Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xan-Tenqri (qaz. Хан Тәңірі, qırğ. Кан-Теңири, çin. 汗腾格里峰) — Tyan-Şan dağ silsiləsində yerləşən dağ zirvəsi. Xan-Tenqri İsıkgölün şərqində Çin-Qırğızıstan-Qazax

Xan-Tenqri

  • Ana Səhifə
  • Vikipediya
  • Xan-Tenqri

Xan-Tenqri (qaz. Хан Тәңірі, qırğ. Кан-Теңири, çin. 汗腾格里峰) — Tyan-Şan dağ silsiləsində yerləşən dağ zirvəsi. Xan-Tenqri İsıkgölün şərqində Çin-Qırğızıstan-Qazaxıstan sərhəddində yerləşir. Onun geoloji hündürlüyü 6,995 metrdir, ancaq onun buz örtüyü ilə birlikdə hündürlüyü 7010 metrə çatır. Buna görə alpinizm dairələrində və SSRİ-də Qar bəbiri mükafatı kriteriyasında bu dağ hündürlüyü 7000 metrlik zirvə sayılır. Xan-Tenqri adının hərfi mənası Qazaxca Kral Səması mənasına gəlir və çox güman ki, bu ad ilahi Göy Tanrıya istinad edir. Bəzi digər yerli dillərdə Xan Tenqri Şingi, Kan-Too Çokusu, Pik Xan-Tenqri, və Xantenqri Fenq kimi də adlanır.

Xan-Tenqri
qırğ. Кан-Теңири, qaz. Хан Тәңірі, çin. 汗腾格里峰
Qürub çağı zamanı Xan-Tenqrinin görünüşü
Qürub çağı zamanı Xan-Tenqrinin görünüşü
Ümumi məlumatlar
Dağ sistemi Tyan-Şan
Dağ silsiləsi Tenqri-Taq
Mütləq hündürlüyü 7010 m
Nisbi hündürlüyü 1685 m
İlk fəthi 1931 (Poqrebetskiyin komandası)
Yerləşməsi
42°12′39″ şm. e. 80°10′30″ ş. u.HGYO
Ölkələr
  •  Qırğızıstan
  •  Qazaxıstan
  •  ÇXR
Xan-Tenqri xəritədə
Xan-Tenqri
Xan-Tenqri
Xan-Tenqri xəritədə
Xan-Tenqri
Xan-Tenqri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xan-Tenqri Tyan-Şanda hündürlüyünə görə ikinci dağ zirvəsidir. Hündürlüyünə görə yalnız Ceniş Çokusudan (Qələbə zirvəsi mənasına gəlir, əvvəlki adı Pobeda zirvəsi, 7439 m) geri qalır. Xan-Tenqri Qazaxıstanın ən yüksək nöqtəsi , Qırğızıstanın isə Ceniş Çokusu və İbn Sina zirvəsindən (7,134 m) sonra üçüncü ən yüksək zirvəsidir. Bu dağ həm də dünyanın ən şimaldakı 7,000 metrlik zirvəsi sayılır. Sərt hava şəraiti və havanın seyrək olması ilə əlaqədar olaraq, zirvənin çox qısa alpinizm mövsümü var.

Tarixi

Zirvənin 100 som qırğız əsginasında təsviri

Baxmayaraq ki, Xan-Tenqri yaxınlıqda olan Ceniş Çokusudan 430 metr az hündürlüyə malikdir, 1943-cü ilə kimi bu dağ silsiləsində ən hündür zirvə hesab edilirdi. 1943-cü ildə Ceniş Çokusunun hündürlüyünün daha yüksək olduğu araşdırmalar nəticəsində müəyyən olundu.

Pyotr Semyenov əzəmətli Xan-Tenqri zirvəsini görən ilk avropalı olub (1857-ci il). Zirvə ilk dəfə 1931-ci ildə Mixail Poqrebetskiyin Ukraynalı komandası tərəfindən fəth edilib. Bu komandanın marşrutu qərbi silsilə boyu, cənubdan (Qırğızıstan tərəfdən) idi. Kuzminin komandası isə 1964-cü ildə zirvəni şimaldan (Qazaxıstan tərəfdən) ilk fəth edən komanda olub. Xan-Tenqri nüfuzlu Qar bəbiri mükafatını qazanmaq üçün Sovet alpinistlərinin fəth etməli olduğu beş zirvədən biridir.

Zirvə 100 sum qırğız əsginasında təsvir edilib. 2004-cü ildə ondan çox alpinist dağın ən məşhur marşrutu Poqrebetskiy marşrutu üzrə hərəkət edərkən böyük qar uçqunu nəticəsində həlak olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xan-Tenqri haqqında məlumat. Xan-Tenqri nədir? Xan-Tenqri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Timar

  • Fevral 27, 2026

    Tipaza vilayəti

  • Fevral 27, 2026

    Hərbi Lisey

  • Fevral 24, 2026

    Kraliça

  • Fevral 27, 2026

    Ophrys

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst