Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sahibə Əli qızı Qafarova (19 mart 1955, Şamxor) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin sədri (2020-ci ildən) və IV, V,

Sahibə Qafarova

  • Ana Səhifə
  • Vikipediya
  • Sahibə Qafarova

Sahibə Əli qızı Qafarova (19 mart 1955, Şamxor) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin sədri (2020-ci ildən) və IV, V, VI, VII çağırış deputatı, TÜRKPA-nın fəaliyyətdə olan sədri, filologiya elmləri doktoru, professor.

Sahibə Qafarova
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Vəzifədədir
10 mart 2020-ci ildən
    Prezidentİlham Əliyev
    Vitse-prezidentMehriban Əliyeva
    ƏvvəlkiOqtay Əsədov
    Şəxsi məlumatlar
    Doğum tarixi 19 mart 1955(1955-03-19) (70 yaş)
    Doğum yeri
    • Şamxor, Şamxor rayonu, Azərbaycan
    Partiya
    • Yeni Azərbaycan Partiyası
    Təhsili
    • Bakı Slavyan Universiteti
    Fəaliyyəti alim, siyasətçi
    Elmi fəaliyyəti
    Elm sahəsi filologiya
    Elmi dərəcəsi
    • professor

    Təltifləri "Dostluq" ordeni — 2024 "Şərəf" ordeni — 2025 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
    Azərbaycan Respublikasının əməkdar müəllimi "Birlik" ordeni — 2023
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Şəmkir şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.

    1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib.

    1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb.

    İctimai-siyasi fəaliyyəti

    2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib.

    2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.

    2010–2020-ci illərdə dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

    2015–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq komitəsinin sədr müavini vəzifəsində çalışıb.

    2013–2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib.

    2015–2017 Avropa Şurası Parlament Assambleyasının "Zorakılıqdan azad qadınlar" parlament şəbəkənin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçisi, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin Sədri vəzifəsində çalışıb, Büro üzvü olub.

    2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

    Hal-hazırda MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.

    Bir sıra dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın, eləcə də 80-dan çox elmi məqalənin müəllifidir.

    Yeni Azərbaycan Partiyasının üzvüdür.

    İştirak etdiyi layihələr və təşkilatlar

    • 2002-ci ildə ABŞ Dövlət Departamentinin "International Visitor" proqramı;
    • 2006-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində ABŞ-nin Prinston şəhərində START/CAUCASUS Təlim proqramı çərçivəsində ETS treninqlərində iştirak edib;
    • 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin "Gender araşdırmaları" İnstitutunda çalışıb;
    • ABŞ-nin Prinston, Miçiqan, Tennessi Universitetlərində mühazirələrlə çıxış edib;
    • 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür;
    • Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı;
    • Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü;
    • 2015–2017-ci illərdə AŞPA-nın "Qadınlara qarşı zorakılıqla mübarizə" üzrə Baş məruzəçisi olub. Həmin gurumun "Qadınlara qarşı zorakılıqla yox!" şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində çalışıb;
    • 2016–2017-ci illərdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri olub. Həmin illərdə AŞPA-nın Büro üzvü olub;
    • 2018-ci ildən AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir;
    • Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun himayəçilik şurasının üzvüdür.

    Üzv olduğu beynəlxalq elmi cəmiyyətlər

    • Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən)
    • Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun himayəçilik şurasının üzvü

    Mükafatları

    2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil sahəsində xidmətlərinə görə, "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

    19 mart 2025-ci ildə Sahibə Qafarova Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib. Həmin gün Prezident İlham Əliyev onu qəbul edib və ona “Şərəf” ordenini təqdim edib.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sahibə Qafarova haqqında məlumat. Sahibə Qafarova nədir? Sahibə Qafarova nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Uttarakhand

    • Fevral 26, 2026

      Çanaqçı (Xocalı)

    • Fevral 27, 2026

      Dilağarda

    • Fevral 27, 2026

      Çimərlik futbolu

    • Fevral 27, 2026

      Karvansara

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst