Əhmədağalı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 2004-cü ildən fəaliyyət göstərən bələdiyyə.
| Bələdiyyə | |||
| Əhmədağalı bələdiyyəsi | |||
|---|---|---|---|
| Azərbaycan Respublikasının Ağdam rayonunun Əhmədağalı bələdiyyəsi | |||
| |||
| |||
| Ölkə | |||
| Daxildir | Ağdam rayonu | ||
| Bələdiyyənin ünvanı | Əhmədağalı-Sarıcalı-Çəmənli yolu, Əhmədağalı Kənd Tam Orta Məktəbinin yanı | ||
| Bələdiyyə sədri | Şükürov Səyavuş Xosrov oğlu | ||
| Tarixi və coğrafiyası | |||
| Yaradılıb | 2004 | ||
| Sahəsi |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəsmi dili | Azərbaycan dili | ||
| Rəqəmsal identifikatorlar | |||
| Statistik kodu | 60927007 | ||
| Bələdiyyə ödənişləri üçün vergi kodu | 3204 | ||
| VÖEN | 3200042491 | ||
| Telefon kodu | +994 26 | ||
| Avtomobil nömrəsi | 02 | ||
| ehmedağalibelediyesi@gmail.com | |||
Tarixi
29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla Ağdam bələdiyyələrində ağağıdakı dəyişikliklər edilib: Qərvənd bələdiyyəsinin əhatə etdiyi Əhmədağalı, Çıraxlı, Kolqışlaq və Mirəşelli kəndlərində Əhmədağalı bələdiyyəsi yaradılıb.
Bu Bələdiyyənin ilk Nizamnaməsi onun 21.09.2000-ci il tarixli 09 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə qəbul edilmiş 28.09.2017-ci il tarixli 12 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə həmin Nizamnamə ləğv edilmişdir.
2004 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi həyata keçirib.
2004-cü ildən bu Bələdiyyə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, bu Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin "2. Ağdam rayonu bölməsində: 2) 4-cü sırada "Əhmədağalı bələdiyyəsi" sözlərinin qarşısındakı "və Mirəşelli kəndləri" sözləri ", Mirəşelli kəndləri və Bənövşələr qəsəbəsi" sözləri ilə" əvəz edilib.
28.09.2017-ci il tarixli 12 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi qəbul edilmiş, 10.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə isə həmin Nizamnamə ləğv edilmişdir.
2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: "7.4. Əhmədağalı, Qərvənd və Təzəkənd bələdiyyələrinin əhatə etdiyi Bənövşələr, Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd qəsəbələrində və Ayaq Qərvənd, Çıraxlı, Əhmədağalı, Kolqışlaq, Mirəşelli, Orta Qərvənd, Təzəkənd kəndlərində Əhmədağalı bələdiyyəsi" yaradılıb.
10.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin üçüncü Nizmanaməsi qəbul edilmişdir.
Mərkəzi və ərazisi
Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Əhmədağalı kəndi Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin mərkəzidir.
Bələdiyyənin ünvanı: Əhmədağalı-Sarıcalı-Çəmənli yolu, Əhmədağalı Kənd Tam Orta Məktəbinin yanı, Ağdam Rayon İcra hakimiyyətinin Əhmədağalı kənd İƏD üzrə nümayəndəliyindən 100 metrliyi.
Həmin Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib:
| Bələdiyyənin tam adı | VÖEN | Bələdiyyə ödəyiciləri üçün vergi kodu | Bələdiyyənin statistik kodu | Ərazisi (km²) | İnzibati ərazi dairəsinin adı | İƏD statistik kodu | İnzibati ərazi vahidinin adı | İƏV statistik kodu |
|---|---|---|---|---|---|---|---|---|
| Ağdam rayonunun Əhmədağalı bələdiyyəsi | 3200042491 | 3204 | 60927007 | 31,7 | Əhmədağalı kənd iəd | 60927005 | Əhmədağalı kəndi | 60927018 |
| Çıraxlı kəndi | 60927028 | |||||||
| Kolqışlaq kəndi | 60927038 | |||||||
| Mirəşelli kəndi | 60927048 | |||||||
| Bənövşələr qəsəbə iəd | 60939005 | Bənövşələr qəsəbəsi | 60939016 | |||||
| Qərvənd kənd iəd | 60910005 | Ayaq Qərvənd kəndi | 60910038 | |||||
| Orta Qərvənd kəndi | 60910028 | |||||||
| Nəmirli kənd iəd | 60915005 | Təzəkənd kəndi | 60915058 | |||||
| Təzəkənd qəsəbə iəd | 60950005 | Təzəkənd qəsəbəsi | 60950016 | |||||
| Birinci Dördyol iəd | 60942005 | Birinci Dördyol qəsəbəsi | 60942016 | |||||
| İkinci Dördyol iəd | 60946005 | İkinci Dördyol qəsəbəsi | 60946016 |
Bu Bələdiyyənin ərazisinə dair olan kəndlərin mənsub olduqları inzibati ərazi dairələri nəzərə alınaraq, İkinci qarabağ müharibəsi nəticəsində işğaldan azal olunmuş aşağıdakı kəndlərin gələcəkdə həmin bələdiyyəyə aid ediləcəyi güman edilir:
| İnzibati ərazi dairəsi | İƏD statistik kod | İnzibati ərazi vahidi | İƏV statistik kod |
|---|---|---|---|
| Nəmirli kənd iəd | 60915005 | Nəmirli kəndi | 60915018 |
| Şotlanlı kəndi | 60915028 | ||
| Şuraabad kəndi | 60915048 | ||
| Umudlu kəndi | 60915038 | ||
| Qərvənd kənd iəd | 60910005 | Baş Qərvənd kəndi | 60910018 |
| Şıxlar kəndi | 60910048 |
Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
"Bələdiyyə qulluğu haqqında" Qanuna uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərir.
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.
Ağdam rayon icra hakimiyyətinin məlumatına əsasın 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 2279 ev təsərrüfatı fəaliyyət göstərməklə, 9461 nəfər yaşayır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhmədağalı bələdiyyəsi haqqında məlumat. Əhmədağalı bələdiyyəsi nədir? Əhmədağalı bələdiyyəsi nə deməkdir?

