Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tamerlan Yelmar oğlu Qarayev (30 yanvar 1952, Qasımlı, Ağdam rayonu) — diplomat, hüquqşünas, Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini, Azərbaycanın Çindəki

Tamerlan Qarayev

  • Ana Səhifə
  • Vikipediya
  • Tamerlan Qarayev

Tamerlan Yelmar oğlu Qarayev (30 yanvar 1952, Qasımlı, Ağdam rayonu) — diplomat, hüquqşünas, Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini, Azərbaycanın Çindəki, Hindistandakı və İndoneziyadakı keçmiş səfiri. Hazırda Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Tamerlan Qarayev
Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Vəzifədədir
13 dekabr 2018-ci ildən
    Əvvəlkivəzifə təsis edildi
    Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri
    15 sentyabr 2011 – 13 dekabr 2018
    Əvvəlkiİbrahim Hacıyev
    SonrakıCəlal Mirzəyev
    Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Fövqaladə və Səlahiyyətli Səfiri
    1 sentyabr 2004 – 15 sentyabr 2011
    Əvvəlkivəzifə təsis edildi
    Sonrakıİbrahim Hacıyev
    Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri
    3 sentyabr 1993 – 7 may 2001
    Əvvəlkivəzifə təsis edildi
    SonrakıYaşar Əliyev
    Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini
    18 may 1992 – 3 sentyabr 1993
    ƏvvəlkiZiyad Səmədzadə
    SonrakıArif Rəhimzadə
    Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini
    7 fevral 1991 – 18 may 1992
    ƏvvəlkiAfiyəddin Cəlilov
    SonrakıAfiyəddin Cəlilov
    Doğru Yol Partiyasının sədri
    30 yanvar 1993 – 3 sentyabr 1993
    Əvvəlkivəzifə təsis edildi.
    SonrakıRasim Musabəyov (s.i.e.)
    Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri
    1 may 1990 – 1991
    Əvvəlkivəzifə təsis edildi.
    SonrakıArif Hacılı
    Şəxsi məlumatlar
    Doğum tarixi 30 yanvar 1952(1952-01-30) (74 yaş)
    Doğum yeri
    • Qasımlı, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Doğru Yol Partiyası (1993),
    • Azərbaycan Xalq Cəbhəsi (1990–1992)
    Təhsili
    • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
    Fəaliyyəti diplomat
    Elmi fəaliyyəti
    Elm sahəsi hüquqşünaslıq
    Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

    Mündəricat

    Həyatı

    Tamerlan Qarayev 1952-ci il yanvarın 30-da Azərbaycan SSR-də Ağdam rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1978-ci illərdə Bakı Prokurorluğunda İstintaq şöbəsində prokuror işləmişdir. 1978–1991-ci illərdə ADU-nun Cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, fakültə dekanının müavini olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, birinci müavini vəzifələrində çalışmış, həm də 1992–1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 1993-cü il sentyabrın 3-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən Tamerlan Qarayevə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verildi. Hüquq elmləri namizədidir. Evlidir, 2 övladı var.

    İctimai-siyasi fəaliyyəti

    1990-cı il 22 yanvar tarixində AXC Məclisinin üzvü və ADU hüquq fakültəsinin dosenti T. Y. Qarayev ictimaiyyət nümayəndəsi kimi 20 Yanvar hadisələrini təhqiq edən Azərbaycan SSR Ali Sovetinin deputat-istintaq komissiyasına üzv seçilmiş və məlum komissiyanın sədr müavini təyin edilmişdir. 1990-cı il 30 aprel – 1 may tarixində Göyçayda baş tutan AXC Məclisinin iclasında AXC Məclisinin ilk daimi sədri seçildi. 1990–1991-ci illərdə AXC Məclisinin sədri olmuşdu.

    1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilmiş, ilk dəfə bu seçkilərdə Azərbaycan Kommunist Partiyası xaricində siyasi qüvvələr yarışmışdır. Seçki nəticəsində 45 nəfər müxalif Azərbaycan Xalq Cəbhəsi üzvü parlamentin deputatı seçilmişdir. Parlamentdə "Müstəqil Azərbaycan" Demokratik Blokunu təsis edən müxalif qrup parlament sədarətinə namizəd olaraq 133 nömrəli Ağdam ikinci şəhər seçki dairəsindən deputat seçilmiş Tamerlan Qarayevi sədr müavinliyinə namizəd göstərmişdir. 7 fevral 1991-ci ildə Tamerlan Qarayev Ali Sovetin sədr müavini seçilmişdir. Tamerlan Qarayev, həmçinin, 26 noyabr 1991-ci ildə təsis edilmiş Azərbaycan Ali Sovetinin Milli Şurasına "Müstəqil Azərbaycan" Demokratik Blokunun üzvü olaraq seçilmişdir. O, 1991-ci ildə Ukrayna, Estoniya, Latviya və Litvanın dövlət müstəqilliyinin tanınması haqqında qərarları Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası adından imzalayıb.

    15 may dövlət çevrilişinin ardından hakimiyyəti tam ələ alan Azərbaycan Xalq Cəbhəsi, Ali Sovetin Rəyasət Heyətində dəyişikliklərə getmiş, Tamerlan Qarayev 18 may 1992-ci ildə Ali Sovetin sədrinin müavini vəzifəsindən azad edilərək sədrin birinci müavini seçilmişdir. Çevrilişdən sonra yeni rəhbərlik prezident seçkiləri keçirmək qərarı almışdır. 1992-ci ilin prezident seçkilərində AXC sədri Əbülfəz Elçibəyə qarşı öz namizədliyini irəli sürmüşdü. T. Qarayev 1992-ci ildə prezidentliyə 7 namizəddən biri oldu, amma 1992-ci il iyunun 5-də öz namizədliyini geri götürdü. Bu dövrdə Azərbaycan Xalq Cəbhəsindən istefa verərək öz müşaviri və bacanağı Rasim Musabəyov ilə birgə iqtidaryönlü Doğru Yol Partiyasını təsis etmişdir. Doğru Yol Partiyasının Təsis Konfransı 30 yanvar 1993-cü ildə keçirilmişdir. Konfransda Tamerlan Qarayev sədr, Rasim Musabəyov sədr müavini, Siyasi Şura üzvü, Akif Nağı isə partiyanın katibi seçilmişdir.

    4 iyun Gəncə qiyamından sonra hakimiyyəti ələ alan Heydər Əliyev 3 sentyabr 1993-cü ildə Ali Sovetin sədrinin birinci müavini Tamerlan Qarayevi Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin etmişdir. Bununla o, sədr müavini vəzifəsindən və partiya üzvlüyündən istefa vermişdir. Bu hadisədən sonra de-fakto partiyaya Rasim Musabəyov rəhbərlik etməyə başlamışdır.

    1993–2001-ci illərdə Çində, 2004–2011-ci illərdə Hindistanda, 2011–2018-ci illərdə İndoneziyada səfir olmuşdur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 13 dekabr 2018-ci ildə onu İndoneziya, Filippin, Sinqapur, Timor-Lestedə səfir postundan geri çağıraraq Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin etmişdir.

    90-cı illərin əvvəlində Azərbaycan siyasi mühitində üzdə olan simalardan biri və 70 il ateizmin təbliğ olunduğu bir dövlətdə "Tövbə" dini cəmiyyətini yaratmış Hacı Əbdül Qatır Məmməd ləqəbli Ağdam komandiri Yaqub Rzayevin müəmmalı ölümü və ona ölümündən əvvəl dediklərini danışıb. O, "Qatır Məmməd"in dilindən eşitdiklərini, Azərbaycanın yüksəkvəzifəli məmurlarının olduğu "Mi-8" vertolyotunun vurulması əmrinin Tamerlan Qarayev tərəfindən verildiyini demişdi.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tamerlan Qarayev haqqında məlumat. Tamerlan Qarayev nədir? Tamerlan Qarayev nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Şikar Aslanov

    • Fevral 27, 2026

      Yopal

    • Fevral 27, 2026

      Babək (şəhər)

    • Fevral 27, 2026

      Tufandağ

    • Fevral 27, 2026

      Azqabarıqlılar

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst