Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Həmid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Həmid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى); 1058 və

Qəzzali

  • Ana Səhifə
  • Vikipediya
  • Qəzzali

Əbu Həmid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Həmid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — ilahiyyatçı, filosof, sufi.

Əbu Hamid əl-Qəzali
ərəb. أبو حامد محمد بن محمد الغزالي‎
Doğum tarixi 1058(1058) və ya təq. 1056(1056)
Doğum yeri
  • Tus, İran
Vəfat tarixi 19 dekabr 1111(1111-12-19) (52–55 yaşında)
Vəfat yeri
  • Tus, İran
Dəfn yeri
  • Məşhəd
Əsas maraqları islam fəlsəfəsi, teologiya, sufilik, kəlam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Xorasanlı alim Əbu Həmid Məhəmməd Qəzzaliİslam aləmində "Hüccətül-İslam" (İslamın dəlili, sübutu) ləqəbi ilə tanınır. O hicri tarixi ilə 450 / miladi tarixi ilə 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus (Məşhəd) ətrafında yerləşən Qəzələ qəsəbəsində doğulmuşdur. O və qardaşı Əhməd atasını itirdiyi vaxt hələ azyaşlı bir uşaq idi. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o dövrdə Xorasanın və İslam aləminin mədəniyyət mərkəzlərindən biri idi. Qəzzali burada dövrünün Əşari məktəbi ustadı olan İmamül-Hərəmeyni tanıdı və onun şagirdi oldu.

İmamül-Hərəmeynin ölümündən sonra Səlcuqlu vəziri Nizamül-Mülk ilə əlaqələr qurdu və onun yaratdığı Nizamiyyə mədrəsəsi adını daşıyan Bağdad Universitetinə 484/1091-ci ildə professor təyin edildi. Bu dövr Qəzalinin həyatında əsas təyinedici mərhələni ehtiva edir. Orada şəxsiyyətinin inkişafını və təsirlənməsi üçün əlverişli mühiti tapdı və fəlsəfi biliyini dərinləşdirdi. Qəzalinin iki əsəri həyatının bu dövrünə dövrü ilə əlaqədardır. Əvvəlcə "Filosofların məqsədləri" (Məqaasidül-Fəlasifə) adlı əsərinin anılması gərəkdir ki, bu əsər qərbdə maraq cəlb edən bir yol qət etmişdir. 1145-ci ildə Toledoda Dominik Qundissalin tərəfindən "Logica et philosophia Algazelis Arabis" adı altında latıncaya tərcümə olunmuşdur. Fəqət əsərin müqəddiməsi və nəticə bölümü tərcümə edilmədiyindən Qəzzalinin öncə filosofların görünüşünü açıqlayıb sonra onlara etiraz yönəltdiyi latınca tərcümədə də anlaşılmamış qalmış; bu əsər dolayısı ilə Qəzali bizim Latın Sxolastikləri nəznində Fərabi və İbni Sinanın yoldaşı bir filosof zənn edilmiş və beləcə "Ərəb" filosoflara yönəltilən müzakirə çevrəsində Qəzzali də daxil edilmişdir. Qəzalinin bu dövrdə yazdığı ikinci əsər də filosoflara yönəltdiyi məşhur və şiddətli hücumdur. Aşağıda bunun üzərinə bir-iki söz söylənəcəkdir. Fəqət bu anda İslamda fəlsəfi və mənəvi düşüncənin davamlılığını bir az daha yaxşı tanıdığımıza görə Qəzalinin bu tənqidinin fəlsəfəyə şərqdə bir daha özünə gəlməyəcək şəkildə bir zərbə endirdiyini — son əsrdə deyildiyi kimi — irəli sürmək gülünc bir iddia olacaqdır. Bu gün məsələn bəzi iranlı şeyxlərə qərbli tarixçilərin Qəzzalinin fəlsəfə tənqidinə bəxş etdikləri önəmdən bəhs etmək onların böyük bir heyrətə düşməsinə yol aça bilər. Eyni heyranlıq bir Suhreverdi, bir Heydər Amoli, bir Mir Damadda da ola bilərdi.

Həyatının 36-cı ili Qəzali üçün bir dönüş nöqtəsini göstərir. Bu yaşında ikən, yəqinə, kəsin biliyə, zehni kəsinliyə (certitude intelectuelle) çatma problemi onun üçün elə bir şüur problemi oldu ki, çox ciddi bir iç ziddiyyətə sürükləndi, məslək və ailə həyatı da bu ziddiyyət ilə sarsıldı, 488/1095-ci ildə universiteti və ailəsini tərk etdi. İç aləmində kəsin bilik və inancı (certitude interieure) həqiyqətin əminliyi olan yəqini əldə etmə təşəbbüsünə hər şeyi fəda etdi. Nizamiyyə Universitetinin rektoru, Sünni İslamın Ortodoks inancları ilə eyniləşdirilən Əşari təliminin sözçüsü olan Qəzalinin fövqaladə bir şəxsiyyət gücünə sahib olduğu anlaşılmaqdadır. Bağdadı tərk edən Qəzali yəqinə çatan dar yola özünü həsr etdi. On il boyunca sufi geyimində və insanlardan kəsilmiş olaraq İslam aləmində səfər etdi. Səfərləri onu Şam və Qüdsə (Bu məqamda Qüds hələ ki xaçlıların əlinə keçməmişdi) İskəndəriyyə və Qahirəyə, Məkkə və Mədinəyə gətirib çıxartdı. Xeyli vaxtını təfəkkürə və təsəvvüf əhlinin mənəvi üsullarına həsr etdi. Ziddiyyətini məğlub etdikdən və şübhələrinə qalib gəldikdən sonra vətəninə qayıtdı. Nişapurda bir neçə il dərs verdikdən sonra 501/1111-ci ildə 19 Dekabr günü əlli iki yaşında və deməli İbn Sinadan çox gənc olaraq vəfat etdi.

Həmçinin bax

  • Əhməd əl-Qəzzali

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəzzali haqqında məlumat. Qəzzali nədir? Qəzzali nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Xartum

  • Fevral 23, 2026

    Yerin tarixi

  • Fevral 24, 2026

    Xan

  • Fevral 24, 2026

    Afrika İttifaqı

  • Fevral 23, 2026

    Ermənistan dramı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst