Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Baffin dənizi (ing. Baffin Bay, fr. Baie de Baffin) — bəzən Baffin körfəzi də adlandırılır. Dəniz Şimal Buzlu okeanına daxildir. Atlantik okeanına daxil olan La

Baffin dənizi

  • Ana Səhifə
  • Vikipediya
  • Baffin dənizi

Baffin dənizi (ing. Baffin Bay, fr. Baie de Baffin) — bəzən Baffin körfəzi də adlandırılır. Dəniz Şimal Buzlu okeanına daxildir. Atlantik okeanına daxil olan Labrador dənizi ilə cənubdan hüdudlanır. Qərb sahilləri Qrenlandiya adası ilə hüdudlanır. Şimaldan - cənuba uzunluğu 1130 km təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Burada çoxlu aysberqlər əmələ gəlir. Atlantik okeanıın isti suları ona təsir göstərir. Viliyam Baffinin şərəfinə adlandırılmışdır.

Baffin dənizi
ing. Baffin Bay
fr. Baie de Baffin
Ümumi məlumatlar
Tip Adalar arası
Sahəsi 689 000 km²
Uzunluğu 1130 km
Eni 550 km
Dərin yeri 2136 m
Orta dərinliyi 861 m
Yerləşməsi
73° şm. e. 70° q. u.HGYO
Ölkələr
  •  Kanada
  •  Danimarka
  •  Qrenlandiya
Baffin dənizi xəritədə
Baffin dənizi
Baffin dənizi
Baffin dənizi (Qrenlandiya)
Nöqtə
Baffin dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Mündəricat

Tarixi

1585-ci ildə ingilis araşdırmaçısı Con Devis onun sularında üzən ilk avropalı olur. Dənizin öyrənilməsində ən böyük rol Viliyam Baffin oynamışdır. Dənizin öyrənilməsi üçün Baffin bölgəyə 5 ekspedisiya təşkil etmişdir. Viliyam Baffin Şimal-Qərb keçidinin Hudzon körfəzindən keçdiyini sübuta yetirmişdir.

Coğrafiyası

Baffin dənizində aysberq

Baffin dənizi Şimal Buzlu okeanının bir hissəsidir. Dəniz qərbdə Baffin Torpağı, şərq hissədə Qrenlandiya, şimalda isə Elsmir (ada)sı ilə hüdudlanır. Atlantik okeanının şimalında yerləşən Labrador dənizini . Devis boğazı ilə dənizə birləşdirir. Dənizin şimalında isə Nares boğazı vadtəsi ilə Şimal Buzlu okeanla birləşir. Dənizin ən dərin yeri 2136 m, orta dərinlik isə 861 m təşkil edir. Sahəsi 689,000 km² təkil edir. Terrigen dib çöküntüləri geniş yayılmışdır, mərkəzi his səsində 1000 m-dən yuxarı dərinliklərdə alev rit-pelit lilləridir. Baffin dənizi ilin çox hissəsi üzən buzlarla örtülü olur; aysberqlər çoxdur. Duzluluq 30–34‰-dir. Qabarmalar 4 m-ə dək olur, əsasən, yarımgünlükdür.

İqlimi

Baffin dənizi üzərində hava nın temperaturu ən soyuq fevral ayında 16°C-dən (cənub-şərqdə) – 36°C-yədək (şimalda və qərbdə), ən isti iyul ayında 4–6°C olur. İl ərzində 200–300 mm yağıntı düşür. Səth suyunun temperaturu yayda 5°C-dən (cənub-şərqdə) 0°C-yədək (şimal-qərbdə), qışda – 1°C-dən aşağıdır.

Təbiəti

Baffin dənizində 21,000 ağ balina yaşayır ki, onlarda əsasən xırda balıqlar və xərcəngkimilərlə qidalanır. Onlar buz tələlərinə bəzən isə digər təhlükələrlə qarşılaşırlar. Zəngin balıq (treska, siyənək və s.) ehtiyyatına sahibdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Baffin dənizi haqqında məlumat. Baffin dənizi nədir? Baffin dənizi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    19 fevral

  • Fevral 27, 2026

    Britni Spirs

  • Fevral 27, 2026

    Ənam surəsi

  • Fevral 27, 2026

    Alabuqa rayonu

  • Fevral 23, 2026

    İnsan

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst