Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

ASAP Rocky (əsl adı: Rakim Atelaston Mayers; 3 oktyabr 1988, Harlem, Nyu-York ştatı) — amerikalı repçi. Harlemdə doğulub böyüyən Rakim, karyerasına ASAP Mob rep

ASAP Rocky

  • Ana Səhifə
  • Vikipediya
  • ASAP Rocky

ASAP Rocky (əsl adı: Rakim Atelaston Mayers; 3 oktyabr 1988, Harlem, Nyu-York ştatı) — amerikalı repçi. Harlemdə doğulub böyüyən Rakim, karyerasına ASAP Mob rep qrupunun üzvü kimi başlayıb. Onun ilk miksteypi "Live. Love. A$AP" rep dinləyicilərinin böyük marağına səbəb olmuşdur. Miksteypin uğurundan sonra o, musiqi şirkətləri Polo Grounds Music və RCA Records ilə səsyazma müqaviləsi bağlamışdır.

ASAP Rocky
Ümumi məlumatlar
Doğum adı Rakim Athelston Mayers
Ləqəbi A$AP Rocky
Doğum tarixi 3 oktyabr 1988(1988-10-03) (37 yaş)
Doğum yeri
  • Harlem, Manhetten, Nyu-York, Nyu-York ştatı, ABŞ
Uşağı 2
Partnyoru
  • Rihanna (2020)
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri, musiqi videosu rejissoru[d], sahibkar, aktyor, kino aktyoru, model[d], rejissor, bəstəkar
Fəaliyyət illəri 2007-ci ildən
Janrlar Şərq Sahili hip-hop musiqisi, psixodelik rep[d], eksperimental hip-hop[d], klaud rep[d], trep, alternativ hip-hop
Albom şirkətləri RCA Records, AWGE[d], Polo Grounds Music[d]
Təhsili
  • Bayard Rastin təhsil kompleksi[d]
Üzvlüyü
  • ASAP Mob[d]
İmzanın şəkli
asaprocky.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun 2013-cü ildə buraxdığı ilk studiya albomu "Long. Live. ASAP" Billboard 200 hit-paradında bir nömrə olub, ardınca albom RIAA tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomda yer alan "Fuckin' Problems" (Dreyk, 2 Chainz və Kendrick Lamar ilə birlikdə) treki 2014-cü ildə "Qremmi" mükafatına namizəd göstərilib. Rocky çox keçməmiş 2015-ci ildə ikinci albomu "At. Long. Last. A$AP"i buraxaraq əvvəlki uğurunu təkrar etmişdir. Onun bu albomu Billboard hit-paradına daxil olaraq birinci sıraya yüksəlib, xüsusilə albomun "L$D" sinqlı və musiqi videosu 2016-cı ildə "Qremmi" mükafatına namizəd göstərilmişdir. Onun 2018-ci ildə işıq üzü görmüş üçüncü albomu "Testing" bir sıra ölkələrin musiqi sıralarına başçılıq etmişdir.

Rocky bir "BET", iki "BET Hip Hop" və bir "MTV Video Japan" mükafatına layiq görülüb, həmçinin o, iki dəfə "Qremmi" mükafatlna namizəd göstərilmişdir. Rocky özünün və ASAP Mob qrupunun mahnı klipləri üçün rejissorluq etmişdir. Rocky bundan əlavə olaraq Lord Flacko təxəllüsündən istifadə edərək musiqi prodüserliyi ilə məşğul olur.

Mündəricat

Həyatı

Rakim Atelaston Mayers 3 oktyabr 1988-ci ildə Nyu-Yorkun Manhetten bölgəsindəki Harlem məhəlləsində dünyaya gəlib. Onun atası barbadosludur. Erika adlı bacısı və vəfat etmiş özündən böyük qardaşı var. Onların hər ikisi rep duosu "Eric B. & Rakim"in adını daşıyırlar. Onun xalası oğlu ASAP Mob-un üzvlərindən biri olan ASAP Nast-dir.

Rakim rep oxumağa doqquz yaşında Pennisilvaniyanın Harrisburq şəhərinə köçdükdən sonra başlayıb. O, repi və cornrows saç stilini vəfat etmiş böyük qardaşından öyrənib. Rakim 13 yaşında olarkən qardaşı Harlemdə qətlə yetirilmişdi. Qardaşının ölümü onun rep oxumağına da təsir göstərib. O, Harlemdə qurulmuş The Diplomats rep qrupunu dinləyərək böyüyüb. Rakimin dinlədiyi digər repçilər arasında Mobb Deep, Three 6 Mafia, UGK, Run-DMC, Wu-Tang Clan və Bone Thugs-N-Harmony olub.

Rakim 12 yaşında olarkən atası həbs edilib, bu hadisəyə görə anası və bacısı ilə birlikdə evsizlər üçün sığınacaqlarda yaşayıb. Burada uzun müddət yaşadıqdan sonra Nyu-Yorkun Midtaun Manhetten bölgəsinə köçüb. Onun atası 2012-ci ildə vəfat edib.

Şəxsi həyatı

Rocky 2011–2012-ci illər arasında avstraliyalı repçi İqqi Azaliya ilə birlikdə olub. Bunun ardınca 2013-cü ilin əvvəllərində model Şanel İman ilə tanış olub, onlar 2014-cü ildə nişanlanıblar, lakin həmin ilin iyun ayında ayrılıblar.

2021-ci ilin may ayında GQ jurnalına danışan Rocky, barbadoslu müğənni Rihanna ilə birlikdə olduğunu deyib. Cütlüyün 2022-ci ilin mayında oğlu dünyaya gəlib. Rihannanın 2023-cü ildə Super Bowl konserti zamanı ikinci dəfə hamilə olduğu məlum olub.

Rocky veqandır və əvvəllər pesketarian olub. O, dindar olmasa da tanrıya inandığını və hər gün yatmazdan əvvəl dua etdiyini deyib.

Diskoqrafiyası

  • Long. Live. ASAP (2013)
  • At. Long. Last. ASAP (2015)
  • Testing (2018)
  • Don't Be Dumb (2024)

Filmoqrafiya

  • Narkotik (2015)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ASAP Rocky haqqında məlumat. ASAP Rocky nədir? ASAP Rocky nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Güləbird SES

  • Fevral 27, 2026

    Rudbar mahalı

  • Fevral 27, 2026

    Veymar konstitutsiyası

  • Fevral 23, 2026

    İordaniya

  • Fevral 27, 2026

    Differensial (riyaziyyat)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst