Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pol Boyer (ing. Paul Delos Boyer; 31 iyul 1918[…], Provo[d], Yuta – 2 iyun 2018[…], Los-Anceles, Kaliforniya) — amerikalı kimyaçı. ATP sintezinin enzimatik təbi

Pol Boyer

  • Ana Səhifə
  • Vikipediya
  • Pol Boyer

Pol Boyer (ing. Paul Delos Boyer; 31 iyul 1918[…], Provo[d], Yuta – 2 iyun 2018[…], Los-Anceles, Kaliforniya) — amerikalı kimyaçı. ATP sintezinin enzimatik təbiətini kəşf etdiyinə görə 1997-ci ildə kimya üzrə Nobel mükafatı laureatı adına layıq görülmüşdır.

Pol Boyer
ing. Paul D. Boyer
Doğum tarixi 31 iyul 1918(1918-07-31)[…]
Doğum yeri
  • Provo[d], Yuta, ABŞ
Vəfat tarixi 2 iyun 2018(2018-06-02)[…] (99 yaşında)
Vəfat yeri
  • Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Vəfat səbəbi nəfəs çatışmazlığı[d]
Təhsili
  • Viskonsin-Medison Universiteti (–1943)
Fəaliyyəti biokimyaçı, universitet müəllimi[d], kimyaçı
Üzvlüyü
  • ABŞ Milli Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (1998)
Mükafatları Kimya üzrə "Nobel" mükafatı — 1997
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəlsəfə doktoru (1943 il). ABŞ Milli Elmlər Akademiyasının (1970 il) və Amerika Fəlsəfə Cəmiyyətinin (1998 il) üzvü.

Bioqrafiyası

O, 1939-cu ildə Brigam Yanga Universitetində kimya üzrə bakalavr dərəcəsi və 1943-cü ildə Madisondakı Viskonsin Universitetində biokimya üzrə doktorluq dərəcəsi alıb. Minnesota Universitetində 1946–63-cü illərdə fermentlərin təsir mexanizmini öyrənmək üçün kinetik, izotop və kimyəvi tədqiqat üsullarını təqdim etdi. 1963-cü ildə Los-Ancelesdəki Kaliforniya Universitetində kimya və biokimya professoru oldu (1999-cu ildən əməkdardır). Burada o, ATP sintezi mexanizmini öyrənib, bunun üçün 1997-ci ildə Con Uokerlə birlikdə kimya üzrə Nobel mükafatını alıb. Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü (1968 il).

2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı.

18 cildlik "Fermentlər" kursunun redaktoru (1971–90 illərdə). Əsasən fermentlər üzrə 300-dən çox əsərin də müəllifidir.

Mükafatları

  • Ferment Kimyası üzrə Pfizer Mükafatı (1955 il)
  • Quggenhaym Təqaüdü (1955 il)
  • Veizmann Memorial Lectures (1984 il)
  • Villiam C. Rose Mükafatı (1989 il)
  • Kimya üzrə Nobel Mükafatı (1997 il)
  • Stokholm Universitetinin (1974 il), Minnesota Universitetinin (1996 il) və Viskonsin Universitetinin (1998 il) fəxri doktoru.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pol Boyer haqqında məlumat. Pol Boyer nədir? Pol Boyer nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lün

  • Fevral 27, 2026

    Xubistan (Miyanə)

  • Fevral 27, 2026

    Atta

  • Fevral 27, 2026

    Kronos

  • Fevral 27, 2026

    Testament

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst