Ayaq Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd.
| Ayaq Qərvənd | |
|---|---|
| 40°08′ şm. e. 47°03′ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdam rayonu |
| Bələdiyyə | Əhmədağalı bələdiyyəsi |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 252 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Milli tərkibi | Azərbaycanlı |
| Rəsmi dili | |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 |
| Poçt indeksi | AZ0227 |
| Nəqliyyat kodu | 02 |
![]() Ayaq Qərvənd | |
Tarixi
Ayaq Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sahilindədir. Toponimiyada ayaq "kənar, uzaq"; "Aşağı"; "qurtaracaq" mənalarını ifadə edir. Yaşayış məntəqəsi Baş Qərvənd kəndindən Aşağıda yerləşdiyinə görə belə adlandırılmışdır. Qərvənd etnotoponimdir.
SSRİ-yə qədər qərvənd bəyliyinin (Kəkilbəylilər sulaləsinin yurdu) ərazisində yerləşib.
SSRİ dönəmində mərkəzi Baş Qərvənd olan Qərvənd sovetliyinə aid olub, "Lenin" Kolxozunun ərazisində yerləşib.
1993-cü ildə Baş Qərvənd işğal olunduqdan sonra İcra hakimiyyətinin kənd nümayəndəliyi və Qərvənd kənd inzibati ərazi dairəsinə aid olan bütün qurumlar Ayaq Qərvəndə köçülürüb.
07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsinə əsasən Ağdam rayonunun Qərvənd bələdiyyəsi yaradılıb.
Qərvənd inzibati ərazi dairəsinə aid olan Baş Qərvənd və Şıxlar kəndləri isə 20.11.2020-ci ildə işğaldan azad edilib. Ağdam şəhərinə çəkilən yeni 4 zolaqlı yol Şixlar kəndinin ərazisindən, yeni dəmiryol xətti isə Ağdam rayonunun Baş Qərvənd kəndinin ərazisindən çəkilib (tarixi "Çinar" dəmiryol stansiyası Baş Qərvəndin inzibati ərazisində idi).
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanuna əsasən Ağdam rayonunun Qərvənd bələdiyyəsinin əraziləri Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinə birləşdirilərək, Qərvənd bələdiyyəsi ləğv edilib.
Həmçinin bax
Ağdam rayonunun Qərvənd bələdiyyəsi
Ağdam rayonunun Əhmədağalı bələdiyyəsi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ayaq Qərvənd haqqında məlumat. Ayaq Qərvənd nədir? Ayaq Qərvənd nə deməkdir?
