Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Enselad (ing. Enceladus; yun. Εγκέλαδος) və ya şərti adı ilə Saturn II — Saturnun ən böyük 6-cı və ən parlaq peyki. 1789-cu ilin 23 avqustunda Vilyam Herşel tər

Enkelad (peyk)

  • Ana Səhifə
  • Vikipediya
  • Enkelad (peyk)

Enselad (ing. Enceladus; yun. Εγκέλαδος) və ya şərti adı ilə Saturn II — Saturnun ən böyük 6-cı və ən parlaq peyki. 1789-cu ilin 23 avqustunda Vilyam Herşel tərəfindən kəşf edilmişdir. Adını yunan mifologiyasında titan Enseladdan almışdır. Peykin diametri təxminən 500 km-dir. Kütləsinin böyük hissəsini buzlaqlar təşkil edir.

Enselad
Kəşfi
Kəşf edən Uilyam Herşel
Kəşf tarixi 28 avqust 1789
Orbital xarakteristikaları
Böyük yarımoxu
238 037 km
Orbitinin ekssentrisiteti 0,0047
Siderik dolanma dövrü
1,370 218 sut
Orbitin meyli 0,009°
Nəyin peykidir Saturn
Fiziki xarakteristikaları
Ölçüləri 513,2 × 502,8 × 496,6 km
Orta radiusu
252,1 ± 0,2 km
Kütləsi (1,080 318 ± 0,000 28) × 1020 kq
Orta sıxlığı
1,6097 ± 0,0038 q/sm3
Sərbəstdüşmə təcili
0,113 m/s2 (0,0116 g)
Ətalət faktoru momenti
0,3305 ± 0,0025
İkinci kosmik sürəti
0,239 km/s (860,4 km/st)
Sinodik fırlanma dövrü
Sinxron
Albedo 1,375
Temperatur min. 32,9 K, 75 K, maks. 145 K
Görünən ulduz ölçüsü
11,8
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Xarakteristikası

Yer, Ay və Enseladın müqayisəli ölçüləri.

Enseladın digər buz peyklərindən fərqləndirən əsas cəhəti çox parlaq və səthinin hamar olması, parlaq olmasıdır. Enseladın su buzundan ibarət səthi daim yenilənmə içərisindədir.

Peyk Günəşdən aldığı işığın 90 %-ni qaytarır. Bunun baş verməsi üçün səthinin yenilənmiş, toz və qayadan arınmış buza ehtiyac vardır. Kosmik aparatların köməyi ilə çəkilən fotoşəkillərdən səthində uzun kanalların olduğu müəyyən olunmuşdur. Bu kanallar peykdə bir zamanlar suyun axdığını göstərməkdədir.

2005-ci ildə Kassini aparatı peykin səthindən kosmosa fışqıran buz vulkanları müşahidə etmişdir. Bu da peykin hələ də aktiv olduğunu göstərməkdədir. Bununla səthində niyə belə az kraterin olduğu məlum olmuşdur. Fışqıran su səthdəki kraterlərin üzərini örtərək yeni və cavan səth əmələ gətirir.

Saturnun solğun E halqasının əmələ gəlməsində peykdən ayrılan buz parçalarının əhəmiyyətli olduğu düşünülür. Bir qaz nəhənginə yaxın olmaq bu peykdə böyük qabarma və çəkilmə hadisələrinə səbəbiyyət verir. Saturndan sadəcə 238 min km uzaqlıqda olduğundan Yupiterin peyki İo kimi plastik top kimi sıxılır və genişlənir.

Çox kiçik peyk olmasına baxmayaraq sürtünmə qüvvəsi hesabına daxili daimi isinir. Qabığın altındakı bu isti su vulkanlar əmələ gətirərək səthi örtür. Enseladın çox kiçik cazibə qüvvəsindən (Yerin 1 %-i qədər) qurtulan bu su buz şəklində Saturnun E halqasına əlavə olunur.

Tədqiqat

İndiyə qədər 3 kosmik aparat tərəfindən tədqiq edilmişdir. 12 noyabr 1980-ci ildə Voyager 1, 26 avqust 1986-cı ildə Voyager 2 Enseladda şəkillər çəkmişdir. 2004-cü ilin 1 iyulunda isə Kassini kosmik aparatı Enselada çatmışdır.

Qalereya

  • Kassini aparatı tərəfindən çəkilmiş səth şəkli.
    Kassini aparatı tərəfindən çəkilmiş səth şəkli.
  • Enseladda vulkanizm
    Enseladda vulkanizm

Həmçinin bax

  • Saturnun peykləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Enkelad (peyk) haqqında məlumat. Enkelad (peyk) nədir? Enkelad (peyk) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    İngiliscə

  • Fevral 27, 2026

    Serbiya despotluğu

  • Fevral 27, 2026

    Bundestaq

  • Fevral 27, 2026

    I Faruq

  • Fevral 24, 2026

    Longines

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst