Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İosafat Barbaro (it. Giosafat Barbaro; 1413[…], Venesiya – 1494[…], Venesiya) — Venesiya taciri, səyyahı və diplomatı.

İosafat Barbaro

  • Ana Səhifə
  • Vikipediya
  • İosafat Barbaro

İosafat Barbaro (it. Giosafat Barbaro; 1413[…], Venesiya – 1494[…], Venesiya) — Venesiya taciri, səyyahı və diplomatı.

İosafat Barbaro
it. Giosafat Barbaro
Doğum tarixi 1413(1413)[…]
Doğum yeri
  • Venesiya, Venesiya Respublikası
Vəfat tarixi 1494(1494)[…] (80–81 yaşında)
Vəfat yeri
  • Venesiya, Venesiya Respublikası
Vətəndaşlığı Venesiya
Həyat yoldaşı Nona Duodo
Uşağı Ciovanni Antonio
Atası Antonio Barbaro
Anası Françeskina Barbaro
Milliyyəti İtalyan
Fəaliyyəti tədqiqatçı-səyyah[d], hakim, diplomat, hərbi qulluqçu, yazıçı

Mündəricat

Həyatı

1413-cü ildə Antonio Barbaro və Françeskina Barbaronu ailəsində doğulmuşdu. Məşhur Barbaro ailəsinin üzvü idi. 1434-cü ildə Nona Duodo ilə evlənmiş, 3 qızı və Ciovanni adlı oğlu olmuşdur.

Fəaliyyəti

Tana səyahəti

1436-cı ildə Venesiyanı tərk edərək Azov dənizi sahilindəki Genuya koloniyası olan Tana şəhərinə ticarət məqsədilə gəlir və 1452-ci ilədək burada qalır. 1437-ci ildə Alanların son hökmdarının qəbrini kəşfə çıxan və bu kurqandan xəzinə əldə etmə cəhdləri uğursuz oldu. Daha sonra bu kurqan rus arxeoloq Aleksandr Miller tərəfindən tapıldı və əslində mətbəx olduğu üzə çıxdı. Tanada olduğu müddətdə Barbaro tatar dilini və şərq adətlərini öyrənir. 1438-ci ildə Böyük Orda xanı Kiçik Məhəmməd xanın hücumu ərəfəsində ona diplomat olaraq göndərildi. Barbaro, Starıy Krım, Sudak, Balaklava, Feodosiya, Kazan və Nijni Novqorod şəhərlərini də bu ərəfədə ziyarət etdi.

Sonrakı fəaliyyəti

1446-cı ildə o Venesiyaya çağrıldı və Qırxlar Məclisinə seçildi. Venesiyaya qayıtdıqdan sonra, 1448-ci ildə Modon və Koroni koloniyalarını idarə etdi və sonrakı il istefa verdi. 1452-ci ildə bir daha Venesiyaya qayıtdı. 1460-cı ildə Tana məclisinə seçilsə də bundan imtina etdi. 1463-cü ildə Albaniyanın proveditoru təyin olundu. Skanderbeqlə birlikdə Osmanlıya qarşı döyüşdü. Skanderbeqin ölümündən sonra Venesiyaya qayıtdı. 1472-ci ildə seçkilərdə iştirak etdi.

Ağqoyunluya səyahət

Osmanlı-Venesiya müharibəsinin başlayanda Venesiya Ağqoyunlu dövlətində Lazzaro Kverinini səfir olaraq göndərsə də kömək ala bilməmişdi. 1471-ci ildə Ağqoyunlu səfiri Murad, Kverini ilə birlikdə Venesiyaya getmiş, yeni səfarət planları üçün danışıqlara qoşulmuşdu. Bu dəfə Ağqoyunluya səfir olaraq Katerino Zeno seçilmişdi. Bunda Katerino Zenonun həyat yoldaşının Uzun Həsənin həyat yoldaşının bacısı qızı olması da önəmli faktor olmuşdu. Bu səfarətə Barbaro da qoşulmuşdu. İosafat Barbaro türkcə və azca farsca bildiyi üçün önəmli hesab olunurdu. Səfarətlə birlikdə Ağqoyunlu ordusu üçün çoxlu miqdarda odlu silah və barıt da göndərildi. Barbaro Kiprə çatanda Uzun Həsənin Ərzurum yaxınlığında osmanlılara məğlub olduğu xəbərini alır.

1453-cü ildə Ambrozio Kontarini də səfarətə qoşuldu. Səfarət bundan sonra Qahirə-Adana-Urfa marşrutu üzrə hərəkət etdi. 1474-cü ilin fevralında Kiprdən çıxan səfarət özünü müsəlman zəvvarlar qılığına salmışdı. Daha sonra Təbrizə getmək üçün dağlıq ərazidən keçərkən səfarət kürdlərin hücumuna məruz qalır. Barbaro yaralı olaraq xilas ola bilsə də Ağqoyunlu səfiri və Barbaronun katibi öldürülmüşdü. Səfarət 14 aprel 1474-cü ildə Təbrizə çatdı.

O, hətta Uzun Həsəni Gürcüstan səfərində müşayiət edir, lakin şahı Osmanlıya qarşı müharibəyə razı sala bilmir. Uğurlu Məhəmmədin üsyanına şahidlik etmişdir. O, Təbriz, Sultaniyyə, Kaşan, Qum, Yəzd, Şiraz, Bağdad və Persepolisdə olmuşdur. Pasarqadı ziyarət edən ilk avropalıdır. 1474-cü ildə Uzun Həsən Kontarinini Venesiyaya göndərdi lakin İosafatı saxladı.

Venesiyaya qayıdış

1478-ci ildə Uzun Həsənin ölümündən sonra Venesiyaya qayıtdı. Ona bir erməni bələdçinin kömək etdiyini yazır. 1479-cu ildə Venesiyaya çatdı və təcrübəsi barədə hökumətə məruzə verdi. 1482–1485-ci illərdə Roviqo və Polesine proveditoru idi. 1494-cü ildə vəfat etmiş, San Fransisko della Vinya kilsəsində basdırılmışdır.

Əsərləri

1487-ci ildə öz xatiratını yazmışdır. Bu xatirat 1543–1545-ci illərdə Aldus Manitiusun oğulları tərəfindən "Venesiyadan Tana və İrana edilən səfərlər" (it. Fiaggi falti da Fenezia alla Tana in Persi) adı ilə çap olunmuşdur. İosafat Barbaro bir qayda olaraq Kontarinidən daha çox məlumat vermiş, daha araşdırmaçı olmuşdur. Onun Qıpçaq xanlığı, İran və Gürcüstan haqqında yazdıqları əvəzsiz hesab olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İosafat Barbaro haqqında məlumat. İosafat Barbaro nədir? İosafat Barbaro nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Evenk dili

  • Fevral 27, 2026

    Kapella

  • Fevral 27, 2026

    Fussilət surəsi

  • Fevral 26, 2026

    Muravey (motosikl)

  • Fevral 25, 2026

    28 oktyabr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst