baskların müstəqilliyi naminə mübarizə apardığını bildirən ETA təşkilatı 52 ildir ki, bu hədəflərin heç birinə nail ola bilməmişdir. Baskların çox az bir qismi ETA-nın tərəfini tutur. Bunun əsas səbəbi kimi, onlar müstəqilliyə gedən yolun terrorla yox, düzgün siyasi addımlarla mümkün olacağını düşünürlər. Baskların siyasi təşkilatlarından ən radikalı Batasunadır. İspaniyada çoxları ETA-nı Batasunanın hərbi qanadı hesab edirlər. Batasuna açıq formada ən qısa zamanda müstəqil dövlətin yaradılmalı olduğunu bildirirdi. 2003-cü ildə İspaniya dövləti Batasunanı separatçılıq fəaliyyətinə görə bağlamışdır. Ona tabe olan digər partiya isə 2008-ci ildə bağlanmışdır.

Siyasi partiyalar

Bask avtonom regionu daxilində bir çox siyasi partiya mövcuddur. Bunlar;

  • Bask Milliyyətçi Partiyası (EAJ/PNV)
  • Batasuna
  • Aralar
  • Bask Ölkəsi Kommunist Hərəkatı
  • Bask Ölkələri Kommunist Partiyası
  • Bask Ölkəsi Kommunist Partiyası
  • Bask həmrəyliyi
  • Ezker Batua/Sol İttifaq
  • Xalq Partiyası
  • Bask Ölkəsi Sosialist Partiyası
  • Zutik

ETA

ETA — Basklar ölkəsinin müstəqilliyi naminə silahlı mübarizə aparan bask radikal-solçu, milliyyətçi və separatçı təşkilatdır. 1959-cu ildə Franko diktaturasına qarşı mübarizə məqsədilə yaranmışdır. 1962-ci ildə təşkil olunan bask solçu-milliyyətçilərinin plenumunda təşkilatlanma prosesini başa çatdıran ETA, özünün əsas məqsədi kimi müstəqil bask dövlətinin (Euskadi) yaradılmasını qarşıya qoymuşdur. ETA-nın emblemi baltaya sarılmış ilandır. Bununla Bask xalqının sonsuz azadlıq arzusu ifadə edilir.

1968-ci ildə silahlı mübarizəyə başlayan ETA 829 nəfərin ölümünə, minlərlə insanın yaralanmasına və onlarla insanın qaçırılmasına görə məsuliyyət daşıyır. ETA İspaniya və Fransa tərəfindən rəsmi olaraq terror təşkilatı kimi tanınmışdır. Bu ölkələrdən başqa Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən terror təşkilatı kimi tanınmışdır.

Qalereya

  • Bask şəhərləri
  • Bilbao şəhəri
    Bilbao şəhəri
  • Donostia/San Sebastian şəhəri
    Donostia/San Sebastian şəhəri
  • Hondarribia şəhəri
    Hondarribia şəhəri
  • Vitoria-Qasteys paytaxt şəhəri
    Vitoria-Qasteys paytaxt şəhəri
  • Barakaldo şəhəri
    Barakaldo şəhəri
  • Getxo şəhəri
    Getxo şəhəri
  • İrun şəhəri
    İrun şəhəri
  • Portuqalete şəhəri
    Portuqalete şəhəri
  • Santurtzi şəhəri
    Santurtzi şəhəri
  • Basaour şəhəri
    Basaour şəhəri
  • Errenteria şəhəri
    Errenteria şəhəri

Həmçinin bax

  • Bask Milliyyətçi Partiyası
  • ETA
 İspaniya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Basklar ölkəsi haqqında məlumat. Basklar ölkəsi nədir? Basklar ölkəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əczaçı

  • Fevral 27, 2026

    Həsən

  • Fevral 27, 2026

    Arslan Növrəsli

  • Fevral 25, 2026

    Mezoproterozoy

  • Fevral 27, 2026

    Qafqaz döyüşü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst