Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nazıyev Yaşar Mövlud oğlu (2 may 1933, Saraçlı, Lüksemburq rayonu – 3 noyabr 2010) – professor, texnika elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar elm

Yaşar Nazıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Yaşar Nazıyev

Nazıyev Yaşar Mövlud oğlu (2 may 1933, Saraçlı, Lüksemburq rayonu – 3 noyabr 2010) – professor, texnika elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi.

YAŞAR NAZIYEV
Yaşar Mövlud oğlu Nazıyev
Doğum tarixi 2 may 1933(1933-05-02)
Doğum yeri
  • Saraçlı, Lüksemburq rayonu, Gürcüstan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 3 noyabr 2010(2010-11-03) (77 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ→Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Nahidə-Leyla Məmmədova
Elm sahələri İstilik-energetikası və fizikası
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Elmi adı
  • professor
İş yeri
  • Azərbaycan Texniki Universiteti
Mükafatları "Şərəf nişanı" ordeni
İmza
Yaşar Nazıyev həyat yoldaşı Nahidə-Leyla Məmmədova ilə

Mündəricat

Həyatı

Yaşar Nazıyev 1933-cü il may ayının 2-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. Natamam orta təhsilini Saraçlı orta məktəbində, tam orta təhsilini isə qonşu Faxralı kəndində almışdır.

1949–1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində oxumuş, ali təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət mühəndis və Saraçlıda müəllim işləmişdir. Sonra Azərbaycan EA Energetika İnstitutunun aspiranturasına daxil olmuş, elmi işini Moskva Dövlət Azot Sənayesi və Üzvi birləşmələr İnstitutunda yerinə yetirmişdir.

1962-ci ildə Moskva Energetika İnstitutunda məşhur rus alimi professor İ. F. Qolubevin rəhbərliyi altında "Müxtəlif temperaturlarda və yüksək təzyiqlərdə doymuş karbohidrogenlərin istilikkeçirməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Y. Nazıyev 1961-ci ildə professor İ. F. Qolubevlə birlikdə dünyada ilk dəfə olaraq böhran sahəsində maddələrin istilikkeçirməsinin ekstremal dəyişməsini müşahidə edərək bunu əsaslandırmışdır. Həmin ildə bu fenomeni amerika alimi Quldner və hollandiyalı alim Micels də bir-birindən xəbərsiz olaraq görmüşlər. O da maraqlıdır ki, hər üç ölkənin alimləri öz işlərini də bir-birindən xəbərsiz eyni vaxtda dərc etdirmişlər.

1971-ci ildə Moskvada "Yüksək təzyiqlərdə karbohidrogenlərin istilikkeçirməsinin tədqiqi və onun ölçülməsinin bəzi xüsusiyyətləri" mövzusunda doktorluq işini müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.

Professor Y. Nazıyev uzun illər boyu Azərbaycan Texniki Universitetində "İstilik texnikası və istilik qurğuları" kafedrasına rəhbərlik etmişdir. O, nəinki çalışdığı universitetdə, həm də ümumiyyətlə Azərbaycan elmi ictimaiyyəti arasında ən istedadlı şəxslərdən biri hesab olunur. Y. Nazıyev əksəriyyəti ABŞ, İngiltərə, Almaniya, Rusiya, Rumıniya, Türkiyə və s. ölkələrdə dərc olunmuş 400-dən artıq elmi əsərin, bir neçə ixtiranın, monoqrafiyaların, "Texniki termodinamika" və "Maddələrin istilik fizikası" adlı dərsliklərin müəllifidir.

1995-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. "Şərəf nişanı" ordeninə və H. Z. Tağıyev mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikasının Əməkdar elm xadimidir.

Ailəsi

  • Həyat yoldaşı: Nahidə-Leyla Məmmədova Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın nəticəsidir.
  • Oğlu: Ceyhun Nazıyev professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.
  • Qızı: Zərəngiz Nazıyeva Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Əsas elmi əsərlərin adları

1. Alifatik spirtlərin özlülüyü. TFS (rus dilində). M.:1991, 82 s.

2. Biratomlu spirtlərin istilik xassələri (istilikkeçirmə) TFS (rus dilində). M.:1992, 112 s.

3. Maye və qazların istilikkeçirməsinin ölçülməsi. Bakı, Elm. 2001, 171 s.

4. Texniki termodinamika (dərslik). Bakı, Maarif. 1987, 304 s.

5. İstilikötürmə (dərslik). Bakı, Maarif. 1999, 451 s.

6. Azərbaycanda istilik-energetikasının tarixi və metodologiyası. Bakı. 2001, 200 s.

7. İstilik texnikası. Bakı, Təhsil. 2003, 370 s.

8. Maddələrin istilik fizikası. Bakı, təhsil. 2004, 478 s.

9. Tətbiqi termodinamika. Bakı, təhsil. 2007, 254 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yaşar Nazıyev haqqında məlumat. Yaşar Nazıyev nədir? Yaşar Nazıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hindistan tarixi

  • Fevral 27, 2026

    Yapon nərəsi

  • Fevral 27, 2026

    Kuvşinovo

  • Fevral 27, 2026

    Nemezida

  • Fevral 27, 2026

    Rodoxrozit

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst