Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaraağac silsiləsi (gürc. ჯავახეთის ქედი (cavaxetis kedi), erm. Ջավախքի լեռնաշղթա (Cavaxki lernaşğta)) — əsasən Gürcüstan qismən isə hazırkı Ermənistan ərazisin

Qaraağac silsiləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Qaraağac silsiləsi

Qaraağac silsiləsi (gürc. ჯავახეთის ქედი (cavaxetis kedi), erm. Ջավախքի լեռնաշղթա (Cavaxki lernaşğta)) — əsasən Gürcüstan qismən isə hazırkı Ermənistan ərazisində yerləşən dağ silsiləsi.

Qaraağac silsiləsi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3.196 m
Uzunluğu
  • təq. 50 km
Eni 20 km
Hündür nöqtəsi Ağçala dağı
Yerləşməsi
41°14′19″ şm. e. 43°56′31″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan
  •  Ermənistan
Qaraağac silsiləsi xəritədə
Qaraağac silsiləsi
Qaraağac silsiləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafi mövqeyi

Qaraxaç silsiləsi şimaldan cənuba təqribən 80 km. (50 km.-i Gürcüstan, 30 km.-i isə Ermənistan ərazisinə daxildir) məsafədə uzanır. Şimaldan Cocer (Trialet) silsiləsi, cənubdan isə Ağlağan dağları (Bazum silsiləsi) ilə hüdudlanır. Qaraxaç silsiləsi Gürcüstanın azərbaycanlılar yaşayan tarixi Borçalı mahalının qərb sərhədlərini təşkil etməklə, onu ermənilər yaşayan Samtsxe-Cavaxet bölgəsindən ayırır.

Hündürlüyü

Qaraxaç silsiləsinin ən hündür zirvəsi Ağçala dağıdır (3196 m.). Digər hündür zirvələri Leyli (3154 m.), Yemlikli (3055 m.), Qaranlıq (3039 m.), Əyriqar (2973 m.), Sənəkuçan (2923 m.) və s.-dir. Axçalı dağı Samsar dağlarında yerləşən Böyük Samsar dağından (3301 m.) sonra Kiçik Qafqaz dağ sisteminin Gürcüstan ərazisinə düşən hissəsinin ən yüksək zirvəsidir.

İqlimi

Qaraxaç yaylası sərt kontinental iqlimə malikdir. Qışı soyuq, yayı sərin keçir. İllik yağıntının miqdarı 800–1000 mm.-ə çatır. Yağıntının əksər hissəsi yaz və payız aylarında düşür. Qar qatı və dağ buzlaqları bəzi illərdə yayda tam əriməyə macal tapmır.

Qaraxaç silsiləsindən mənbəyini götürən ən mühüm çaylar Anaxatır, Çapal, Qaranlıq dərə və Axçalı çayıdır.

Canlılar aləmi

Qaraxaç silsiləsi subalp, alp və subnival dağ qurşaqlarına malikdir. Meşə örtüyü demək olar ki, yoxdur. Birillik bitkilər kifayət qədər geniş yayılmışdır. Vulkan konuslarının əksəriyyəti kəskin və ya az parçalanmış qayalıq-nival qurşağa aiddir. Silsilənin hündür hissələrində alp xalıları (cillər) və dağ bataqlıqları geniş yayılmışdır.

Heyvanat aləmi nisbətən kasıbdır. Əsasən canavar, tülkü, gəmiricilərdən çöl dovşanı, dağ siçanı və köstəbək, quşlardan vəhşi ördək, qağayı, qartal, quzğun, kərkəs, alacəhrə və s. yayılmışdır.

Təsərrüfatçılıq

Qaraxaç yaylası mühüm heyvandarlıq zonasıdır. Ərazisinin əksər hissəsi Borçalının azərbaycanlı kəndləri tərəfindən yay otlaqları kimi istifadə edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraağac silsiləsi haqqında məlumat. Qaraağac silsiləsi nədir? Qaraağac silsiləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Biofizika

  • Fevral 27, 2026

    Mixail Lermontov

  • Fevral 27, 2026

    Porfiri Baxmetyev

  • Fevral 24, 2026

    Göy

  • Fevral 27, 2026

    Tənəffüs (dəqiqləşdirmə)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst