Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Fuad və ya Əhməd Fuad Paşa (26 mart 1868[…], Qahirə – 28 aprel 1936[…], Qahirə, Misir krallığı) — Misirin son sultanı və ilk kralı.

I Fuad

  • Ana Səhifə
  • Vikipediya
  • I Fuad

I Fuad və ya Əhməd Fuad Paşa (26 mart 1868[…], Qahirə – 28 aprel 1936[…], Qahirə, Misir krallığı) — Misirin son sultanı və ilk kralı.

I Fuad
ərəb. فؤاد الأول‎
II Misir sultanı
9 oktyabr 1917 – 15 mart 1922
ƏvvəlkiHüseyn Kamil
I Misir kralı
15 mart 1922 – 28 aprel 1936
SonrakıI Faruq
Şəxsi məlumatlar
Doğum tarixi 26 mart 1868(1868-03-26)[…]
Doğum yeri
  • Qahirə, Misir xidivliyi, Misir
Vəfat tarixi 28 aprel 1936(1936-04-28)[…] (68 yaşında)
Vəfat yeri
  • Qahirə, Misir krallığı
Fəaliyyəti monarx, kral
Atası Kavalalı İsmayıl Paşa
Anası Fəryal Qadınəfəndi
Həyat yoldaşları
  • Nazlı Səbri
Uşaqları
  • I Faruq,
  • Fövziyyə bint Fuad
Ailəsi Kavalalı ailəsi
Dini sünnilik, İslam
Təltifləri "III Karlos" ordeninin boyunbağısı — 1922 "Ağ qartal" ordeninin böyük cəngavər xaçı "Xilaskar" ordeni Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus "Niderland şiri" ordeninin böyük cəngavər xaçı "Qızıl mahmız" ordeni — 1927 "Fəxri legion" ordeninin böyük xaçı Knight Grand Cross of the Order of the Bath boyünbağılı "Payızgülü" ordeni Finlandiyanın "Ağ qızılgül" ordeninin böyük xaçı — 1935 Knight Grand Cross of the Order of Vasa Grand Cross of the Military Order of the Tower and Sword — 1920
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İlk illəri

26 mart 1868-ci ildə Qahirədəki Cizə sarayında dünyaya gəldi. Atası Misir xədivi İsmayıl Paşa, anası isə onun xanımlarından Fəryal Qadınəfəndidir. İlk təhsilini Qahirədə alan Əhməd Fuad atasının vəzifədən alınaraq sürgünə göndərilməsinin ardından təhsilinə Avropada, daha çox Cenevrə və Torinoda davam etdi. 1885-ci ildə İtalya Hərb Akademiyasına daxil oldu və 1887-ci ildə Romada kral ordusunda xidmət etməyə başladı. Ardından Vyanadakı Osmanlı səfirliyində hərbi xidmətdə olan Əhməd Fuad, daha sonra İstanbula gələrək Sultan Əbdülhəmidin fəxri yavərliyinə təyin olundu. 1892-ci ildə Qahirəyə döndü. 1908–1913-cü illərdə Qahirə Universitetinin ilk rektoru olaraq fəaliyyət göstərdi və bu müddət ərzində Misir xədivi II Abbas Hilminin 3 ilə yaxın baş yavəri oldu. II Abbas Hilmidən sonra Misirdə hakimiyyətə gələn qardaşı Hüseyn Kamilin vəfatının ardından "sultan" ünvanı alaraq İngiltərə hakimiyyətindəki Misirin idarəsinə gətirildi (9 oktyabr 1917).

Misir sultanlığı

I Fuad səltənəti Misir siyasi həyatının olduqca hərarətli bir dövrünə təsadüf edir. Müharibə illərində elan edilən fövqəladə vəziyyətlə bağlı dayandırılan siyasi həyat yenidən canlanmış, əsas müzakirə məsələsi isə Misirin nə vaxt müstəqilliyinə qovuşacağı olmuşdu. Bu məqsədə nail olmaq üçün bir çox siyasi birliklər fəaliyyət göstərsə də, bunlar arasında Vəfd adıyla da bilinən və Səd Zağlulun rəhbərlik etdiyi qrup ön plana çıxdı. Daha sonra siyasi partiyaya çevrilən Vəfd, Misirdəki İngiltərə hakimiyyətinin ləğv edilməsində mühüm rol oynadı.

Misir krallığı

1919–1922-ci illərdə keçirilən nümayişlər, baykotlar və aparılan imza kampaniyaları ilə bölgədəki İngiltərə hakimiyyəti sarsıldı və nəhayət, 1922-ci ildə İngiltərə Misirə müstəqillik verməyə məcbur oldu. Ancaq Misirin beynəlxalq arenada müdafiəsi, bölgədəki etnik azlıqlar və əcnəbi vətəndaşların hüquqlarının qorunması və Sudanın idarəsi İngiltərədə qaldı. Bu əsnada 1917-ci ildə etibarən "sultan" olaraq Misiri idarə edən I Fuad, müstəqilliyin əldə edilməsindən dərhal sonra "kral" ünvanı aldı. 19 aprel 1923-cü ildə elan edilən konstitusiya ilə krala geniş səlahiyyətlər verildi. Konstitusiyanın elan edilməsinin ardından keçirilən ilk seçkilərdə Vəfd partiyası qalib gəldi və 1924-cü ildə Səd Zağlul ilk Vəfd hökumətini qurdu. Ancaq bu hökumətin fəaliyyəti çox çəkmədi. Çünki Kral Fuad güclü milliyyətçilərlə çalışmaqdansa, kiçik siyasi partiyalar və Əhməd Zivər (1924–1926), Məhəmməd Mahmud (1928–1929) kimi müstəqil siyasətçilərlə çalışmağı üstün tutdu. Bununla birlikdə siyasi hadisələrə istədiyi kimi yön verə bilmək üçün özbaşına qərarlar qəbul etdi, parlament 4 dəfə istehfaya göndərildi. Ancaq Vəfd partiyasının qatılmadığı 1931 seçkiləri istisna olmaqla, hər istehfadan sonra keçirilən seçkilərdə (1925, 1926, 1929) Vəfd partiyası qalib gəldi. Kral Fuad səltənətində qurulan 3 Vəfd hökumətinin (Səd Zağlul rəhbərliyində 1924, Mustafa ən-Nəhhas rəhbərliyində 1928 və 1930) də ömrü qısa oldu. Siyasi çalxantılarla keçən Kral Fuad səltənətinin son illərində Həbəşistan İngiltərə tərəfindən işğal edildi (1935) və bu işğalın ardından Misir yenidən İngiltərə ilə qonşu münasibətləri saxlamağa məcbur oldu. Kral Fuadın 28 aprel 1936-cı ildə ölümündən bir neçə ay sonra Londonda iki ölkə arasında bir andlaşma bağlandı (26 avqust 1936).

Haqqında

Misir bankının qurulmasıyla iqtisadi azadlığa ilk addımlarını atan Misirdə Kral Fuad dönəmi boyunca təhsil və mədəniyyət sahələrində mühüm inkişaf müşahidə olundu. Bir çox elmi cəmiyyətlər quruldu. 1925-ci ildə Qahirə Cizədə Câmiatü Fuâdi’l-evvel (Birinci Fuad Cəmiyyəti) adı altında elmi məşvərət komissiyası yaradıldı. Türkcə, italyanca, fransızca və orta səviyyədə ingiliscə bilən Kral Fuad bununla yanaşı, dini dəyərlərə də önəm verirdi. 1920-ci illərdə Ərəb dünyasında xilafətlə bağlı gedən müzakirələrdə iştirak edir, 1924-cü ildə Türkiyədə xilafətin ləğv edilməsindən sonra xəlifəliyə namizədliyini irəli sürsə də, onun bu təklifi digər ərəb liderləri tərəfindən qəbul edilmədi.

Ailəsi

Xanımları

  • Şivəkar İbrahim (d. 25 oktyabr 1876 — ö. 17 fevral 1947)
  • Nazlı Səbri

Oğul övladları

  • Fuad İsmayıl (d. 1895 — ö. 6 iyul 1897)
  • I Faruq

Qız övladları

  • Fövqiyə Fuad (d. 6 oktyabr 1896 — ö. 1974)
  • Fövziyyə Fuad
  • Faizə Fuad Rauf (d. 8 noyabr 1923 — ö. 6 iyun 1994)
  • Faiqə Fuad Sadiq (d. 8 iyun 1926 — ö. 7 yanvar 1983)
  • Fəthiyə Fuad Qali (d. 17 dekabr 1930 — ö. 10 dekabr 1976)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Fuad haqqında məlumat. I Fuad nədir? I Fuad nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarabağ atı

  • Fevral 25, 2026

    E.ə. 4

  • Fevral 27, 2026

    Eson

  • Fevral 24, 2026

    Ornitoloji turizm

  • Fevral 27, 2026

    Kaktuslar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst