Qulamrza İlhami (1904, Təbriz) — siyasətçi, ictimai xadim, fədai. Pəhləvilər dövründə İsfahanın və Təbrizin meri, Azərbaycan Milli Hökuməti qurulduqdan sonra isə Maliyyə naziri olub.
| Qulamrza İlhami | |
|---|---|
| |
| 12 dekabr 1945 – 13 iyun 1946 | |
| aprel 1944 – oktyabr 1945 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1904 (121–122 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
Haqqında
İlk illəri
Qulamrza İlhami 1904-cü ildə Təbriz şəhərində anadan olub. 1934-cü ildə İsfahanın, 1944-cü ilin aprel ayından 1945-ci ilin oktyabr ayınadək isə Təbriz şəhərinin meri olub. 1944-cü ildə SSRİ-İran Mədəni Əlaqələr cəmiyyətinin idarə heyətinə üzv seçilib.
Təbriz şəhərində demokratlara loyal münasibət bəslədiyi üçün Tehrana çağırılıb və vəzifəsindən kənarlaşdırılıb.

1945-ci il oktyabrın 2-də Təbrizdə Azərbaycan Demokrat Firqəsinin birinci təsis qurultayında iştirak edib.
1945-ci il noyabrın 19-da Təbrizdə yaradılmış "Sovet Azərbaycanı dostları" cəmiyyətinin idarə heyətinə üzv seçilib.
1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı. Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı. Qulamrza İlhami də Milli heyətə seçilən 39 nəfərdən biri olub. 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib. Təbrizdə keçirilən seçkilər nəticəsində Qulamrza İlhami səs toplayaraq Azərbaycan Milli Məclisinə Təbrizdən nümayəndə seçilib.
1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Qulamrza İlhami qurulmuş hökumətdə Maliyyə naziri seçilib. Milli Məclisin birinci iclası da dekabrın 12-də keçirilib. Bura seçilən nümayəndələrdən 26 nəfəri xidmətdə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilməyiblər. Onlardan biri də Qulamrza İlhami olub. Təbriz şəhərinin şah qoşunlarından azad olunmasına rəhbərlik edən 7 fədaidən biri olub.
Maliyyə naziri olduğu dövrdə bir çox islahatlar aparıldı və vergi qanunlarına yenidən baxıldı. Nazirliyin büdcəsindən Təbriz Universitetinin binası üçün 2 milyon 500 min tümən, Hüquq və Siyasi məktəbinin təşkili və təsisi üçün 1 milyon 500 min tümən, Təbriz bələdiyyəsinə 1 milyon 500 min tümən, Azərbaycan şəhərlərinin abadlığı üçün 2 milyon tümən, Təbriz, Urmiya, Ərdəbil, Marağa, Zəncan, Xoy, Əhər şəhərlərində tərbiyə evləri açmaq üçün 1 milyon 500 min tümən ayrılıb. 1946-cı il aprelin 4-də Azərbaycan Milli Məclisinə təqdim etdiyi büdcə layihəsində büdcənin 49,82 faizi maarif, səhiyyə, əkinçilik və abadlıq işləri üçün nəzərdə tutulub.
1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi.
AMH dağıldıqdan sonra
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Azərbaycana mühacirət edib. 1947-ci ildə Bakıda Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsi bərpa olundu. 1953-cü ilin oktyabr ayında Azərbaycan Demokrat Firqəsinin Azərbaycan SSR ərazisində yaradılmış təşkilatlarının konfransı keçirilib. Bu konfransda Qulamrza İlhami firqənin təftiş komissiyasına üzv seçilib. 1955-ci ildə ADF Mərkəzi Komitəsində aparılan müzakirələrdən Tudə Partiyası ilə Azərbaycan Demokrat Firqəsinin birgə hərəkət komitəsinin təşkil edilməsinə səs verən 16 nəfərdən biri olub. Qulamrza İlhami ömrünün sonuna qədər partiyada fəaliyyət göstərib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qulamrza İlhami haqqında məlumat. Qulamrza İlhami nədir? Qulamrza İlhami nə deməkdir?