Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tənəffüs — substratın sona qədər zəif enerjili qeyri-üzvi maddələrə parçalandığı və yüksək enerji çıxımı ilə müşayiət olunan aerob oksidləşdirici prosesdir. Pro

Tənəffüs (dəqiqləşdirmə)

  • Ana Səhifə
  • Vikipediya
  • Tənəffüs (dəqiqləşdirmə)

Tənəffüs — substratın sona qədər zəif enerjili qeyri-üzvi maddələrə parçalandığı və yüksək enerji çıxımı ilə müşayiət olunan aerob oksidləşdirici prosesdir. Prosesin icrası üçün oksigen lazımdır. Bu prosesə adenozintrifosfat turşusunun (ATP) generasiyası kimi baxmaq olar ki, burada elektronların yekun akseptoru rolunu qeyri-üzvi birləşmələr (məs., O2) yerinə yetirir. Elektronun donoru rolunu həm üzvi, həm də qeyri-üzvi birləşmələr yerinə yetirə bilər.

Mündəricat

Mənası

Tənəffüs aşağıdakı mənalarda istifadə edilirː

  • Oksigenli tənəffüs, hüceyrələrin enerji əldə etmək üçün istifadə etdikləri bir biokimyəvi prosesdir. (Oksigen bir elektron qəbul edicisidir).
  • Oksigensiz tənəffüs, hüceyrələrin enerji əldə etmək üçün istifadə etdikləri bir biokimyəvi prosesdir. (Oksigendən tamam fərqli elektron qəbul ediciləri istifadə edilir).
  • Nəfəs alma, nəfəsin orqanizmə alınıb atılması.
  • Tənəffüs sistemi, bədəndəki sistemlərdən biri.

Mərhələləri

Tənəffüs üç mərhələdən ibarətdir:

  1. Asetil CoA-nin piruvatdan, yağ turşularından və aminturşulardan oksidləşməklə əmələ gəlməsi;
  2. Trikarbon tsiklində asetil qruplarının CO2-nin və hidrogen atomlarının azad olması ilə parçalanması;
  3. Tənəffüs zəncirilə elektronların sonuncu elektron akseptoruna-oksigenə diğru daşınması (hidrogenin atomlarına müvafiq olaraq). Bu proses sərbəst enerjinin olduqca azalması ilə müşayiət olunur ki, bunun çox hissəsi ADP-nin oksidləşmə ilə əlaqədar olan fosforilləşməsi nəticəsində əmələ gələn ATP şəklində ehtiyat kimi yığılır.
  4. Qlükozanın tam oksidləşməsizamanı, yəni onun CO2 və H2O-ya qədər oksidləşməsi zamanı, qlükozanın laktaka anaerob çevrilməsində ayrılan enerjiyə nisbətən daha çox enerji ayrılır. Müqayisə edək:

Qlükoza ---- 2 laktak + 2H+ ∆G0 = −47.0 kkal

Qlükoza + 6O2---- 6CO2+ 2H2O ∆G0 = −686.0 kkal

Bu onunla izah olunur ki, qlikolizin məhsulu olan süd turşusu qlükoza kimi mürəkkəb birləşmədir və onun karbon atomları həmin oksidləşmə dərəcəsinə malikdirlər (karbonun və hidrogenin atomları saylarının nisbətləri qlükozada olduğu qədərdir), lakin tənəffüs məhsulu olan CO2 nisbətən sadə birləşmədir ki, onun yeganə karbon atomu tam oksidləşmişdir.

Tənəffüs prosesi zamanı 1 molekul qlükozanın parçalanmasından 36 molekul ATP yaranır.

C6H12O6 + 36ADP+ 36P1 +36H+ + 6O2--- 6CO2 +36ATP + 42H2O

Tənəffüs proses kimi

Tənəffüs iki natamam prosesin cəmindən əmələ gəlir:

  1. Substratın hidrogeni almaqla tədricən parçalanması, ayrılmış hidrogen kofermentlə bağlanır [H2] və
  2. Onun oksigenə daşınması nəticəsində tədricən oksidləşməsi

Karbohidratlar üçün:

Substratın parçalanması: C6H12O6 + 6H2O--- 6CO2 + 12 [H]

Hidrogenin oksidləşməsi: 12 [H2] + 6O2---- 12 H2O

C6H12O6 + 6H2O + 6O2--- 6CO2 +12H2O G0 = −2875 kC/mol

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tənəffüs (dəqiqləşdirmə) haqqında məlumat. Tənəffüs (dəqiqləşdirmə) nədir? Tənəffüs (dəqiqləşdirmə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ceyms Mudi

  • Fevral 26, 2026

    Pol Lafarq

  • Fevral 27, 2026

    Dünya müharibəsi

  • Fevral 27, 2026

    Aynu dili

  • Fevral 24, 2026

    İydə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst