Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

21 noyabr 1853-cü ildə Qahirədə dünyaya gəldi. Atası Misir xədivi Kavalalı İsmayıl Paşa, anası isə onun xanımlarından Nurfələk Qadınəfəndidir. İlk təhsilini sar

Hüseyn Kamil

  • Ana Səhifə
  • Vikipediya
  • Hüseyn Kamil

Hüseyin Kamil (ərəb. حسين كامل‎; 21 oktyabr 1853, Qahirə – 9 oktyabr 1917, Qahirə) — Misir sultanı.

Hüseyn Kamil
ərəb. حسين كامل‎
I Misir sultanı
20 dekabr 1914 – 9 oktyabr 1917
SonrakıI Fuad
Şəxsi məlumatlar
Doğum tarixi 21 oktyabr 1853(1853-10-21)
Doğum yeri
  • Qahirə, Misir əyaləti, Osmanlı imperiyası
Vəfat tarixi 9 oktyabr 1917(1917-10-09) (63 yaşında)
Vəfat yeri
  • Qahirə, Misir sultanlığı, Misir
Fəaliyyəti siyasətçi
Atası Kavalalı İsmayıl Paşa
Anası Nurfələk Qadınəfəndi
Ailəsi Kavalalı ailəsi
Dini sünnilik
Təltifləri "Məcidiyyə" ordeni "Osmaniyə" ordeni Knight Grand Cross of the Order of Leopold II "Frans İosif" ordeni "Tac" ordeni "Xilaskar" ordeni "Fəxri legion" ordeninin böyük xaçı Knight Grand Cross of the Order of the Bath Royal Order of the Sword Order of Saints Maurice and Lazarus "Nil" ordeni "Məhəmməd Əli" ordeni Order of Ismail
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İlk illəri

21 noyabr 1853-cü ildə Qahirədə dünyaya gəldi. Atası Misir xədivi Kavalalı İsmayıl Paşa, anası isə onun xanımlarından Nurfələk Qadınəfəndidir. İlk təhsilini saray mənsubları üçün Menyel sarayında açılan məktəbdə alan Hüseyn Kamil 1867-ci ildə atasıyla birlikdə İstanbula gedərək Sultan Əbdüləzizi ziyarət etdi. Ardından Parisə getdi və 1869-cu ildə Süveyş kanalının açılış mərasiminə qədər orada qaldı. Kanalın açılışı münasibətilə Qahirəyə döndükdən qısa müddət sonra Florensiyaya İtaliya kralı II Viktor Emanuelin nəznində diplomatik elçi olaraq göndərildi. Vəzifəsini tamamlamasının ardından 1870-ci ildə Qahirəyə döndü və müxtəlif nazirlikliklərin tərkibində fəaliyyət göstərdi. Bu illərdə Qahirə-Hulvan dəmiryolu xəttinin çəkilməsinə nail oldu. Atasının vəzifədən alınması və sürgünə göndərilməsinin ardından (1879) o da atasıyla birlikdə Neapola köçdü. Urabi Paşa üsyanının ardından yaranan siyasi vəziyyət səbəbilə 1882-ci ildə Misirə döndü.

Hüseyn Kamilin tutduğu ən önəmli vəzifə isə sözsüz ki, həm qardaşı Tofiq Paşa, həm də onun oğlu II Abbas Hilmi Paşa səltənətində tutduğu Şura məclisi rəisliyi oldu. 1909-cu ildə yaranan Süveyş kanalı imtiyazı skandalı səbəbilə bu vəzifəsindən ayrıldı. Rəsmi vəzifələrdən uzaq qaldığı illərdə ticarət və kənd təsərrüfatı ilə məşğul oldu. İsgəndəriyyə və Qahirədə əcnəbilərin də iştirakıyla kənd təsərrüfatı sərgiləri təşkil etdi. İstanbulda açılan Ticarət Məktəbini nümunə alaraq, məsrəfləri şəxsi gəlirlərlə ödənən Özəl Ticarət Məktəbi açdırdı.

Misir sultanlığı

Osmanlı dövləti 1914-cü ilin payızında Birinci Dünya müharibəsinə girdiyi əsnada İngiltərə, Süveyş kanalı üzərində nəzarəti ələ keçirmək və Osmanlı dövlətinin cihad elanına qarşı Misiri müharibədən uzaq tutmaq üçün 1882-ci ildən bəri işğal altında tutduğu Misiri ilhaq etdi (18 dekabr 1914). Ertəsi gün bu vəziyyət və o əsnada İstanbulda olan xədiv Abbas Hilminin vəzifədən alındığı ailənin yaşca ən böyüyü olan Hüseyn kamilə bildirildi. Bundan başqa Misirin keçmişdə olduğu kimi Kavalalı ailəsindən biri tərəfindən idarə ediləcəyi elan edildi və Hüseyn Kamilə "sultan" ünvanı verildi. Bu əsnada ingilislər təklifləri qəbul edilmədiyi təqdirdə başqa birini Misir taxtına oturdacaqlarını bildirdilər. Öncə tərəddüd edən Hüseyn Kamil daha sonra ingilislərin təklifini qəbul etdi və 20 dekabr 1914-cü ildə rəsmi mərasimlə taxta çıxdı. İlk sərt reaksiya İstanbuldan təyinatla Misirdə fəaliyyət göstərən Misir qazısı tərəfindən göstərildi. Bunun xalq üzərində olan mənfi təsirindən çəkinən Hüseyn Kamil 21 dekabrda Misir qazılığını ləğv etdi. Bunun ardından İstanbuldan daha sərt nota göndərildi. Fətva alınaraq Hüseyn Kamil vətən xaini elan edildi və bütün müsəlmanlara ona qarşı cəbhə alınması elan olundu.

Hüseyn Kamilin Əl-Rifai məscidindəki məzarı

Sultan elan edildikdən sonra ölkəni dolaşaraq xalqa yaxın görünmək istəyən Hüseyn Kamil yerli əhali tərəfindən "sultan" olaraq qəbul edilmədi. Üstəlik bir neçə dəfə sui-qəsd cəhdi oldu. Bütün bunlarla yanaşı səhhəti də pisləşən Hüseyn Kamil 1916-cı ildə xəstələndi və 9 oktyabr 1917-ci ildə vəfat etdi. Yerinə qardaşı Əhməd Fuad Paşa Misir sultanı oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüseyn Kamil haqqında məlumat. Hüseyn Kamil nədir? Hüseyn Kamil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bənd

  • Fevral 27, 2026

    Saraclı (Kəleybər)

  • Fevral 27, 2026

    UNPO

  • Fevral 24, 2026

    16 iyul

  • Fevral 27, 2026

    Assam

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst