Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zərrabi məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən XIX əsrə aid məscid və tarix-memarlıq abidəsi.

Zərrabi məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Zərrabi məscidi

Zərrabi məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən XIX əsrə aid məscid və tarix-memarlıq abidəsi.

Zərrabi məscidi
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Həsən bəy Zərdabi küçəsi, 85
Aidiyyəti Gəncə Dövlət Nizami Poeziya Teatrı
Tikilmə tarixi XIX əsr
Üslubu Arran memarlıq məktəbi
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3890
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
40°40′14″ şm. e. 46°21′22″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mündəricat

Tarixi

Zərrabi məscidi XIX əsrdə Gəncə şəhərində Zərrabi məhəlləsində tikilib. Tədqiqatçı Fərrux Əhmədov bu memarlıq abidəsinin inşası ilə əlaqədar göstərir ki, məscid Zərrabi məhəlləsinin ağsaqqallarından Hacı Qəzənfər Kərbalayi Ağa oğlu, Məşədi Qasım Hacı Əhmədli, Əli bəy Hacıəlibəyov, Kərbalayi Sur Abdulla oğlu və başqalarının yaxından iştirakı ilə məhəllə camaatının hesabına tikilib. Ehtimal edilir ki, Qədim Gəncə ərazisində də Zərrabi məscidi mövcud olub. Lakin ibadətgah 1139-cu ilin zəlzələsindən sonra dağılıb. Məscid iki gümbəzlidir, eyvanlı məscidlər tipində tikilib. Binası üç hissəyə ayrılır. Sahəsi 70 kvadratmetr olan böyük ibadət zalı, sahəsi 30 kvadratmetr olan kiçik otaq və uzunluğu 25 metr, eni 3 metr olan eyvan. İbadət otağında yer olmayanda dindarlar eyvandan da istifadə ediblər.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Zərrabi məscidi də bu dövrdə ibadətə bağlanıb, binasından yaşayış evi kimi istifadə olunub.

Daha sonra yerli mütəxəssislər və sənət xadimləri şəhər rəhbərliyinə müraciət edərək, şəhərdə bərpa olunacaq “Zərrabi” məscidində Poeziya Teatrının yerləşdirilməsinə icazə verilməsini xahiş ediblər. Təklif qəbul olunub və bina təmir olunaraq yaradıcı heyətin ixtiyarına verilib. 1979-cu ildən etibarən binada Nizami poeziya teatrı fəaliyyət göstərməyə başlayıb. Burada Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında bir sıra tamaşalar səhnələşdirilib. Teatr 1981-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərsə də, 1981-ci ildən sonra Gəncə Dövlət Dram Teatrının ştat vahidləri bu teatr üçün verilib.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2008-ci ildən məscidin binasında yerləşən Nizami poeziya teatrı Gəncə Dövlət Dram Teatrına birləşdirilib və hazırda onun açıq hava səhnəsi kimi fəaliyyət göstərir.

Həmçinin bax

  • Zərrabi məhəlləsi
  • Gəncə məhəllələri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zərrabi məscidi haqqında məlumat. Zərrabi məscidi nədir? Zərrabi məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Biomexanika

  • Fevral 27, 2026

    Odobenidae

  • Fevral 27, 2026

    Raymon Aron

  • Fevral 27, 2026

    Qohumluq

  • Fevral 27, 2026

    Merneptah

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst