Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Korsika (fr. Corse [kɔʀs], korsikaca. Corsica) — Aralıq dənizinin şimal hissəsində ada. Fransa ərazisidir. Sah. 8,7 min km². Şimal sahili hamar, qərb sahili ria

Korsika

  • Ana Səhifə
  • Vikipediya
  • Korsika

Korsika (fr. Corse [kɔʀs], korsikaca. Corsica) — Aralıq dənizinin şimal hissəsində ada. Fransa ərazisidir. Sah. 8,7 min km². Şimal sahili hamar, qərb sahili rias tiplidir, körfəzlərlə kəskin parçalanmışdır. Maksimal hündürlüyü – 2710 m (Mon-Sento dağı). Qranit və gilli şistlərdən təşkil olunmuşdur. Adanı Apenin yarımadasından Korsika boğazı, Sardiniya adasından isə Bonifaco boğazı ayırır. Aralıq dənizi iqliminə malikdir. İllik yağıntı 650–1000 mm. Çayları (Qolo, Tavinyano və s.) qısa və astanalıdır. Əsas bitkisi makvisdir. Daş palıd, mantar palıd və s. meşələri var. Dağların yuxarı hissələri subalp və alp çəmənləridir. Subtropik bitkilər, arpa, buğda, qarğıdalı yetişdirilir. Əsasən üzümçülük, həmçinin bağçılıq, bostançılıq, heyvandarlıq, turizm inkişaf etmişdir. Mühüm şəhərləri və portları Ayaçço və Bastiyadır. Korsika qədimdən İberiya və Liquriya tayfaları tərəfindən məskunlaşmışdı. E.ə. 3-2 əsrlərdə Roma işğal etmişdi. 6-8 əsrlərdə Bizansa məxsus idi. 1347 ildə burada Genuyanın hökmranlığı bərqərar oldu. 1729 ildə korsikalıların yadelli ağalığına qarşı üsyanı başlandı. Kompyen konvensiyası (1764) və Versal müqaviləsinə (1768) görə Fransanın tabeliyinə keçdi, 1796 ildə isə qəti olaraq ona birləşdirildi. 1942 ilin noyabrında Korsikanı italyan və alman qoşunları işğal etdi. Napoleon Bonapart Korsikadakı Ayaçço şəhərində doğulmuşdur.

Korsika
Corsica
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

42°09′ şm. e. 9°05′ ş. u.HGYO


Ölkə
  •  Fransa
İnzibati mərkəz Ayaçço
Tarixi və coğrafiyası
Yaradılıb 11 yanvar 1970
Sahəsi
  • 8.680 km²
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 355.486 nəf. (2023)
Rəqəmsal identifikatorlar
ISO kodu FR-20R
Rəsmi sayt
Korsika xəritədə
Korsika xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmçinin bax

  • Korsika boğazı
  • Korsikalılar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Korsika haqqında məlumat. Korsika nədir? Korsika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qara Afrika

  • Fevral 27, 2026

    E.ə. 366

  • Fevral 27, 2026

    Pəncab ştatı

  • Fevral 27, 2026

    Zərbə dalğası

  • Fevral 16, 2026

    SSRİ

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst