Ambrozio Kontarini (it. Ambrogio Contarini; 1429 – 1499) — Venesiya taciri və diplomatı.
| Ambrozio Kontarini | |
|---|---|
| Doğum tarixi | 1429[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 1499[…] (69–70 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | diplomat, tədqiqatçı-səyyah[d], hərbi qulluqçu |
Həyatı

Zadəgan ailəsindən olan Kontarini 1463-cü ildə Osmanlı-Venesiya müharibəsi başlayana kimi Osmanlı dövlətinin paytaxtı İstanbulda ticarətlə məşğul olmuşdur. Müharibə Venesiya Respublikasını Osmanlıya qarşı böyük bir ittifaq formalaşdırmağa məcbur etdi. Bu məqsədlə 1474-cü ildə Ambrozio Kontarini Uzun Həsənlə diplomatik əlaqələr qurmaq üçün Ağqoyunlu dövlətinə göndərildi. Kontarini Mərkəzi Avropadan keçməklə 1474-cü ilin avqustunda Təbrizə, oktyabrda isə İsfahana gəldi. Kontarini səmimi bir şəkildə qəbul olunsa da, Uzun Həsən Osmanlıya qarşı ittifaqa razılıq vermədi. Kontarini 1477-ci ildə Venesiyaya qyıdır və "İrana səyahət" (it. VIAGGIO IN PERSIA) adlı xatirələrini yazır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ambrozio Kontarini haqqında məlumat. Ambrozio Kontarini nədir? Ambrozio Kontarini nə deməkdir?