Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir.

Xoy

  • Ana Səhifə
  • Vikipediya
  • Xoy

Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir.

Xoy
خوی
38°33′06″ şm. e. 44°57′34″ ş. u.HGYO
Ölkə
  •  İran
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.143 m
Saat qurşağı
  • UTC+03:30
Əhalisi
Əhalisi
  • 198.845 nəf. (2016)
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 443
Digər
khoy.ir
Xəritəni göstər/gizlə
Xoy xəritədə
Xoy
Xoy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir.

Mündəricat

Tarixi

Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bugünkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır. İslam dininin yayılması və xilafətin bu bölgəni ələ keçirməsi ilə şəhər müsəlmanların idarəsi altına keçmiş və uzun illər müxtəlif bəyliklərin tərkibində olmuşdur. Böyük Səlcuqlu hakimiyyəti zamanı Alparslanın Rum ordusunun gəlişini Xoyda xəbər aldığı tarixi mənbələrdən məlumdur. Anadolunun alınmasında da Xoydan bir istehkam kimi istifadə olunmuşdur. Şah İsmayıl ilə Yavuz Sultan Səlim arasındakı Çaldıran döyüşü Xoy yaxınlığında baş vermişdir (1514). İran-Osmanlı müharibələri zamanı şəhər bir neçə dəfə Osmanlı İmperiyasının əlinə keçmişdir. Sonda yenə də İran sərhədləri içinə qatılmışdır. Xoyun adı müxtəlif xalq dastanlarında və rəvayətlərində də çəkilir.

Etimologiyası

Xoy adına ilk dəfə 844-cü ildə İbn Xordadbehin "Məsalik və məmaliki" adlı əsərində rast gəlinir. O vaxtdan şəhərin adı heç bir dəyişikliyə məruz qalmamışdır.

Adın mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Ərəb mənbələrinə görə "Hovayy" adı "geniş vadi" mənasını verən "Havv" adıyla eyni kökdəndir və şəhərin adının kökü bu sözdəndir.

İranlı tarixçi Məhəmməd Əmin Riyahi isə Xoy adının 2700 il əvvəl Xoy yaxınlarında qurulan Urartu şəhəri Ulhu və ona bağlı Sardorihort (Sardorixort) qalasının adından alındığı ehtimalını irəli sürür.

Xoy erməni qaynaqlarında "səs", Pəhləvi dilində "duz" və "tər" mənasını verən Xoy və Hey sözləri ilə qeyd olunur.

Azərbaycan mənbələrində şəhərin adının "qoyun" sözünün transformasiya olunmuş variantı olduğu bildirilir.

1724-cü ildə Xoy şəhəri, Heşd, Rabat, Şivane, Gülli, Dere, Bayındır Beg, Sekudlı, Kadı, Timargân-Çukur-Nohud, Kabad, Avehce, Kilise ve Arami-i Kebirli isimli 13 məhəlləyə ayrılmışdır.

Şəkillər

  • Xoy şəhəri
    Xoy şəhəri
  • Kəbiri evi
    Kəbiri evi
  • Qala qapısı
    Qala qapısı
  • Üstü örtülü bazar
    Üstü örtülü bazar
  • Xoy körpüsü
    Xoy körpüsü
  • Xoy körpüsü
    Xoy körpüsü
  • Şəms qülləsi
    Şəms qülləsi
  • Şəms qülləsi
    Şəms qülləsi
  • Hava limanı
    Hava limanı

Məşhur xoylular

  • Molla Nəsrəddin — xalq müdriki, sufi.
    Molla Nəsrəddin — xalq müdriki, sufi.
  • Cahan şah — qaraqoyunluların rəhbəri.
    Cahan şah — qaraqoyunluların rəhbəri.
  • Jalə Amuzgər — tanınmış iranşünas və universitet professoru.
    Jalə Amuzgər — tanınmış iranşünas və universitet professoru.
  • Bəhruz Vüsuqi — tanınmış kinoaktyor.
    Bəhruz Vüsuqi — tanınmış kinoaktyor.

Qardaş şəhərlər

  • Türkiyə Konya, Türkiyə (2011-ci ildən)

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xoy haqqında məlumat. Xoy nədir? Xoy nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Quraşdırma

  • Fevral 27, 2026

    Çhattisqarh

  • Fevral 27, 2026

    Rafael Nadal

  • Fevral 27, 2026

    Henrik İbsen

  • Fevral 25, 2026

    Şimali Qafqaz

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst