Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hers (qısaca ing. Hz, azərb. Hs‎) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya

Hers

  • Ana Səhifə
  • Vikipediya
  • Hers

Hers (qısaca ing. Hz, azərb. Hs‎) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir:

Hers
Ümumi məlumatlar
Ölçdüyü anlayış tezlik
Adını daşıyır Henrix Hers
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1 Hs = 1 san−1

1 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır.

Göz qırpma tezlikləri: F=0,5 Hs, (Hs = Hers) 1,0 Hs və 2,0 Hs. Tezlik və interval (zaman, t=san) həmişə tərs mütənasibdir: f=1/T; T=1/f.

Mündəricat

Tarixi

Henrix Hers

Vahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.

Bölünənləri və ayrı-ayrı vahidləri

Onluq bölünən ədədləri və ayrı-ayrı vahidlər Sİ-in standart ön şəkilçilərinin köməyi ilə yaradır.

Dərəcəsi Adı Simvolu Dərəcəsi Adı Simvolu
100 Hers Hs ~ ~ ~
101 dekaHers deHs 10−1 desiHers dHs
102 hektaHers hHs 10−2 santiHers cHs
103 kiloHers KHs 10−3 milliHers mHs
106 meqaHers MHs 10−6 mikroHers µHs
109 giqaHers GHs 10−9 nanoHers nHs
1012 teroHers THs 10−12 pikoHers pHs
1015 pekaHers PHs 10−15 femtoHers fHs
1018 eqzaHers EHs 10−18 attoHers aHs
1021 zettaHers ZHs 10−21 zeptoHers zHs
1024 yottaHers YHs 10−24 yoktoHers yHs

Hers və Bekkerel

Sİ-də hersdən başqa daha eyni bərabərliyə malik (1/s) bir törəmə vahid mövcuddur: bekkerel törəmə vahidi. Vahidlərin ikisi də bərabərliyə malikdir, amma adlarının müxtəlifliyi, onların tətbiq sferalarının fərqi ilə bağlıdır: Hers yalnız dövri proseslər üçün istifadə olunur, amma Bekkerel — yalnız radionuklidlərin dağılmasının təsadüfi prosesləri üçün istifadə olunur.

Maraqlı faktlar

  • İnsan qulağıyla qəbul edilən tezliklərin orta diapazonu 20 Hs-dan 20 KHs-a qədər uzanır.
  • Sakit vəziyyətdə ürək təxminən 1 Hs tezliklə döyünür (qeyd: almanca tərcümədə "Herz" sözü "ürək" sözüdür. Ancaq, böyük fizikin soyadı Hertz yazılır).
  • Birinci oktavanın lya notunun tezliyi 440 Hs təşkil edir. Kamertonun standart tezliyidir.
  • İnsan tərəfindən qəbul edilən elektromaqnit sahəsinin tərəddüd tezlikləri şüa (işıq) kimi, 3,9 * 1014-dan 7,9*1014 Hs diopazonuna qədər uzanır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hers haqqında məlumat. Hers nədir? Hers nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 17, 2026

    Nəqliyyat kodu

  • Fevral 26, 2026

    Çiçək xəstəliyi

  • Fevral 27, 2026

    Nikkolo Paqanini

  • Fevral 27, 2026

    Zülqədər eli

  • Fevral 27, 2026

    Yamaqata prefekturası

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst