Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Madison (ing. Madison) — ABŞ-də şəhər, Viskonsin ştatının inzibati mərkəzi. Əhalisi 258,054 nəfərdir (2018), Viskonsin ştatının Milvaukidən sonra ikinci, ABŞ-də

Madison

  • Ana Səhifə
  • Vikipediya
  • Madison

Madison (ing. Madison) — ABŞ-də şəhər, Viskonsin ştatının inzibati mərkəzi. Əhalisi 258,054 nəfərdir (2018), Viskonsin ştatının Milvaukidən sonra ikinci, ABŞ-də isə 81-ci ən böyük şəhəridir. Şəhərətrafı ərazilərdə əhalinin sayı 654 min nəfərdən çoxdur.

Madison
Madison
Bayraq[d]
Bayraq[d]
43°04′29″ şm. e. 89°23′03″ q. u.HGYO
Ölkə
  •  ABŞ[…]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1836
Sahəsi
  • 243,830589 km²
  • 243,540677 km² (2010)
  • 198,882058 km² (2010)
  • 44,658619 km² (2010)
  • 261,498091 km² (2020)
  • 206,086955 km² (2020)
  • 55,411136 km² (2020)
Mərkəzin hündürlüyü 287 m, 873 ± 1 Fut
Saat qurşağı
  • Mərkəzi saat qurşağı
  • UTC−06:00
  • UTC−05:00
Əhalisi
Əhalisi
  • 269.840 nəf. (2020)
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 608
Poçt indeksi 53701, 53702, 53703, 53704, 53705, 53706, 53707, 53708, 53711, 53713, 53714, 53715, 53716, 53717, 53718, 53719, 53725, 53726, 53744, 53774, 53777, 53782, 53783, 53784, 53785, 53786, 53788, 53790, 53791, 53792, 53793, 53794
Digər
cityofmadison.com
Xəritəni göstər/gizlə
Madison xəritədə
Madison
Madison
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Madison ilk dəfə 1836-cı ildə keçmiş federal hakim Ceyms Doti yeni bir şəhər qurmaq niyyətində olan Mendota və Monona gölləri arasındakı bərzəxdə təxminən 1000 akr (4 km²) bataqlıq və meşəlik alanda xatırlandı. O, Viskonsin ərazisinin paytaxtını Belmontdan ABŞ-nin dördüncü prezidenti Ceyms Medisonun adına yeni şəhərə köçürmək üçün güclü lobbiçilik etdi. Noyabrın 28-də şəhərin yalnız kağız üzərində mövcud olmasına baxmayaraq, Madison əlverişli coğrafi mövqeyi sayəsində Viskonsinin paytaxtı oldu. 1837-ci ildə Viskonsin Kapitolunda tikinti başladı. Qanunverici orqanın ilk iclası 1838-ci ildə baş tutdu. 1846-cı ildə Madison yalnız 626 nəfərdən ibarət bir qəsəbə idi. 1848-ci ildə Viskonsin ştata çevrildikdə, Madison onun paytaxtı oldu və Viskonsin-Medison Universitetinin əsası qoyuldu. 1854-cü ildə Madisonu Miluauki ilə birləşdirən bir dəmir yolu inşa edildi. 1856-cı ildə Madison 6863 nəfər əhalisi olan bir şəhər statusu aldı. 1869-cu ildə ikinci kapitol tikildi, 1904-cü ildə baş vermiş yanğın nəticəsində ciddi ziyan gördü. 1906-cı ildə yeni kapitol binasının tikintisinə başlanılmış və 1917-ci ildə tamamlanmışdır.

Əhalisi

2018-ci il iyulun 1-nə əhalinin sayı 258 054 nəfər olub.

2011-ci ildən:

  • ağlar - 78,9%
  • afroamerikalılar - 7,3%
  • asiyalılar - 7,4%
  • ispanlar (bütün irqlər) - 6,8%

Adambaşına düşən orta illik gəlir 2000-ci ildə 23,498 dollar təşkil etmişdir. Əhalinin orta yaşı 30,9-dur. Cinayət nisbəti ABŞ-dəki orta göstəricidən bir qədər aşağıdır.

Siyasi baxımdan, Madison XX əsrin ortalarından bəri Demokratlar Partiyasının qalası olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Madison haqqında məlumat. Madison nədir? Madison nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yarasa (operetta)

  • Fevral 27, 2026

    Katti Sark

  • Fevral 27, 2026

    Kaşan şəhristanı

  • Fevral 24, 2026

    Bağır Seyidzadə

  • Fevral 27, 2026

    Tayfur Sökmen

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst