Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Deliriya (lat. delirium — ağılsızlıq; lat. deliro — sayıqlama) — Tibbdə huşun müvəqqəti olaraq zəifləməsi, düşüncə qabiliyyəti, problem həll etmə, diqqətin yönə

Deliriya

  • Ana Səhifə
  • Vikipediya
  • Deliriya

Deliriya (lat. delirium — ağılsızlıq; lat. deliro — sayıqlama) — Tibbdə huşun müvəqqəti olaraq zəifləməsi, düşüncə qabiliyyəti, problem həll etmə, diqqətin yönəldilməsi, beyininin koordinasiya bacarıqlarının zəifləməsi ilə xarakterizə olunan psixi pozğunluq halı. Əsasən hallüsinasiya və illüziyalarla (qarabasmalarla) müşayiət olunur. Deliriya tibbdə bir xəstəlik hesab olunmur, sadəcə kliniki sindrom olaraq qəbul edilir.

Deliriya
XBT-10 F05.
XBT-9 293.0
DiseasesDB 29284
MedlinePlus 000740
eMedicine med/3006 
MeSH D003693
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əsas xüsusiyyətləri

Deliriyanın əsas xüsusiyyətləri aşağıdakılardır:

  • Şüurun pozulması
  • Düşüncələrin dəyişməsi
  • Hiperaktiv və ya az aktiv davranışlar
  • Narahat yuxu
  • Bioloji beyin saatının pozulması (gündüz və ya gecənin olduğunu dərk edə bilməmək)

Yuxu pozğunluqları və psixoloji pozğunluqlar

Beyində yuxu və oyanıqlığı sabitləyən bölümlərin zədə alması nəticəsində, deliriyadan əziyyət çəkən insanların əksəriyyətində yuxu problemləri yaşanır. Bəzən deliriyadan əziyyət çəkən insanları normal yuxu problemi yaşayan insanlardan fərqləndirmək çətin olur. Ancaq deliriyadan əziyyət çəkən insanlarda yuxu döngüsünün tamamilə alt üst olması (yuxu ritminin pozulması ilə anlaşılmayan saatlarda oyanma, narahatlıq) müşahidə edilir.

Deliriya zamanı halüsinasiyalar, anlamsız şübhələnmə, narahatlıq, qorxu kimi hissi simptomlar müşahidə olunur. Psixoloji problemlər, deliriyadan əziyyət çəkən insanların 50%-dən artığında görülür.

Deliriyadan əziyyət çəkən insanların düşüncələrində əsasən, çaşqınlıq, ətraf mühiti yanlış anlama, mənasız düşüncələr olur.

Səbəbləri

Müxtəlif səbəbləri olduğu bilinir və hər hansısa bir biyoloji, sosioloji, psixoloji faktorlar tərəfindən təkanlandırıla bilər. Əsasən, psixologiyasi zəif insanlarda daha çox görülür və psixoloji faktorlara meyilli səbəbləri olur.

Zəmin yaradan faktorlar

  • Yaşlılıq
  • Beyin pozğunluğu, (dementiya)
  • Fiziki yan faktorlar (Ürək çatışmazlığı, xərçəng xəstəliyi, ürək-damar xəstəlikləri)
  • Hissi pozğunluqlar
  • Dehidrasiya (bədəndə su çatışmazlığı)
  • Narkotik istifadəsi (narkotik asılılıq)
  • Alkoqol istifadəsi (alkoqolik asılılıq)
  • Travmatik baş zədələnməsi
  • Güclü ağrı
  • Müxtəlif orqan infeksiyaları
  • Qanda şəkər miqdarının aşağı düşməsi
  • Bədəndə oksigen çatışmazlığı
  • Digər travmatik faktorlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Deliriya haqqında məlumat. Deliriya nədir? Deliriya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Acaena

  • Fevral 27, 2026

    İnfant Ferdinand

  • Fevral 27, 2026

    Aquila audax

  • Fevral 27, 2026

    Məhəmməd Mehdi

  • Fevral 26, 2026

    Rəvvadilər sülaləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst