Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Beynəlxalq Vahidlər Sistemi (BS, beynəlxalq abreviaturada: SI; ing. International System of Units, fr. Le Système International d'Unités) — gündəlik həyatda elə

Sİ

  • Ana Səhifə
  • Vikipediya
  • Sİ

Beynəlxalq Vahidlər Sistemi (BS, beynəlxalq abreviaturada: SI; ing. International System of Units, fr. Le Système International d'Unités) — gündəlik həyatda eləcə də, elm və texnikanın bütün sahələrində istifadə olunan ən geniş yayılmış vahidlər sistemi. Beynəlxalq Vahidlər sistemi 1960-cı ildə yaranmışdır.

Əsas vahidlər

Beynəlxalq vahidlər sistemində əsas vahidlərin sayı yeddidir və bunlardır:

  1. uzunluq vahidi – metr (m) — platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir. 1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır. 1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr – işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir.
  2. zaman vahidi – saniyə (san) — sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
  3. kütlə vahidi – kiloqram (kq) — platin-iridium xəlitəsindən hazırlanmış silindirşəkilli etalonun kütləsidir.
  4. maddə miqdarı – mol (mol) — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.
  5. temperatur vahidi – kelvin (K) — 1954-cü ilə qədər "mütləq dərəcənin" qiyməti suyun qaynama və buzun ərimə temperaturları fərqinin 1/100-i qəbul olunurdu. Termometrin ilk başlanğıc nöqtəsi mütləq sıfır, ikinci əsas nöqtəsi isə suyun üçlük nöqtəsi (273,16K) qəbul olunan Kelvin şkalasından istifadə olunur. Kelvin T və selsi t şkalaları arasındakı əlaqə: T=t+273, 15 və ya hesablamaları sadələşdirmək üçün T=t+273 kimidir. Kelvin şkalasının ΔT=1K,Selsi şkalasının Δt=1 °C-ə bərabərdir.
  6. cərəyan şiddəti vahidi – amper (A) — elə cərəyanın şiddətidir ki, bu cərəyan vakuumda bir-birindən 1m məsafədə və bir-birinə paralel yerləşmiş sonsuz uzun naqillərdən keçdikdə onların hər bir metr uzunluqları arasında 2·10−7Nqarşılıql təsir yaransın.
  7. işıq şiddəti vahidi – kandela (kd) — götürülür.

Beynəlxalq vahidlər sistemində (BS) əlavə vahidlərin sayı ikidir:

  1. müstəvi bucaq vahidi – radian (rad) — qövsünün uzunluğu radiusa bərabər olan bucaqdır.
  2. cisim bucağı vahidi – steradian (strad)

Qalan bütün kəmiyyətlərin vahidləri törəmə vahidlər adlanır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sİ haqqında məlumat. Sİ nədir? Sİ nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nelson Mandela

  • Fevral 27, 2026

    Psixiatriya

  • Fevral 25, 2026

    Musiqi nəzəriyyəsi

  • Fevral 26, 2026

    Diferensial tənliklər

  • Fevral 24, 2026

    XVII əsr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst