Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəkixanovların evi və ya Şəkixanovlar sarayı — Azərbaycanın Şəki şəhərində Şəki xan sarayından bir neçə məhəllə aralıda yerləşən XVIII əsrə aid iki mərtəbəli ta

Şəkixanovların evi

  • Ana Səhifə
  • Vikipediya
  • Şəkixanovların evi

Şəkixanovların evi və ya Şəkixanovlar sarayı — Azərbaycanın Şəki şəhərində Şəki xan sarayından bir neçə məhəllə aralıda yerləşən XVIII əsrə aid iki mərtəbəli tarixi abidə.

Şəkixanovların evi
Şəkixanovların evinin əsas fasadı
Evin qonaq zalının interyeri
Ölkə  Azərbaycan
Şəhər Şəki
Yerləşir Şəki
Aidiyyəti Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu
Sifarişçi Şəkixanovlar
Tikilmə tarixi XVIII əsr
Üslubu Azərbaycan memarlığı
Vəziyyəti muzey
UNESCO Ümumdünya İrsi
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace
TipiMədəni
Kriteriyaii, v
Təyin edilib2019
İstinad nöm.1549
DövlətAzərbaycan
RegionAvropa
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.331
KateqoriyaSaray
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
41°12′17″ şm. e. 47°11′51″ ş. u.HGYO
Xəritə
Şəkixanovların evi (Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu)
Nöqtə
Şəkixanovların evi
Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun xəritəsində evin yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Memarlığı

Şəkixanovlar evi xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır. İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina Şəki xalq yaşayış evlərinin əlamətlərini saxlayaraq, əsasən interyerdəki zəngin dekorativ elementlər binanı saray tipli tikintilərə bənzədir.

Şəkixanovlar evi iki mərtəbədən ibarətdir. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pillələr yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada "buxarılar" yerləşdirilib. Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulub.

İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənib. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilib. Taxçalar Azərbaycan şairi Nizaminin "Yeddi gözəl", "Leyli və Məcnun" poemalarının qəhrəmanlarının şəkilləri ilə bəzənib və üstü çox mürəkkəb olmayan bəzəkli stalaktitlə örtülüb. Kəllə divarlarda da bu cür iki taxça yerləşir və bunların arasında qonşu otaqlara və salona çıxan qapılar yerləşir. Üç divarın taxçaları və boşluqları üstündən rəf keçir ki, bu rəf də stalaktit karniz üzərində yerləşib. Güzgü stalaktitinin mürəkkəb quruluşunu salonun yuxarısından keçən karniz təşkil edir. Rəflərin üstündə taxçaların oxu üzərində kiçik taxçalar yerləşir. Bu taxçalar vazalarda gül dəstələri, heyvan və quş şəkilləri ilə bəzənmişdir. Salonun xarici divardan başqa bütün qalan sahəsi isə rəsmli, ornamentli "şəbəkə" ilə işlənib.

Qalereya

Divar rəsmləri

Memarlığı

  • Giriş portalı
    Giriş portalı
  • Şəbəkə
    Şəbəkə
  • Tavan
    Tavan
  • Buxarı
    Buxarı
  • Evin interyeri
    Evin interyeri

Həmçinin bax

  • Şəki xanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəkixanovların evi haqqında məlumat. Şəkixanovların evi nədir? Şəkixanovların evi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Roger Federer

  • Fevral 28, 2026

    Hüseyn Rəhmanov

  • Fevral 27, 2026

    Rona

  • Fevral 27, 2026

    Biodizel

  • Fevral 27, 2026

    Səs (qəzet)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst