Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Axund Məhəmmədəli Hüseynzadə (1760, Salyan – 1852, Tiflis) — Qafqaz müsəlmanlarının ilk şeyxülislamı. 1823-cü ildə Zaqafqaziya şiələrinə dini başçılıq etmək üçü

Məhəmmədəli Hüseynzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Məhəmmədəli Hüseynzadə

Axund Məhəmmədəli Hüseynzadə (1760, Salyan – 1852, Tiflis) — Qafqaz müsəlmanlarının ilk şeyxülislamı. 1823-cü ildə Zaqafqaziya şiələrinə dini başçılıq etmək üçün Rusiya imperiyası tərəfindən təsis edilən ilk şeyxülislam rütbəsinə təyin edilib. O, Azərbaycan publisisti, rəssam və yazıçısı Əli bəy Hüseynzadənin ana tərəfdən babasıdır. Şeyxülislam 1852-ci ilə kimi Zaqafqaziya Ali Ruhani İdarəsinə rəhbərlik edib. Dini idarə o zaman Qafqazın iqtisadi və siyasi mərkəzi olan Tiflis şəhərində yerləşirdi.

Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə
Qafqaz müsəlmanlarının I şeyxülislamı
1823 – 1846
ƏvvəlkiQurum təsis olundu
SonrakıFazil İrəvani
Şəxsi məlumatlar
Doğum tarixi 1760
Doğum yeri Salyan, Salyan sultanlığı
Vəfat tarixi 1852 (91–92 yaşında)
Vəfat yeri Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Uşağı Əhməd Hüseynzadə
Dini İslam, şiəlik

Mündəricat

Həyatı

Məhəmmədəli Hüseynzadə 1760-cı ildə Salyanda doğulmuşdur. Salyan və Gəncə şəhərində ibtidai dini təhsil almış, 1790-cı ildə İraqa getmiş, Bağdad Universitetinin ilahiyyat və tarix fakultələrini bitirmişdir. Təhsilini başa vurduqdan sonra 1802-ci ildə Tiflisə gəlir və Şah Abbas məscidinə axund təyin edilir. Uzun illər bu vəzifədə işləməklə təkcə Tifilisdə deyil, Şərqi və Qərbi Azərbaycan, Borçalı, Dağıstan əyalətlərində nüfuz sahibinə çevrilir. Məhz bu nüfuzun və hörmətin sayəsində 1823-cü ildə Qafqazın ilk Şeyxülislamı olur.

Fəaliyyəti

Müəyyən məsələlərdə hökumətə tabeçilikdən imtina etmiş axund və mollaları cəzalandırmaq onun üçün çox çətin və ağır idi. Rusiyanın Azərbaycanda həyata keçirdiyi siyasət isə xalq kütlələrinin narazılığını artırmışdı, din xadimləri daha bu narazılığı yatırmaqda imperiyaya yardımçı olmaq istəmirdilər. Nuxa qazısı Əbdül Lətif Əfəndi, Şuşa qazısı Əbdil Qasım itaətsizliyin əsas təşkilatçılarına çevrilmişdilər. Mollalar vergilərin yığılmasında çar məmurlarına maneçilik törədir, xütbələrində Rusiyanı dinsizlikdə günahlandırırdılar.

Şeyxülislamın üsyana və üsyançılara qarşı mübarizəsi Qafqaz Canişini Knyaz Baryatınskinin qətiyyən təmin etmirdi. Hətta onunla Tiflisdə etdiyi söhbətlərdə verdiyi göstərişlər Şeyxülislamın etirazlarına səbəb olmuşdur. Bu etirazlar Peterburqa çatdıqda, qəribə də olsa, Şeyxin fikirləri əsas götürülərək 6 dekabr 1846-cı ildə çar I Nikolay fərmanla Azərbaycan bəylərinin torpaq üzərində irsi mülkiyyət hüququnu tanıdı və mülkiyyət bölgüsü məsələlərinin rus qanunları ilə yanaşı, şəriət əsasında da həll edilməsinə icazə verdi. Bununla da şəriət məhkəmələrinin rolu genişləndi və Şeyxülislamın təsir imkanları da artdı.

Onun dövründə 1834-cü ildə Yelizavetpol qəzasında yerləşən İmamzadə məscidinə məxsus torpaq sahəsi lazımi sənədlərin olmaması bəhanəsi ilə müsadirə edilmiş, yalnız Şeyxülislamın əks-reaksiyasından sonra 1844-cü ildə geri qaytarılmışdır.

Titulu

1828-ci il Türkmənçay müqaviləsinə qədər şeyxülislam vəzifəsi bir qayda olaraq Tiflis məscidinin axunduna həvalə olunurdu və məmurlar onu başqa-başqa adlarla çağırırdılar. Axund Şeyxülislam Məhəmmədəli Hüseynzadəyə həm "Tiflis tatar axundu", həm "Gürcüstanın Müsəlman ruhanilərinin rəhbəri", həm də "Qafqaz Şeyxülislamı" kimi müraciət edirdilər.

Sonrakı fəaliyyəti

1828-ci ildə Təbriz müctəhidi Ağa Mir Fəttah Təbatəbai Qafqazın şiə məzhəbindən olan ruhanilərə başçı təyin olunandan sonra Şeyxülislam daha ağır təzyiqlərə məruz qaldı. Şeyxülislam Məhəmmədəli Hüseynzadə Bağdadda təhsil alsa da, rus dilinə və ədəbiyyatına dərindən bələd idi. Peterburq və Moskva şəhərləində dəfələrlə səfər etmişdir. Hətta şeyx zamanında Moskvada Cümə məscidinin tikilməsi məsələsini də qaldırmişdı.

Şeyxülislam Məhəmmədəli Hüseynzadə 1846-cı ildə istefa verdi və onun yerinə neçə illər bir yerdə işləmiş, müavini Axund Fazil İravani keçdi.

Ölümü

Şeyxülislam Məhəmmədəli Hüseynzadə 1852-ci ildə vəfat etdi və Tiflisin Müsəlman qəbristanlığında dəfn edildi.

Kitabları

  • "Ağızdan-ağıza keçmiş hədislər"
  • "İslamın möcüzələri"
  • "Qiyamətdə ölülərin dirilməsi"
  • "Qəlb qidası"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmmədəli Hüseynzadə haqqında məlumat. Məhəmmədəli Hüseynzadə nədir? Məhəmmədəli Hüseynzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çöpşəkillilər

  • Fevral 27, 2026

    Uilyam Saroyan

  • Fevral 21, 2026

    Kiril qrafikası

  • Fevral 27, 2026

    Qazan (ad)

  • Fevral 27, 2026

    Noktürn

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst