Populyar elm — cəmiyyətin bütün təbəqələrinin başa düşə biləcəyi dildə və formada təqdim olunan elm sahəsi. Populyar elm məhsulları adətən geniş spektrdə, çoxşaxəli elm sahələri ilə maraqlanır. Bu məzmunu hazırlayanlar həm elm adamları, həm də öz sahəsində geniş biliyə malik, elmə yaxın olan şəxslər ola bilər. Populyar elm xalqa müxtəlif formalarda təqdim olunur; Kitab, jurnal, sənədli film və qəzetlər bu formaların başlıcalarıdır.

Əhəmiyyəti
Populyar elm, alimlərin mürəkkəb və spesifik dünyasını elm bəhslərindən uzaq olan xalqın başa düşə biləcəyi və faydalana biləcəyi səviyyəyə gətirərək təqdim edir. Çox ağır və qəliz elmi dil, xalqın dilinə yaxınlaşdırılır. Beləliklə, peşəkar elmlə məşğul olmayan, lakin elmin yaratdığı texnika və texnologiyadan istifadə edən geniş kütlə ilə elm dünyası arasında rabitə təmin edilmiş olur.
Jurnallar
Populyar elm jurnalları, adətən müvafiq elm sahəsində mütəxəssis olmayan oxucular üçün hazırlanmış xəbər, tədqiqat və məlumatlandırıcı məzmunun yer aldığı dövri nəşrlərdir. Oxucu kütləsi mütəxəssislərdən ibarət olan və yalnız tədqiqat məqalələrinin təqdim edildiyi nəşrlərə isə elmi jurnal adı verilir. Populyar elm jurnallarındakı məzmunlara zaman-zaman kütləvi informasiya vasitələrində də rast gəlinir. Bu jurnallar elmi bilik və ideyaların yayılması baxımından ən mühüm media vasitələrindən biri hesab olunur.
Popular Science, 1888-ci ildən bəri nəşr olunan National Geographic və ya 1967-ci ildən bəri TÜBİTAK tərəfindən aylıq yayımlanan Bilim ve teknik, həmçinin Bilim ve Gelecek, Bilim ve Ütopya kimi nəşrlər populyar elm jurnallarına nümunə kimi göstərilə bilər.
Ədəbiyyat siyahısı
- Andreas W. Daum, Varieties of Popular Science and the Transformations of Public Knowledge: Some Historical Reflections". Isis. A Journal of the History of Science Society, 100 (June 2009), 319–332.
- McRae, Murdo William (editor). The Literature of Science: Perspectives on Popular Scientific Writing. The University of Georgia Press: Athens, 1993. ISBN 0-8203-1506-0.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Populyar elm haqqında məlumat. Populyar elm nədir? Populyar elm nə deməkdir?