Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pediatríya — (yun. paidos"–uşaq "treia"-müalicə) Tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir.

Pediatriya

  • Ana Səhifə
  • Vikipediya
  • Pediatriya

Pediatríya — (yun. paidos"–uşaq "treia"-müalicə) Tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir.

Körpəni müayinə edən pediatr
Bakıda yerləşən 1 saylı Vərəm Əleyhinə Dispanserdə uşaq şöbəsi

Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklərin gedişini öyrənmək də bu elmin tərkib hissəsidir.

Mündəricat

Tarixi

Xəstə və sağlam uşaq haqqında ilkin məlumatlar hələ qədim dövrlərdən məlum idi. Hindistan, Çin, Qədim Misir alimlərinin əsərlərində uşaqların qidalandırılması və onlara qulluq, bəzixəstəliklərin müalicəsinə aid məsləhətlər olduğu elmə məlum idi. Uşaqların öyrənilməsi Qalen, Əbu Əli İbn Sinanın işlə rində də öz əksini tapmışdır. Əbu Əli İbn Sina öz işlərində uşaq yaşının fiziologiya və patologiyasını təsvir etmiş, uşaqların qidalandırılmasının çox mühüm olduğunu, xüsusilədə yenidoğulmuşların ana südü ilə qidalanmasının böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

15–17-ci əsrlərdə ilk elmi işlər meydana çıxdıki, orda qızılca, göy öskürək, çiçək xəstəlikləri təsvir olunmuşdur. 1650-ci ildə F. Qlisonun raxitin əmələ gəlməsi və müalicəsi haqqında əsəri dərc olunmuşdur. Pediatriyanın inkişafında mühüm rol professor S. F. Xotovitskiyə məxsusdur. O "Uşaq xəstəlikl əri"ndən ilk dərsliyi tərtib etmişdir. "Pediatrika" adlanan bu dərslikdə o, pediatriyanın məqsəd və vəzifələrini müəyyən etmişdir. XIX əsrin axırı XX əsrin əvvəllərin də bütün inkişaf etmiş ölkələrdə pediatriya tibb fakültələrində tədrisi vacib olan bir fənnə çevrilir. Elə həmin vaxtdan başlayaraq Avropada və Rusiyada elmi mərkəzlər, pediatriya kafedraları yaradılır, pediatriya üzrə jurnal, dərslik, monoqrafiya, elmi məqalələr dərc olunmağa başlayır. 1902-ci ildə uşaq ölümü ilə mübarizə Liqası işə başlayır. Rusiyada pediatriyanın inkişafının yüksəlişi N. F. Filatov və N. P. Qundobininadı ilə bağlıdır. Pediatriya elminin inkişafına sovet alimləri A. A. Kisel, Q. N. Speranski, V. L. Molçanov, M. S. Maslov, A. F. Tur, Y. F. Dombrovskaya və s. böyük nailiyyətlər bəxş etmişdir. Artur Jacobi (1830–1919) töhfələrinə görə pediatriyanın atası adlandırılır. Qərb dünyasında ilk uşaq xəstəxanasının Hopital des Enfants Malades (Fransızca Xəstə Uşaqlar üçün Xəstəxana) olduğu qəbul edilir. Parisdə iyun 1802-də açılan xəstəxana əvvələr yetimxana idi.

Pediatriyanın bölmələri

Profilaktik pediatriya― Bu bölmədə müxtəlif xəstəliklərin baş verməsinin qarşısının alınmasına yönələn tədbirlər öyrənilir.

Klinik pediatriya― Bu bölmədə xəstə uşaqların xəstəliklərin müalicəsi öyrənilir aiddir.

Elmi pediatriya― Bu bölmədə pediatriya elminin inkşafı öyrənilir

Sosial pediatriya― Bu bölmədə uşaq sağlamlığının öyrənilməsi, uşaqların sosial müdafiəsi və tibbi yardım sisteminin inkişafı öyrənilir.

Ekoloji pediatriya― Bu bölmədə müxtəlif təbiət faktorlarının uşaqların sağlamlığına təsiri öyrənilir.

ixtisaslaşmalar

  • Pediatrik qastroenteroloji
  • Uşaq Kardioloji
  • Pediatrik Hematoloji-Onkoloji
  • Uşaq istismarı
  • Pediatrik İnfeksiya Xəstəlikləri
  • Pediatrik Kritik Baxım Tıp
  • Neonatal-Perinatal Tibb
  • İnkişaf-Davranış Pediatriyası
  • Pediatrik Nefroloji
  • Pediatrik Təcili Tibb
  • Pediatrik pulmonologiya
  • Pediatrik Endokrinoloji
  • Pediatrik Romatoloji

Xəstəliklər

Müayinə və müalicəsi həyata keçiriləm bəzi xəstəliklər və vasitələr
Həzm sistemi xəstəlikləri Uşaqlarda fiziki inkişafdan qalma və artiq çəki problemləri Tənəffüs sistemi xəstəlikləri Birləşdirici toxuma xəstəlikləri İfrazat sistemi xəstəlikləri: Nevroloji problemlər Uşaq xəstəliklərinin dəqiq diaqnostikası üçün vasitələr
Qastrit Raxit Kəskin respirator xəstəliklər Revmatizm Qlomerulonefrit Uşaqlar və yeniyetmələrdə epilepsiya USM, EKQ, EEQ
Mədə və 12 barmaq bağırsaq xorası Spazmofiliya Bronxit Revmatoid poliartrit Pieolnefri Pileptiform paroksizmlər Koproloji müayinə
Öd yolları diskineziyaları Distrofiyalar Pnevmoniya Sistemli qırmızı qurd eşənəyi Nefrotik sindrom Baş ağrıları Qida həssaslığının təyini
Xolesistit Hipovitaminozlar Plevrit Dermatomiozit Enurez Somnambulizm Exo-kardioqrafiya
Pankreatit Diatezlər Bronxial astma və digər allergik problemlər Düyünlü periarterit Tiklər Neyrosonoqrafiya
Kolit Pollinoz Sinir sisteminin bətndaxili inkişaf qüsurları Rentgen müayinəsi
Enterit Uşaq serebral iflici Kompüter tomoqrafiya
Helmintozlar Diqqət zəifliyi sindromu Endoskopik müayinələr
Disbakterioz Hiperaktivlik Qanın immunoloji, biokimyəvi, hormonal analizi

Həmçinin bax

  • Pediatrik neyrocərrahiyyə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pediatriya haqqında məlumat. Pediatriya nədir? Pediatriya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xaraton

  • Fevral 25, 2026

    Heyvandarlıq

  • Fevral 27, 2026

    Fars ədəbiyyatı

  • Fevral 27, 2026

    Kamakura

  • Fevral 23, 2026

    Anglikanizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst