Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan Dövlət İnformasiya Agentliyi və ya qısaca AZƏRTAC — Azərbaycanın milli informasiya agentliyi; yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət inform

Azərtac

  • Ana Səhifə
  • Vikipediya
  • Azərtac

Azərbaycan Dövlət İnformasiya Agentliyi və ya qısaca AZƏRTAC — Azərbaycanın milli informasiya agentliyi; yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyi. İdarə Heyətinin sədri Vüqar Əliyevdir.

AZƏRTAC
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 1 mart 1920
Ünvan Bakı Ağasadıq Gəraybəyli, 63
Rəhbərlik
Rəhbər Vüqar Əliyev
Müavin Dağbəyi İsmayılov

Rəsmi saytı azertag.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Agentlik sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.

AZƏRTAC rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, ispan və Çin dillərində dəqiq və operativ informasiya buraxır.

AZƏRTAC dünyanın 55 informasiya agentliyi və media qurumu ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında

2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilib.

AZƏRTAC Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin milli informasiya agentlikləri assosiasiyasının (PANİA) təsisçilərindən biridir.

AZƏRTAC 2008-ci ildən "AsiaPulse" — Asiya Xəbər Agentlikləri Konsorsiumunun üzvüdür.

2010–2013-cü illərdə agentlik PANİA-ya sədrlik edib.

2023-cü ilin noyabrında İstanbulda Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi (TKA) əsasında yeni Türk Xəbər Agentlikləri Alyansının (ATNA) yaradılmasında AZƏRTAC təsisçilərdən biri olub.

2013-cü ilin sentyabrında OANA-nın Moskvada keçirilən XV Baş Assambleyasında təşkilatın vitse-prezidenti seçilib. Həmin toplantıda təşkilatın üzv dövlətlərinin milli informasiya agentlikləri rəhbərlərinin səsverməsi əsasında AZƏRTAC 2016–2019-cu illərdə bu beynəlxalq struktura sədrlik etmək hüququ qazanıb. 2016-cı il noyabrın 18-də OANA-nın Bakıda keçirilən XVI Baş Assambleyasında bu təşkilatda sədrlik vəzifələrinin icrasına başlayıb.

2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, "SKY Nyus Arabia", "Los-Anceles Tayms", "Guardian", BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri Dünya Xəbər Agentliklərinin IV Konqresində (NAWC) AZƏRTAC 2016–2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə 2016-12-20 at the Wayback Machine sədr seçilib və V Konqresin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub. 2014–2016-cı illərdə V Konqresə hazırlıq məqsədilə Konqresin icraedici orqanı olan Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) 5 iclası — 3-ü Bakıda, 2-si Londonda keçirilib. Bakıda keçirilən iclasların birində ilk dəfə olaraq Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri və sədr müavini vəzifələri təsis edilib.

2016-cı il noyabrın 16–17-də Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi keçirilib. Noyabrın 16-da V Konqres və OANA-nın XVI Baş Assambleyasının birgə açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.. Tədbirlərdə 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin 190-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT — UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak ediblər. Konqresdə BMT-nin Baş katibi Pan Gi Munun məktubu oxunub və UNESCO-nun Baş direktoru İrina Bokovanın videomüraciəti təqdim edilib. Devizi "Xəbər agentlikləri üçün yeni çağırışlar" olan Bakı Konqresində "Xəbər istehlakının gələcəyi", "Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları", "Xəbər agentliklərinin innovasiyası", "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi", "Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları" mövzularında məruzələr dinlənilib, diskussiyalar aparılıb.

AZƏRTAC-ın ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan, Rumıniya, Argentina, İtaliya, İsveç, Çin, Belçika və İsraildə, respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

AZƏRTAC foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentliyin multimedia və videoxəbər xidməti "Gəzdim Azərbaycanı", "Abidələrimiz", "Dünya şəhərləri", "Sənət korifeylərimiz", "Neft və təsviri sənət", "8.20-də vağzalda", "Əziz bakılılar və şəhərimizin qonaqları" və digər bir sıra videolayihələr həyata keçirib və sənədli filmlər hazırlayıb.

2013-cü ilin sentyabrından AZƏRTAC-ın Uşaq Bilik Portalı, 2014-cü ildən yenilənmiş Videosaytı fəaliyyət göstərir.

26 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılıb.

24 noyabr 2016-cı ildə "Dövlət orqanı" hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)" publik hüquqi şəxs yaradılıb.

19 dekabr 2017-ci ildə Prezident İlham Əliyevin "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanı ilə publik hüquqi şəxs olaraq AZƏRTAC-ın Nizamnaməsi təsdiq edilib.

2023-cü ilin avqustunda agentliyin veb-saytının yeni dizaynı və yeni loqosu təqdim edilib.

2023-cü ildə AZƏRTAC “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının Rəyasət Heyətinin üzvü seçilib.

2025-ci ilin mayında Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) Sankt-Peterburqda keçirilən Baş Assambleyasında AZƏRTAC yenidən İcraiyyə Komitəsinə üzv və təşkilatın vitse-prezidenti seçilib, 2028-ci ildə növbəti Baş Assambleyaya ev sahibliyi etmək hüququ qazanıb.

2025-ci ilin noyabrında Türk Xəbər Agentlikləri Alyansının (ATNA) Astanada keçirilən Baş Assambleyasında AZƏRTAC bu qurumun vitse-prezidenti seçilib və 2027-ci ildə növbəti Baş Assambleyasına ev sahibliyi etmək hüququ qazanıb. .

Loqoları

  • 2016-cı ilə qədər
    2016-cı ilə qədər
  • 2023-cü ilə qədər
    2023-cü ilə qədər
  • 2023-cü ildən
    2023-cü ildən

Rəhbərləri

  • Qubad Qasımov — 14.07.1921–1928
  • Mixail Sinitsin — 1928–1930
  • Vasili Xaldeyev — 1937–1938
  • Yefim Qurviç — 23.05.1942–1958, 1962–26.12.1986
  • Xasay Vəzirov — 07.1958–09.1962
  • Rafiq Zeynalov — 26.12.1986–06.26.1988
  • Azad Şərifov — 10.10.1988–03.04.1992
  • Fikrət Sadıqov — 03.04.1992–06.08.1992
  • Vaqif Rüstəmov — 06.08.1992–26.08.1994
  • Şamil Şahməmmədov — 22.01.2000-30.10.2002
  • Aslan Aslanov — 30.10.2002-19.11.2022
  • Vüqar Əliyev (28.11.2022–h.h.)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərtac haqqında məlumat. Azərtac nədir? Azərtac nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şəbüstər

  • Fevral 27, 2026

    Xasavyurd rayonu

  • Fevral 27, 2026

    Jerar Debre

  • Fevral 27, 2026

    Böyük Ermənistan

  • Fevral 24, 2026

    Arnobius

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst