Rahat Muxtar oğlu Əliyev (qaz. Raxat Muxtarulı Älïyev; 10 dekabr 1962, Almatı – 24 fevral 2015, Yozefştadt məhkəmə həbsxanası[d]) — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni.
| Rahat Əliyev | |
|---|---|
| qaz. Raxat Älïyev | |
![]() Rahat Əliyev, 30 aprel 2007-ci il. | |
| Doğum tarixi | 10 dekabr 1962 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 24 fevral 2015 (52 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | asılma[d] |
| Dəfn yeri |
|
| Vətəndaşlığı | |
| Həyat yoldaşı |
|
| Uşaqları |
|
| Təhsili |
|
| Fəaliyyəti | diplomat, iqtisadçı, siyasətçi, iş adamı |
| Elmi dərəcələri |
|
| Mükafatları | |
Həyatı
Rahat Əliyev 10 dekabr 1962, Alma-Atada anadan olmuşdur.
1980-ci illərdə 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləmişdir.
Qazaxıstandakı karyerası 1990-cı illərin əvvəlindən inkişaf etməyə başlayıb.
Müxtəlif vaxtlarda Qazaxıstan Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.
2002-ci ildə Qazaxıstanın Avstriya səfiri vəzifəsinə təyin olunmuşdur. 2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirmiş, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib.
Həbsi və vəfatı
Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub. Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilmişdir. Özü də "Nurbank"ın səhmdarı olan Rahat Əliyevi 2007-ci ildə həmin bankın rəhbərləri – idarə heyətinin sədri Əbilmajin Gilimov və idarə heyəti sədrinin sabiq birinci müavini Joldas Timirəliyevin oğurlanmasında ittiham edirlər.
Onun barəsində Qazaxıstanda qiyabi məhkəmə keçirilmiş və 40 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2007-ci ilin yazından xarici ölkələrdə gizlənirdi.
Nəhayət 2014-cü il iyunun 5-də Vyanada tutulub və həmin vaxtdan Avstriyada həbsdə idi; Onun Qazaxıstana ekstradisiya edilməsi məsələsi Avstriya tərəfindən imtina edilib. 2015-ci ilin fevral ayının 24-də Avstriya həbsxanasında intihar edib.
Ailəsi
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qızı Dariğa Nazarbayeva ilə evli olub. Onlar 1983-cü ildə evlənib. Nurali (d. 1985), Aysultan (d. 1990) və Venera (d. 2000) adlı 3 övladları var.
2007-ci Dariğa Nazarbayeva ilə ayrıldıqdan sonra Avstriya vətəndaşı olan Elnarə Şorazova ilə evlənmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rahat Əliyev haqqında məlumat. Rahat Əliyev nədir? Rahat Əliyev nə deməkdir?
