Nursultan Əbiş oğlu Nazarbayev (qaz. Нұрсұлтан Әбішұлы Назарбаев/ Nūrsūltan Äbişūly Nazarbaev; 6 iyul 1940[…], Çemolqan[d], Almatı vilayəti) — Qazaxıstan Respublikasının 1-ci Prezidenti (1990–2019). Elbaşı (qaz. Елбасы/Elbasy) titulunun daşıyıcısı, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideri.
| Nursultan Nazarbayev | |
|---|---|
| qaz. Нұрсұлтан Әбішұлы Назарбаев rus. Нурсултан Абишевич Назарбаев | |
| |
1-ci Prezidenti | |
| 24 aprel 1990 – 20 mart 2019 | |
| Əvvəlki | Vəzifə təsis edilib |
| Sonrakı | Qasım-Comərd Tokayev |
| 22 fevral 1990 – 24 aprel 1990 | |
| Əvvəlki | Kıylıbay Medeubekov |
| Sonrakı | Yerik Asanbayev |
| 22 iyun 1989 – 28 avqust 1991 | |
| Əvvəlki | Gennadi Kolbin |
| 22 mart 1984 – 27 iyul 1989 | |
| Əvvəlki | Bəyken Əşimov |
| Sonrakı | Uzakbay Qaramanov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 6 iyul 1940[…] (85 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| Həyat yoldaşı | |
| Uşaqları |
|
| Dini | sünnilik, ateizm |
| Hərbi xidmət | |
| Rütbəsi |
|
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | siyasət |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
![]() | |
| akorda.kz | |
Həyatı
Nursultan Nazarbayev 6 iyul 1940-cı ildə Qazaxıstan Respublikasında doğulmuşdur.
1958–1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, "Kazmetalurqstroy" trestində fəhlə işləmişdir. 1960–1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirmişdir, iqtisad elmləri doktorudur. 1969–1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışmışdır. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirmişdir. 1984–1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1989–1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilmişdir.
24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının 1-ci Prezidenti seçilmişdir. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılmışdır. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilmişdir. 4 dekabr 2005-ci ildə seçkilərdə 91,15% səs toplayaraq təkrar prezident olmuşdur.
19 mart 2019-cu ildə Qazaxıstan Prezidentliyindən istefa etmişdir:
| Prezident səlahiyyətlərimi dayandırmaq qərarına gəldim. Bu il ən yüksək vəzifəni tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstan Respublikasının 1-ci Prezidenti olmağa imkan verdi. |
Ailəsi
Evlidir, üç qızı var.
Maraqları
Tennis və xalq musiqisinə maraq göstərir.
Mükafatları
3 aprel 2017-ci ildə "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nursultan Nazarbayev haqqında məlumat. Nursultan Nazarbayev nədir? Nursultan Nazarbayev nə deməkdir?

