Oqtay Sabir oğlu Əsədov (3 yanvar 1955, Şəhərcik, Qafan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış sədri (2005–2020).
| Oqtay Əsədov | |
|---|---|
| |
| 2 dekabr 2005 – 10 mart 2020 | |
| Əvvəlki | Murtuz Ələsgərov |
| Sonrakı | Sahibə Qafarova |
| 24 noyabr 2000 – 23 sentyabr 2024 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 3 yanvar 1955 (71 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
![]() | |
Həyatı
Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir.
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin "Azərsantexquraşdırma" Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti vəzifələrində çalışmışdır.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2 dekabr 2005-ci ildən 10 mart 2020-ci ilədək Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsində çalışmışdır. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ilə qudadır.
Təltifləri
- "Şərəf" ordeni — 29 dekabr 2014
- "Dostluq" ordeni (Rusiya) — 5 mart 2015
- "Kurmet" ordeni (Qazaxıstan) — 2018
- "Birlik" ordeni (MDB) — 10 fevral 2006
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oqtay Əsədov haqqında məlumat. Oqtay Əsədov nədir? Oqtay Əsədov nə deməkdir?

